Alternative content

11:37 29 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:18 29.11.2020 DƏMİR YUMRUQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bir Azərbaycanımız var
Bir Azərbaycanımız var
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:35 21.10.2020


Hər gün diqqətimiz cəbhədən gələn xəbərlərə dikilir. Böyüklü-kiçikli hamımız bu xəbərləri həyəcanla izləyirik. Elə sözümüz, söhbətimiz də yalnız cəbhə ilə bağlıdır. Ordumuzun zəfər yürüşü barədə xoş xəbərlər bizi ruhlandırır, içimizdəki vətən sevgisini daha işıqlı edir.

Mən şəhid ailəsiyəm. Həyat yoldaşım Zakir Sultanovun Qarabağ savaşı başlayanda 30 yaşı vardı. Heç yadımdan çıxmaz: evə gəlib diqqətlə mənə baxdı. Dedim ki, nə baş verib? "Döyüşə gedirəm”, - dedi. Evdən çıxıb getdiyi həmin gün də gözlərim önündədir. 1994-cü ilin fevralında Füzuli istiqamətində gedən döyüşlərdə həlak olan Zakir Qusara şəhid kimi döndü.

O dövrdən çöx keçib. Tək Zakirin deyil, minlərlə azərbaycanlı şəhidin qanı alınmalıydı. Bu gün müzəffər ordumuzun erməni qəsbkarlarını vətənimizdən qovması ilə intiqamımz alınır. İşğalçılar bizə çox bəlalar yaşadıblar - Xocalı soyqırımı, işğal olunan rayonlar, dinc əhalinin qətli - deməklə qurtarası deyil.

Qusarda millətindən asılı olmayaraq hər kəs bir nəfər kimi Ali Baş Komandanın arxasındadır. Rayonumuzda hətta şəhid analarından könüllü cəbhəyə getmək istəyənlər var. Çünki yaxşı gündə də, çətin gündə də yalnz bir Azərbaycanımız var.

Mən özüm ləzgi qızıyam. Bu gün yaxın qohumlarımızdan cəbhədə olan çoxdur. Biz erməni terrorçularının Gəncəyə, Mingəçevirə, Tərtərə və digər yaşayış mənqətələrimizə atdığı mərmi və raketlərdən ölən və yaralananları eşidəndə bir daha erməni işğalçılarının iç üzünü görürük. Kiçik körpələrə qıyan bu faşistlərin vətən torpaqlarından qovulacağı günə bizi qovuşduran Ali Baş Komandana isə bildirmək istəyirik ki, nə yaxşı varsınız! Sizin Vətən tarixinə yazacağınız Qələbə gününü hamımız səbirsizliklə gözləyirik. Bax, o zaman torpaq altda yatan şəhidlərimizin ruhu nur kimi vətən göylərinə səpiləcək. Onda ağrı da azalacaq, dərd də, qəm də yaddan çıxacaq. Təki, bayrağımız Qarabağın hər guşəsində dalğalansın, əsgərlərimiz qələbə ilə geri dönsünlər!

Sevda SULTANOVA,

Qusar





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM