Alternative content

03:00 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:23 25.11.2020 BİLDİRİŞ
00:23 25.11.2020 BİLDİRİŞ
00:22 25.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyevin 38 il öncə Türkiyəyə göndərdiyi hədiyyə...
Heydər Əliyevin 38 il öncə Türkiyəyə göndərdiyi hədiyyə...
ANA SƏHİFƏ / Mədəniyyət
00:32 21.10.2020


Erməni zərbəsilə öldürülən Ayşad Uğurlunun nakam taleyi, sahibsiz qalan qarmon və Mehriban Əliyevanın əbədiləşdirdiyı yadigar


Ayşad Əli Uğurlu... Bu ad yəqin ki, sizə tanış deyil. Bəlkə heç musiqi aləmində də bu adı eşidən insanların sayı çox deyil. Ancaq tanıyanlar bilir ki, bu ismin altında cəmi 32 il ömür sürmüş eloğlumuzun acı, nakam taleyi yatır. Bu adın altında Azərbaycan qarmonuna olan sevgi ilə döyünən ürək dayanır. Bu adın altında qəddar erməni zərbəsilə susdurulan yarımçıq sənət ömrü yazılıb...

Bu günlərdə Türkiyənin məşhur və ən çox satılan mətbu orqanı olan "Sözcü” qəzetinin manşetində Ayşad Əli Uğurlu haqqında yazı dərc olundu. Biz də həmyerlimizin qısa, lakin maraqlı həyat hekayəsini qələmə almaq qərarına gəldik.


Soyadlarını Türkiyə Prezidenti verdi


Ayşad Əli Uğurlu... Azərbaycan əsilli qarmon ifaçısı... 1958-ci ildə Türkiyənin Qars şəhərində dünyaya göz açıb. 1937-ci ildə Sovet imperiyasının Azərbaycanda apardığı repressiya əslən Gəncədən olan babası Əziz Hacızadədən də yan keçmir. Həbsinə qərar verilən ailə başçısı həyat yoldaşı, 3 oğlu və 4 qızı ilə birlikdə 1938-ci ildə çox çətinliklə Gəncədən Türkiyənin Qars şəhərinə köçür. O dövrdə Türkiyə Cümhuriyyətinin Baş naziri, sonradan Prezidenti olan Celal Bayar bu ailəyə Uğurlu soyadının verilməsini məsləhət görür. Qardaş ölkədə yeni həyatları onlara uğur gətirsin deyə...

Beləliklə, Uğurlu ailəsi Türkiyədə yeni həyata başlayır. Ailənin ortancıl oğlu Nazim özlərini dolandırmaq üçün Qarsda atası ilə çiyin-çiyinə işləyir. Eyni zamanda təhsilini də davam etdirir. Bu müddətdə işlərini böyüdür, elektrik sahəsində peşəkarlaşır və artıq onun adı Qarsda adlı-sanlı tacirlər sırasında çəkilir. Nazim uşaqlıqdan musiqiyə böyük maraq və sevgi duyurdu, xüsusən qarmonun vurğunu idi. Qarsda yaşayan digər azərbaycanlılar kimi, Uğurlu ailəsi də Azərbaycanın milli adət-ənənələrindən, mədəniyyətindən uzaq düşməmişdilər.

Bütün bayramlarını, toylarını, sevincli anlarını və ad günlərini milli adətlərimizə uyğun qeyd edirdilər. Evlərində daim Azərbaycan bəstəkarlarının əsərləri dinlənilirdi, Azərbaycan radiosunun musiqi verilişlərinə qulaq asırdılar. O illərdə, internet olmadığı bir vaxtda yalnız radio dalğalarında eşidə bildikləri Azərbaycan musiqiləri, muğamlar vətən həsrətlərinə məlhəm olurdu.


Oyun havasından doğulan ad


Bir gün Nazim radiodan ustad qarmonçalan Teyyub Dəmirovun bəstəsi olan "Ayşadı” oyun havasını eşidir. Bu rəqs ona o qədər xoş təsir bağışlayır ki, gələcəkdə oğlu olsa, adını Ayşad qoymaq qərarı verir.

İllər ötür, Nazim evlənir. 1958-ci ildə oğlu dünyaya gəlir və adını əvvəldən fikirləşdiyi kimi Ayşad qoyur. Atanın Azərbaycan musiqisinə, qarmona olan sevgisi oğluna da keçir. Ayşad uşaqlıqdan Azərbaycan musiqilərini dinləyə-dinləyə onları həm də çox sevir. Qarmonda ifa olunan mahnıları dinlədikcə özü də bu alətdə ifa etmək arzusuyla alışır. Lakin ailəsi nə qədər axtarsa da, Türkiyədə Azərbaycan qarmonu tapıb ala bilmirlər. Sonda qarmonu akkordeonla əvəzləməli olurlar. Ayşad özü-özünə akkordeon ilə həmin musiqiləri ifa etməyi öyrənir.


Fikrət Əmirovun hədiyyəsi


1968-ci ildə dahi Azərbaycan bəstəkarı, əslən Gəncədən olan Fikrət Əmirov "Nizami” simfoniyasını səhnəyə qoymaq üçün böyük türk bəstəkarı və dirijoru Səbahattin Qaləndərin dəvəti ilə İstanbula yola düşür. O, İstanbula Qars qatarı ilə gəlir. Nazim bəyin qatarda işləyən tanışı bəstəkara burada onun həmyerlisinin olduğunu deyir. Nazim bəylə Fikrət Əmirov Qarsda görüşürlər. Gəncədə eyni məktəbdə oxuduqlarını öyrənirlər. Fikrət Əmirov iki gün həmyerlisinin evində qonaq olur. Evdə Ayşadın akkordeon çalmağına qulaq asır, ifası xoşuna gəlir. "Bu musiqiləri mütləq Azərbaycan qarmonu ilə ifa etməlisən”, - deməklə istedadlı cavana bir qarmon göndərəcəyinə də söz verir... Fikrət müəllim öz sözünü yerinə yetirir və balaca ifaçıya qarmon göndərir. Təəssüf ki, bu qarmon səhvən "Kazan” qarmonu olur.

Ayşad bu qarmonla ifası üzərində çox çalışır, vaxt keçdikcə daha da tələbkar olur və artıq "Kazan” qarmonu ilə kifayətlənmir. Sovet dövründə Azərbaycana gedib-gəlmək çətin olduğuna görə Nazim bəy 1975-ci ildə oğluna yaxşı bir qarmon almaq üçün Təbrizdə yaşayan Hüseyn Müvəhhidi adlı akkordeon ustasına müraciət edir. Təbrizli usta qarmon tapmağın çətinliyindən danışır və Ayşad üçün akkordeonu modifikasiya, yəni əlavələr etməklə qarmona uyğun hala gətirir. Bu alətin səs düzümü qarmona yaxın olsa da, Azərbaycan qarmonunu əvəz etmir. Ayşad bir müddət də bu alətdən istifadə edərək milli musiqilərimizi çalaraq ifaçılıq sənətinin sirlərinə daha yaxşı yiyələnir.


Heydər Əliyevə Türkiyədən yazılan məktub


1979-cu ildə Ayşadın 21 yaşı olanda ailəsi Qarsdan İstanbula köçür. Gənc musiqiçi İstanbulda sənətini davam etdirir. O, artıq burada rəqs qruplarında qarmon çalır və Azərbaycan mahnılarını oxuyan sənətkarları müşayiət edir. Hətta həmin rəqs qrupları ilə xarici ölkələrdə qastrol səfərlərində də olur. Lakin əlində olan həm "Kazan” qarmonu, həm də Təbrizdə düzəldilmiş akkordeon onu qane etmir. Bütün bu illər ərzində Azərbaycan qarmonunu axtarmaqdan da vaz keçmir. Son çarə olaraq qarmonu çox səlahiyyətli bir şəxsdən istəmək qərarına gəlir. Çünki həmin illərdə Azərbaycana yalnız dəvətnamə ilə getmək mümkün idi. Özünün də turist kimi getmək imkanı yox idi.

Beləliklə, Ayşad Uğurlu 1982-ci ildə Moskvaya, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevə bir məktub göndərir. Məktubda əslən Gəncədən və musiqi ilə məşğul olduğunu, lakin qarmon tapa bilmədiyini yazır. Heydər Əliyevdən ona Azərbaycan qarmonu göndərməsini xahiş edir.


Heydər Əliyev gənc musiqiçini arzusuna qovuşdurur


Uzun müddət məktubuna cavab ala bilməyən Ayşad Amerikadakı Türk-Azərbaycan Cəmiyyətinin dəvətini qəbul edərək, əlindəki "Kazan” qarmonu ilə Çikaqo şəhərinə gedir. Orada həm işləyir, həm də sənət fəaliyyətini davam etdirir.

Amma demə, vəziyyət tamam başqa imiş. Məktubla tanış olan Heydər Əliyev gənc musiqiçinin istəyini dərhal yerinə yetirir. Türkiyəyə Ayşad Uğurluya Azərbaycan qarmonu hədiyyə göndərir. İstanbuldakı Rusiya Konsulluğu hədiyyənin sahibini tapa bilmədiyini əsas gətirərək qarmonu Moskvaya geri qaytarır. Bunu bilən Heydər Əliyev gənc ifaçını taparaq aləti ona mütləq çatdırmağı tapşırır.

Həmin ərəfədə Türkiyənin "Günaydın” qəzetinin yazarı Ertuğrul Akbay Moskvaya Heydər Əliyevdən müsahibə almağa gedir. Söhbət zamanı Heydər Əliyev Ayşaddan aldığı məktubdan və ona göndərdiyi qarmondan söz açır. Ertuğrul Akbay da İstanbula qayıdan kimi ailəni tapır, Ayşadın kiçik qardaşı Kürşad Uğurludan müsahibə götürür. Qarmonun hekayəsini "Günaydın” qəzetində dərc etdirir. Beləliklə, qarmonun sahibinin tapılmasına vasitəçi olur.

Bir neçə gün sonra İstanbuldakı Rusiya Konsulluğunun nümayəndəsi Nazim bəyə zəng edərək deyir: "Cənab Heydər Əliyev bu türk gəncinə bir qarmon göndərmişdi, sizi tapa bilmədiyimiz üçün qarmonu yenidən Moskvaya qaytardıq. Lakin Heydər Əliyev bunu qəbul etmirdi və alətin mütləq sizə çatdırılmasına dair sərəncam verdi. Qarmonunuz burdadır, gəlin, aparın...”

Ölkələr arası səyahətlərin indiki kimi sərbəst olmadığı, hətta çətin olduğu bir dövrdə Azərbaycanda Türkiyəyə qarmon gətizdirmək, demək olar ki, mümkünsüz idi. Heydər Əliyev kimi yüksəkvəzifəli siyasətçinin bu jesti əslində Azərbaycan-Türkiyə dostluğunun bariz nümunəsi, "bir millət, iki dövlət” ifadəsinin ən gözəl isbatı kimi dəyərləndirilməlidir.


Ayşad Azərbaycan qarmonuna Amerikada qovuşur


Beləliklə, illərdir həsrətini çəkdiyi Azərbaycan qarmonunu Türkiyədə doğulmuş gəncəli Ayşad Uğurluya Ulu Öndər Heydər Əliyev hədiyyə olaraq göndərir. İfaçı uşaqlıqdan arzuladığı Azərbaycan qarmonuna Amerikada qovuşur. Musiqi sahəsində təhsil almasa da, peşəkar səviyyədə ifa etməyi bacaran Ayşad Uğurlu Çikaqo şəhərində amerikalılar, türklər və azərbaycanlılardan ibarət rəqs ansamblı yaradır. Bu ansamblın baletmeystri də Azərbaycan Dövlət Rəqs Ansamblının keçmiş xoreoqrafı olan məşhur rəqqas Tanxo İzrafilovun qardaşı Moxay İzrafilov olur. O, ilk dəfə olaraq Flamenqo rəqqaslarının ayaqlarını yerə vuraraq çıxardığı ritmik səslərlə qarmonda Azərbaycan rəqs havalarını çalıb, bunları sintez edib ərsəyə gətirməklə maraqlı bir ifa ortaya qoyur. Amerikaya qastrol səfərlərinə gələn Azərbaycanın sevimli sənət adamları, o cümlədən Alim Qasımov, Aftandil İsrafilov, Ramiz Quliyev, Vəli Qədimov, Yaqub Zurufçu, Şəfiqə Eyvazova və dünya şöhrətli sənətkar Zeynəb Xanlarova ilə görüşür.

Bu müddət ərzində Ayşad bir azərbaycanlı ailənin qızı ilə evlənir, 3 oğlu dünyaya gəlir. Vətən sevgisi övladlarının da adında özünü göstərir - Cavanşir, Cahangir, Gəncəxan.


Ölümə aparan erməni zərbəsi


1988-ci ilin 24 apreli...

Bu tarix Ayşad Uğurlunun taleyinə dəhşətli bir hadisə ilə yazılır. Həmin gün Çikaqoda Türkiyə Konsulluğunun qarşısında ermənilər etiraz aksiyası keçirir, Türkiyə əleyhinə şüarlar səsləndirir, "soyqırımı” hadisəsini pisləyirlər. Digər tərəfdə də türkiyəlilər və azərbaycanlılar toplaşıb onlara əks-reaksiya verirdilər. Ayşad da, hər bir vətənpərvər türk övladı kimi, ermənilərin bu fəaliyyətlərinin qarşısında durmaq üçün nümayişdə iştirak edir. Aksiya əlbəyaxa döyüşə çevrilir.

Bu zaman bir erməni beyzbol çubuğu ilə onun başına güclü zərbə endirir. Zərbə Ayşadın başında anadangəlmə olan passiv şişi tərpədir. Şiş getdikcə daha pisləşir və müalicəsi çətinləşir. Həkimlər şişin bədxassəli olduğunu bildirirlər. Ayşad Amerikada beynindən əməliyyat olunub müalicə alsa da, heç bir fayda vermir. Ümidi üzülən atası Nazim bəy oğlunu Türkiyəyə gətirir. Ayşad Əli Uğurlu 23 aprel 1990-cı ildə 32 yaşında dünyasını dəyişir. Bir gün sonra təqvim 24 apreli göstərəcəkdi. İki il öncə Ayşadın vaxtsız ölümünə birbaşa səbəb olan erməni zərbəsi ilə yaralandığı o günü...


Uğruna bir ömür həsr edilən qarmon Bakıda sərgilənir


Ümummilli Lider Heydər Əliyevin hədiyyə etdiyi qarmon Ayşadın xatirəsinə hörmət əlaməti olaraq ailəsi tərəfindən evində qorunur və çalınmır. İllər sonra Azərbaycan qarmonunun vurğunu olan Ayşad Uğurlunun acı həyat hekayəsini öyrənən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu ailəni tapır. Ayşadın illərlə həsrətində olduğu, yolunu gözlədiyi, mənəvi dəyəri yüksək, Ulu Öndərin hədiyyəsi olan qarmonu Bakıda Heydər Əliyev Mərkəzində nümayiş etdirmək istədiklərini bildirir. 2012-ci ildə Mehriban xanımın tövsiyəsi ilə Nazim bəy qarmonu Bakıya aparmaq üçün Heydər Əliyev Fondunun Türkiyədəki nümayəndəsinə təhvil verir. Uğurlu ailəsi illərdir qiymətli əşya kimi qoruyub saxladıqları qarmonu vətənlərinə göndərirlər. Uğruna bir ömür həsr edilən, maraqlı tarixçəsi olan bu qarmon hazırda Heydər Əliyev Mərkəzində Milli Musiqi alətləri bölməsində nümayiş etdirilir...

Xəyalə MURADLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM