Alternative content

23:11 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Milli Məclisdə çıxış edib
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Milli Məclisdə çıxış edib
ANA SƏHİFƏ / PARLAMENT
21:39 20.10.2020

Oktyabrın 20-də Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopu və onun rəhbərlik etdiyi nümayəndə heyətini Milli Məclisdə salamlayıb.

Milli Məclisin Sədri Azərbaycanın və Türkiyənin qanı, canı bir olan qardaş xalqlar olduğunu bildirib: "Ölkələrimiz arasında münasibətlər ulu öndər Heydər Əliyevin ifadə etdiyi "bir millət, iki dövlət” prinsipi üzərində qurulub. Bizim dostluğumuz və qardaşlığımız əbədi və sarsılmazdır. Azərbaycan və Türkiyə həmişə bir-birinə güvəniblər, güvənirlər və güvənəcəklər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər yaxın olsun. Azərbaycan daim Türkiyəni yanında hiss edib, onun qardaş köməyinə arxalanıb”.

Sahibə Qafarova qeyd edib ki, Ermənistanın silahlı təxribatına və işğalçılıq siyasətinə son qoymaq üçün Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları zamanı dünya bu qardaşlığın bir daha şahidi oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın, Türkiyənin siyasi, hərbi və dövlət xadimlərinin verdiyi bəyanatlar və tutduğu qəti mövqe hər kəsə göstərdi ki, Azərbaycan xalqı haqq işi uğrunda mübarizədə tək deyil. Türkiyə hər yerdə Azərbaycanın yanındadır. Bu gün Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun Azərbaycanda olması da bizim birliyimizin və qardaşlığımızın daha bir ifadəsidir.

Milli Məclisin Sədri daha sonra Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun həyat və fəaliyyəti haqqında deputatlara məlumat verib.

Sonra Milli Məclisdə çıxış edən Mustafa Şentop Prezident Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Böyük Millət Məclisinin və türk millətinin Azərbaycana salamlarını çatdırıb. O bildirib ki, bu ali məclisdə Azərbaycanın haqlı davasına və şanlı mübarizəsinə dəstək verən fərqli partiyalardan olan millət vəkilləri ilə birlikdə iştirak edir. Otuz ilə yaxındır ki, Azərbaycanın qədim torpaqlarının beşdəbiri işğal altındadır. Türkiyə də bu günə qədər olduğu kimi, bundan sonra da haqlı davasında və Vətən müharibəsində can qardaşlarının yanında yer alacaq. Türkiyə və Azərbaycan dünyada başqa iki ölkə arasında bənzəri olmayan yaxın münasibətlərə malikdir.

Gücü qəhrəman Azərbaycan əsgərlərinə çatmayan, cəbhədə qəhrəman Azərbaycan Ordusu qarşısında arxaya baxmadan qaçan Ermənistan əsgərləri məsum mülki insanları öldürməyə, mülki hədəflərə hücum etməyə davam edir. Bu gün Qafqazın və bölgəmizin yenidən sülhə və sabitliyə qovuşması, yalnız və yalnız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməsi ilə mümkün ola bilər. Dövlət başçısı İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycanın bir 30 il də gözləməyə vaxtı yoxdur.

Mustafa Şentop diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyət ikiüzlü yanaşmalardan artıq əl çəkməlidir. Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə var. Ermənistan ordusunun işğal etdiyi torpaqlardan dərhal, qeyd-şərtsiz və tam olaraq çəkilməsi tələb edilən bu qətnamələri rəsmi Yerevan indiyə qədər heçə sayıb. ATƏT-in Minsk qrupu problemi həll etmək üçün indiyə qədər heç bir iradə göstərməyib.

TBMM-in Sədri qeyd edib ki, Ermənistan keçmişdə törətdiyi cinayətlərin cəzasını çəkmədiyinə görə fürsət tapdıqca yenidən Azərbaycan torpaqlarına hücum edir. Ancaq bu dəfə heç gözləmədiyi bir reaksiya ilə qarşılaşdı. Qəhrəman Azərbaycan Ordusu Ermənistanın təcavüzlərinə cavab vermək və Qarabağı işğaldan azad etmək üçün sürətlə hərəkətə başladı. Qarabağdakı bir çox ərazilər işğaldan azad edildi. İnşallah, bütün torpaqlar işğaldan azad ediləcək.

Mustafa Şentop bildirib ki, tarixin gedişinin dəyişməyə başladığı günlərdən keçirik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı var. İkili standartlardan uzaq, bütün dövlətlərin bərabərliyinə əsaslanan, bütün insanların bərabərliyinə inanan yeni bir dünyanın qurulması lazımdır.

Çıxışının sonunda TBMM-in sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın haqq işində onun yanında olacağını bir daha vurğulayıb.

Milli Məclisin Sədri Sahibə Qafarova Mustafa Şentopun çıxışını Azərbaycan parlamentinin tarixinin ən önəmli səhifələrindən biri kimi dəyərləndirib.

Fasilədən sonra Sahibə Qafarova çıxış edərək qeyd edib ki, son dövrdə Milli Məclisin hər iclasında biz Azərbaycan Ordusunun xalqımıza yaşatdığı qələbə sevinclərini bölüşürük. Hər gün əsgər və zabitlərimiz döyüş meydanlarında qəhrəmanlıq nümunələri göstərir, yeni-yeni yaşayış məntəqələrimizi düşmən tapdağından azad edirlər.

Spiker bildirib ki, Vətən müharibəsində bizim hədəfimiz bəllidir. Bu hədəfi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəqiq müəyyən edib: "...Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir.

...Bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq, bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək.

Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz”.

Milli Məclisin Sədri deyib: "Xalqımız dəfələrlə əmin olub ki, bu günədək möhtərəm Prezidentimizin dediyi hər bir söz həyata keçib. Onun irəli sürdüyü bütün planlar ölkəmizin və xalqımızın həyatında öz təcəssümünü tapıb. İndi də xalqımız əmindir ki, Azərbaycanın haqq işi uğrunda mübarizəsinin qələbə ilə başa çatacağı gün uzaqda deyil. Bunu düşmən də yaxşı bilir. Ona görə məğlubiyyətini uzatmaq üçün ən çirkin vasitələrə əl atır, müharibə cinayətləri törədərək cəbhə bölgəsindən kənarda olan şəhər və kəndlərimizi ən dağıdıcı silahlarla atəşə tutur, dinc əhalimizi, o cümlədən qadın və uşaqlarımızı qətlə yetirir. Ancaq düşmən bunu da bilməlidir və bilir ki, xaincəsinə törətdiyi cinayətlərin heç biri cəzasız qalmır və qalmayacaq”.

Çıxışının sonunda Sahibə Qafarova döyüş meydanlarında və dinc yaşayış məntəqələrimizdə şəhid olan insanlarımıza Allahdan rəhmət diləyib, yaralılarımızın tezliklə sağalmasını arzulayıb.

Sonra deputatlar cari məsələlərlə bağlı fikirlərini bildiriblər. Komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, Qənirə Paşayeva, Hicran Hüseynova, deputatlar Fəzail Ağamalı, Əli Məsimli, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Jalə Əliyeva, Sahib Alıyev, Fatma Yıldırım, Musa Qasımlı, Malik Həsənov, Əziz Ələkbərov bildiriblər ki, bu taleyüklü günlərdə Türkiyə Böyük Millət Məclisi Sədrinin ölkəmizə səfəri Azərbaycan dövlətinə, onun rəhbərinə göstərilən ehtiramdır. Bu qardaşlıq münasibəti bizim siyasi mövqeyimizi möhkəmləndirir. Qeyd edilib ki, Ali Baş komandanın rəhbərliyi ilə qəhrəman əsgərlərimiz işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda ciddi addımlar atırlar. Xalqımız öz tarixinin önəmli səhifələrini yazır. Son 30 ildə ilk dəfə Azərbaycan xalqı işğal olunmuş torpaqlarının geri qaytarılmasına nail olur. Bu gün bizim əsas gücümüz xalq, dövlət və ordu birliyindədir. Bu gün hər bir Azərbaycan vətəndaşı ölkə Prezidentinin ətrafında sıx birləşib.

Sonra iclasın gündəliyinə daxil edilmiş qanun layihələrinin müzakirəsinə başlanılıb.

Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında insan orqanlarının və toxumalarının donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Diqqətə çatdırılıb ki, qanun layihəsi Milli Məclisin 30 sentyabr və 6 oktyabr tarixli plenar iclaslarında geniş müzakirə olunaraq iki oxunuşda qəbul olunub. Qanun layihəsinin birinci oxunuşu zamanı millət vəkillərinin verdiyi təkliflər tibb ekspertlərinin iştirakı ilə Səhiyyə komitəsinin iclasında müzakirə olunub. Onların bir qismi layihənin son variantında öz əksini tapıb. İkinci oxunuşda heç bir irad və təklif bildirilməyib. Qeyd edilib ki, qanun ölkəmizdə transplantologiyanın daha da inkişafına təkan verəcək.

Qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Komitə sədri qanunda nəzərdə tutulan dəyişikliyin mahiyyəti ilə bağlı bildirib ki, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olan vətəndaşlar bir qayda olaraq dövlət sirrinin daşıyıcıları olurlar. Qanuna ediləcək dəyişiklikdən öncə vətəndaş könüllü olaraq zabit kimi xidmətə qəbul edildikdə 1 il 6 ay xidmət etdikdən sonra həmin xidmətdən tərxis ola bilirdi. Təklif olunan dəyişikliyə əsasən, həmin şəxslər qiymətləndirmə yolu ilə birbaşa kadr zabit heyətinə keçirilirlər və yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə və "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq azı 10 il xidmət etdikdən sonra ehtiyata buraxıla bilərlər.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Qeyd olunub ki, sənədin 4 maddəsinə təklif edilən dəyişikliklər qanunun bəzi müddəalarının təkmilləşdirilməsini nəzərdə tutur. Belə ki, qanunun müvafiq maddələrinə "xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eyni zamanda, "xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin "xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bununla da ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndirilərək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.

Komitə sədri deyib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə növbəti pillələrdə davam etdirmək imkanları yaranacaqdır.

Komitə sədri Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Emin Hacıyev, Rüfət Quliyev öz çıxışlarında dəyişikliklərin əhəmiyyəti barədə fikirlərini söyləyiblər.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiq edilib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev sonra "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihəni birinci oxunuşda diqqətə çatdırıb. Bildirilib ki, qanun layihəsi "Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır. Dəyişikliyə əsasən, qanunda "kvalifikasiya” anlayışı bir qədər dəqiqləşdirilib. Bu anlayışın yeni variantda açıqlaması "şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunun dövlət təhsil sənədi ilə təsdiq edilməsi” kimi verilib.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM