Alternative content

11:36 29 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:18 29.11.2020 DƏMİR YUMRUQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistan odla oynamaqdan əl çəkmir
Ermənistan odla oynamaqdan əl çəkmir
ANA SƏHİFƏ / SİYASƏT
00:38 21.10.2020


Terrorçular BTC-dən sonra diğər neft kəmərini hədəfə alıblar


Erməni terrorçuları cəbhə bölgəsindən yüzlərlə kilometr aralıda yerləşən yaşayış məntəqələrinə, mülki və strateji obyektlərə qadağan olunmuş silahlardan atəş açmaqda davam edirlər. Nahaq qan tökmək bu üzdəniraq tayfanın dəyişməz adətidir. Əzəldən əli günahsız dinc insanların, o cümlədən körpələrin qanına batmış erməni vandalları eləcə də daim iqtisadiyyatımıza zərbə vurmağa can atırlar.

Səbəblər çoxdur. Əvvəla, gözləri bizi götürmür. İkincisi, döyüş meydanında Azərbaycan Ordusunun vurduğu zərbələrin acısının və xəcalətinin intiqamını bu cür alçaq yolla alırlar. Eləcə də aldadıb özgə torpağına gətirdikləri və ucuz, urvatsız ölümə məhkum etdikləri əsgərlərin valideynləri yanında bəraət qazanmaq istəyirlər və s.

Ermənilər həm də dəhşətli bir odla oynayırlar. Nə dərəcədə azğınlaşmış, quşbeyin, ağıldan kəm və dar düşüncəli olmalısan ki, neft-qaz kəmərlərini hədəfə alasan. Azərbaycana bununla maddi zərbə endirmək istəyirlər, məlumdur. Ancaq unudurlar ki, həmin kəmərlər eyni zamanda regional, hətta beynəlxalq əhəmiyyət daşıyır.

Erməni vandalları atdıqları raketlərdən birini Xızı rayonuna tuşlamışlar. Halbuki Xızı cəbhədən çox uzaqda yerləşən rayondur. Hadisə belə olmuşdur: ərazidə yaşayan insanlar Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətinə partlayış barədə məlumat veriblər. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməliyyat qrupu, nazirliyin və digər müvafiq orqanların əməkdaşları dərhal hadisə yerinə gəliblər. Rayondakı Sitalçay ərazisinə baxış zamanı bir ədəd "S-300” raketinin partlamış qalıqları aşkarlanıb.

Raketin 300 kilometr radiusda hədəfləri vurmaq imkanına, 250-280 kilometr məsafədə uçuş qabiliyyətinə malik olduğu müəyyənləşdirilib. Raket Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilib. O, şumlanmış əkin sahəsinə düşərək üç hissəyə bölünüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Məsələnin bir vacib tərəfi də odur ki, buradan cəmi 250 metr aralıdan Şimal İxrac Boru Kəməri - Azərbaycan neftinin uzun illərdir nəql olunduğu Bakı-Novorossiysk marşrutu keçir... Ermənilərin necə qorxulu bir odla oynadıqlarını şərh etməyə ehtiyac qalmır.

Bununla belə xatırladaq ki, ölkəmiz neft, qaz və ixrac layihələrini xarici tərəfdaşları ilə birlikdə həyata keçirir. Məsələn, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üç ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçir. Bu layihədə 11 dünya şöhrətli şirkət tərəfdaşlıq edir. Odur ki, BTC-ni hədəfə almaq, ona zərər yetirmək təkcə Azərbaycanın deyil, həmin şirkətlərin təmsil etdiyi ölkələrin hər birinin iqtisadiyyatına zərbə vurmaq deməkdir. Üstəlik, BTC ilə yanaşı, Azərbaycanın və Gürcüstanın ərazisi boyu "Cənub qaz dəhlizi”nin seqmentlərindən olan Cənubi Qafqaz Boru Kəməri (CQBK) uzanır. Buradan eləcə də Bakı-Supsa neft kəməri keçir. Bu layihələrdə də bizim çoxsaylı tərəfdaşlarımız var.

Təcavüzkar Ermənistan məhz bu obyektləri hədəfə almışdır. Belə ki, hərbi əməliyyatlar aparılan ərazidən ən azı 50 kilometrdən artıq məsafədə yerləşən Yevlax rayonunun Aran qəsəbəsi istiqamətində beynəlxalq hüquqla qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını tətbiq edərək mülki obyektlərə əhəmiyyətli zərər vura bilən, böyük dağıdıcı qüvvəyə malik, içərisində bombacıqlar olan raketdən atəş açmışlar. Raketin Azərbaycan Silahlı Qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində sözügedən obyektlərə ziyan dəyməmişdir. Raketin içərisində olan bombacıqlar kəmərlərin ətrafına səpələnmişdir.

Görəsən bu ağılsız məxluqlar nə etdiklərini bilirmi? Düşünürmü ki, təkcə Azərbaycanın deyil, bu kəmərlərin bütün səhmdarlarının qarşısında cavab verməli olacaqlar? Yoxsa məqsəd tərəfdaşlarımızla bizim aramızda nifaq salmaqdır?..

Başlıca məqsəd Azərbaycana daha çox zərbə vurmaqdır ki, buna da nail ola bilməyəcəklər. Bununla belə, Azərbaycanın yaşayış məntəqələrini və strateji obyektlərini ağır artilleriyadan atəşə tutmağa davam edirlər. Dəfələrlə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 kilometrdən artıq uzaqlıqda yerləşən iri sənaye şəhəri Mingəçevirə raketlər atıblar.

Şükürlər olsun ki, raketlər ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Oddan və sudan əli boşa çıxan terrorçular "güc”lərini pambıq yandırmağa yönəldiblər. Tərtərdə vandallıqlarını davam etdirərək pambıqtəmizləmə zavodunu hədəfə alaraq oda qalayıblar...

İşğalçı Ermənistan respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyalarını və onların əlavə protokollarını, habelə bu il oktyabrın 10-u saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq öz bəd əməllərindən əl çəkmirlər. Bunun üçün onlar təkcə Azərbaycan xalqı qarşısında deyil, dünya insanlığı qarşısında cavabdehdirlər.

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM