Alternative content

07:52 24 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:57 24.11.2020 Zəfəriniz mübarək!
00:47 24.11.2020 BİLDİRİŞ
00:47 24.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İşğaldan azad olunan ərazilərimizdə tezliklə işıqlı günlər başlayacaq
İşğaldan azad olunan ərazilərimizdə tezliklə işıqlı günlər başlayacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:49 20.10.2020


Azərbaycan öz potensialı hesabına enerji təhlükəsizliyini təmin edən nadir ölkələrdəndir


Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatlarını uğurla həyata keçirərək torpaqlarımızı işğaldan azad etdiyi bu tarixi günlərdə regionun təhlükəsizliyinin təmin olunmasında enerji amilinin rolu xüsusi aktuallıq kəsb edir. Çünki hazırda ölkəmizin apardığı haqq savaşının əsas məqsədlərindən biri də ədalətin bərpası ilə yanaşı, Azərbaycanın səyləri nəticəsində regionda qazanılmış sabitlik və inkişaf mühitinin dayanıqlığının təmin edilməsi, gələcək üçün təhlükələrin aradan qaldırılmasıdır.

Terroru dövlət siyasətinə çevirmiş Ermənistan Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan və energetiklərin peşə bayramı üçün də tarixi əsas rolunu oynayan "Azərbaycan” İES-i, ölkəmizin ən böyük su elektrik stansiyası olan Mingəçevir SES-i də davamlı hədəfə alır, həmçinin yaşayış məntəqələrimizin raket atəşinə tutulması elektrik qurğularının və müxtəlif gərginlikli elektrik xətlərinin vurulması faktları ilə müşayiət olunur.

"Yeni ərazilər uğrunda yeni müharibə” ritorikasını Dağlıq Qarabağdan yüz kilometrlərlə uzaqlıqda yerləşən, regionu qərblə birləşdirən geosiyasi və iqtisadi əhəmiyyətli enerji-kommunikasiya xətlərinin keçdiyi Tovuz istiqamətində hərbi təxribatlar müstəvisinə keçirən Ermənistan bu günlər uğursuz cəhdlərini Yevlax istiqamətində də təkrarladı. Raket atəşlərinin hədəfi kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz Boru kəməri və Qərb İxrac Boru kəmərinin seçilməsi ilə bu təxribatların miqyasca tək Azərbaycanla məhdudlaşmayan, regional və qlobal əməkdaşlığa, enerji təhlükəsizliyinə, beynəlxalq şirkətlərin və dövlətlərin maraqlarına qarşı yönəlmiş terror cəhdi olduğunu bir daha göstərdi. Bu gün Azərbaycanın hərbi və diplomatik gücü də işğalın aradan qaldırılmasına, ədalətin və regionda təhlükəsizlik mühitinin bərqərar olmasına yönəlib. "Biz dəfələrlə bunu demişik, öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin, yoxsa, peşman olacaqsınız. Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm.... Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz”. Prezident, Ali Baş Komandan İlham Əliyevin bu qətiyyəti, Ordumuzun davam edən qələbələri cəmiyyətimizin bütün üzvləri kimi, energetiklərimizə də böyük ruh yüksəkliyi verir. Eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsi qarşımızda yeni vəzifələr, fəaliyyət planları müəyyənləşdirir. Üzərimizə azad edilmiş torpaqlarımızdakı hər evə işıq, enerji, həyat gətirmək öhdəliyi qoyur.

Müstəqillik hər bir dövlətin ən böyük sərvətidir. Enerji müstəqilliyi isə milli təhlükəsizliyin ən mühüm hissəsidir. Təqvimdə oktyabrın 20-nin Azərbaycan energetiklərinin peşə bayramı günü kimi təsbit olunması da ölkəmizin enerji müstəqilliyinin və rifahının təmin edilməsindəki tarixi hadisəyə əsaslanır. Belə ki, 1981-ci ilin oktyabrın 20-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə "Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ölkəmizin müstəqil, dayanıqlı enerji sisteminin formalaşdırılması və enerji təhlükəsizliyi sisteminin yaradılmasının möhkəm bünövrəsi oldu. Ulu Öndər o illərdə energetika sahəsində gördüyü işlər haqqında demişdi: "Hər dəfə elektrik stansiyası tikilməsi haqqında məsələ qoyarkən mənə deyirdilər ki, bu, sənə nəyə lazımdır?! Bizdə - SSRİ-də vahid elektrik enerjisi sistemi var... Bütün SSRİ-ni əhatə edən sistem var. Azərbaycana nə qədər elektrik enerjisi istəyirsinizsə verək. Mən deyirdim ki, yox, istəyirəm bizim özümüzünkü olsun. Niyə özümüzünkü olsun? Mən istəyirdim ki, müəyyən sahələrdə biz asılı olmayaq. Bu gün iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan elektrik enerjisi sahəsində asılı deyildir”.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına tam nail ola bilib.

Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son on ildə 2055,4 MVt gücündə 23 yeni elektrik stansiyasının istismara verilməsi ilə ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7516,5 MVt-a çatdırılıb. Elektroenergetika sistemində ümumi gücü 6237,7 MVt olan 18 istilik elektrik stansiyası, 1278,8 MVt gücündə isə su və digər bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyaları fəaliyyət göstərir. Reabilitasiya proqramı çərçivəsində "Azərbaycan” İES və digər elektrik stansiyalarının dayanıqlılığı, etibarlılığı, təhlükəsizliyi və səmərəliliyi yeni səviyyəyə yüksəlib. Ümumiyyətlə, son illər enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işlərinin aparılması nəticəsində səmərəlilik, elektrik enerjisinin keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib, itkilərin səviyyəsi isə aşağı düşüb. Son 10 ildə elektrik enerjisinin ötürülməsi və paylanmasında itkilərin 22,4%-dən 10,2%-dək, 1 kVtost elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfinin isə 305,6 qramdan 263,4 qrama qədər azaldılmasına nail olunub. Respublikanın energetika sisteminin infrastrukturunda da ciddi dəyişikliklər edilib. Belə ki, hazırda ümumi gücü 25133,5 MVA olan 110-500 kV-luq 228 yarımstansiya fəaliyyətdədir.

Yeni istehsal güclərinin yaradılması hesabına son 10 ildə elektrik enerjisinin istehsalında 39,7 faiz artım əldə edilib. Ölkənin inkişafı, əhalinin artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq elektrik enerjisinin istehlakı 58,3 faiz artıb. 2019-cu ildə elektrik enerjisinin istehsalı 26,1 milyard kVtnst, istehlakı isə 21,6 milyard kVtnst təşkil edib. COVID-19 pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb. Belə ki, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVtnst təşkil edib. Qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir. 2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVtnst-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVtnst-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 MVt olan "Şimal-2” elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 MVt gücündə "Qobu” elektrik stansiyası hesabına əldə ediləcək. Həmçinin bu prosesdə "Azərenerji” ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək.

Eyni zamanda təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var.

Yeni stansiyaların tikintisi ölkəmizin daxili tələbatını tam ödəməklə bərabər, elektrik enerjisinin ixracına da imkan verir. Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu möhkəmlənir. Əgər 2006-cı ildə Respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 1,8 milyard kVtnst elektrik enerjisi idxal edilirdisə, 2019-cu ildə bu göstərici 136,9 milyon kVtnst-a qədər azalıb. İxrac isə on il ərzində 3 dəfə artaraq 1,5 milyard kVtnst-a qədər yüksəlib. Cari ilin 9 ayı ərzində 104,3 milyon kVtost elektrik enerjisi idxal, 841,9 milyon kVtnst elektrik enerjisi ixrac edilib. Gürcüstana 450,2 milyon kVtnsaat, Rusiyaya 92,5 milyon kVtnsaat, Türkiyəyə 101,8 milyon kVtnsaat, İrana 197,4 milyon kVtnsaat elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 64,7 milyon kVtnsaat, İrandan 22,8 milyon kVtnsaat, Gürcüstandan 16,8 milyon kVtnsaat olub.

Elektrik enerjisinin mübadiləsi hazırda Azərbaycan və Gürcüstan arasında 500 kV-luq Samux-Qardabani və 330 kV-luq Ağstafa-Qardabani, Türkiyə ilə iki dövrəli 154 kV-luq "İqdır-Babək”, 34,5 kV-luq "Aralıq-Sədərək”, Rusiya ilə 330 kV-luq "Yaşma-Dərbənd”, 110 kV-luq "Yalama-Bilici” elektrik verilişi xətləri vasitəsilə həyata keçirilir. Azərbaycanla İranın enerji sistemləri arasında elektrik enerjisi mübadiləsi isə 330 kV-luq "Muğan”, 230 kV-luq "İmişli”, 110 kV-luq "Astara-Astara”, 132 kV-luq "Araz-Araz” və 132 kV-luq "Culfa-Culfa” EVX-ləri vasitəsilə reallaşdırılır.

Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb.

Hazırda qlobal energetika sistemində enerji keçidi prosesi sürətlənir. Enerji keçidi müasir dövrdə enerji təhlükəsizliyi, iqtisadi inkişaf və ətraf mühitin qorunması arasında balansı təmin edən alət kimi qəbul olunur. Bu məqsədlə dünyada bərpa olunan, ekoloji cəhətdən təmiz enerjidən istifadənin genişləndirilməsi və enerji səmərəliliyinin artırılmasını birmənalı dəstəkləyən strateji qərarlar qəbul edilir. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və mərhələli şəkildə liberal bazar modelinə keçilməsi də Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar prosesinin hədəfləridir. Dövlət başçısının "Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli 1209 nömrəli, "Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 2019-cu il 5 dekabr tarixli sərəncamları, eləcə də 2020-ci il 22 sentyabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması energetika sektorunda əsaslı dəyişikliklərə yüksək səviyyədə təminat verilir.

Bu gün əsas məqsədimiz dövlət başçısı tərəfindən qarşımıza qoyulmuş vəzifələrə uyğun olaraq, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri hesabına 1500 MVt əlavə güc yaratmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpa edən enerjinin payını 30%-ə çatdırmaqdır. Energetika sahəsində müəyyən edilmiş bu yeni strateji xəttin həyata keçirilməsində ilk uğurlu addımlardan biri cari ilin yanvarında 7 beynəlxalq şirkət arasında mövcud topdansatış qiymətlərinə uyğun təkliflər vermiş Səudiyyə Ərəbistanının "ACWA Power” və Birləşmiş Ərəb Əmirliyinin "Masdar” şirkətləri ilə 240 MVt gücündə külək və 200 MVt gücündə günəş enerjisi üzrə pilot layihələrlə bağlı İcra müqavilələrinin imzalanması oldu. Külək və günəş enerjisi ilə işləyən bu 440 meqavatlıq stansiyalar təxminən 400 milyon ABŞ dolları məbləğində tam xarici investisiya hesabına tikiləcək ki, bu da ölkəmizdə bərpa edilən enerji sahəsində bir ilk, digər layihələrə investorların cəlbi üçün nümunə olacaq.

Bu stansiyalar hesabına ümumilikdə, təxminən, illik 1,4 milyard kVtnst elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması və yeni iş yerlərinin yaradılması gözlənilir.

Dövlət başçısının islahatlarla bağlı digər mühüm bir tapşırığı da elektroenergetika sahəsində liberal bazar münasibətlərinin formalaşdırılması ilə bağlıdır. Liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər hazırlanmış və hazırda hökumətdə baxılmaqdadır. Beynəlxalq təcrübə göstərir ki, liberal bazar münasibətlərinə keçid üçün, ilk növbədə, elektrik enerjisi istehsalının iqtisadi optimallaşdırılması, tariflərin müəyyənləşdirilməsi üzrə metodologiyanın, Şəbəkə Məcəlləsinin hazırlanması, gələcək bazar subyektlərinin kommersiya uçotu sisteminin təşkili ilə bağlı tədbirlər görülməlidir. Hazırda bu istiqamətdə müvafiq işlər yerinə yetirilir.

Bu prosesdə mühüm əhəmiyyət daşıyan, mütərəqqi bazar prinsipləri və beynəlxalq təcrübə nəzərə alınmaqla "Elektroenergetika haqqında” qanunun yeni layihəsi hazırlanmışdır. Qanun layihəsində elektrik enerjisinin istehsalı, təchizatı, ötürülməsi və paylanması sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqi, özəl investisiyaların cəlbi, dövlətin maliyyə yükünün, elektrik enerjisinin istehsalına çəkilən xərclərin azaldılması və xidmətin keyfiyyətinin yüksəldilməsinə münbit şəraitin yaradılması kimi məsələlər nəzərdə tutulmuşdur.

Elektroenergetika sisteminin səmərəliliyinin artırılmasında özəl sektorun iştirakına nail olmaq da həlli vacib məsələlərdəndir. Bununla əlaqədar ilkin mərhələ kimi kiçik gücə malik bir sıra modul, su və günəş elektrik stansiyalarının nümunəsində elektrik enerjisinin istehsalı sahəsinə özəl investisiyaların cəlb edilməsi istiqamətində təkliflər hazırlanmış və hazırda baxılmaqdadır. Eyni zamanda özəl sektor və xarici investisiya hesabına ənənəvi enerji ilə işləyən yeni güclərin yaradılması da əsas prioritetimizdir. Bu məqsədlə 550 MVt-lıq yeni müasir tipli, həmdövrəli qaz-turbin elektrik stansiyasının tikintisi üzrə müvafiq işlər görülür. Stansiyanın özəl investisiya hesabına inşası məqsədilə xarici şirkətlərlə danışıqlar aparılıb və Energetika Nazirliyi tərəfindən hazırlanmış ilkin Texniki Göstəriciləri ehtiva edən sənəd təqdim edilib. Şirkətlərdən artıq nazirliyə layihə təklifləri daxil olub. Elektrik stansiyasının fəaliyyəti üçün zəruri köməkçi infrastrukturun mövcudluğu baxımından stansiyanın Bakıdan 40 km məsafədə yerləşən "Yaşma” və 120 km uzaqlıqda olan "Şirvan” ərazilərindən birində tikilməsi planlaşdırılır.

İslahatlar prosesinin strateji məqsədləri sırasında enerji sektorunda tənzimləmədə dayanıqlılığı və effektivliyi təmin edən tənzimləyicinin yaradılması da mühüm yer tutur. Bu aspektdə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi üç il ərzində elektrik və istilik enerjisi, həmçinin qaz təchizatı sahələrində dövlət, istehlakçılar və tənzimlənən subyektlər arasında maraqlar balansının, hər bir istehlakçıya münasibətdə müasir yanaşmanın təmin edilməsinə, obyektivlik, şəffaflıq və hesabatlılıq kimi prinsiplərə əsaslanan fəaliyyətə nail olub. Enerji təchizatında bir sıra proseslər sadələşdirilib, çeviklik təmin edilib, xidmətləri sahibkarlar üçün əlçatan edən addımlar atılıb. 2020-ci ilin avqust ayından etibarən agentlik istehlakçı hüquqlarının qorunması baxımından əhəmiyyətli sayılan, "Azəriqaz” İB-nin Metrologiya Departamentində qaz sayğaclarının dövlət yoxlanılması prosesinin monitorinqinə də başlayıb.

Energetikada tənzimlənmənin perspektivdə liberal bazar münasibətlərinə uyğunlaşdırılması prosesi kontekstində isə istehlakda səmərəliliyin artırılması mexanizmləri, "Tarif Metodologiyası” hazırlanıb. Xərcləri əks etdirən (elektrik enerjisinin qiymətlərini subsidiyalaşdırmadan) tariflərin tətbiqi, bəzi sənaye sahələri üçün güzəştlərin optimallaşdırılması, qiymətlərin günün vaxtına görə differensiasiyası, aztəminatlı istehlakçı kateqoriyaları üzrə son istehlakçı qiymətlərinin müəyyənləşdirilməsi, reaktiv enerjidən istifadənin səmərəliliyinin artırılması, elektrik enerjisinin topdansatış bazarının yaradılması, özəlləşdirmə, elektrik enerjisi istehsalı sahəsinə dövlət-özəl tərəfdaşlığı razılaşmaları əsasında yeni investisiyaların təşviqi üçün araşdırmalar aparılıb və təkliflər verilib. Agentlik tərəfindən, həmçinin tənzimlənən sahədə investisiya layihələri və elektrik enerjisi bazarının fəaliyyətinin monitorinqi qaydalarının layihələri kimi normativ sənədlər hazırlanır. Bu sırada digər vacib bir sənəd "Müstəqil enerji istehsalçılarının ötürücü və paylayıcı elektrik şəbəkələrinə çıxışının monitorinqi Qaydaları”nın layihəsidir.

Hazırda baxılmaqda olan "Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” qanunun qəbulu isə imkan verəcək ki, elektrik enerjisi bazarının mühüm iştirakçısı kimi Enerji Məsələlərini Tənzimləmə Agentliyi tənzimləyici funksiyalarını daha effektiv şəkildə yerinə yetirərək, elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində münasibətlərin müasir dövrün mütərəqqi tələblərinə uyğun inkişafını təmin etsin.

Əlbəttə, görülən bütün işlər nəticədə vətəndaş məmnunluğunda ifadə olunur. "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən, Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sistemi və Vahid Çağrı Mərkəzinin yaradılması nəzərdə tutulur. "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyaları Energetika Nazirliyinə həvalə edilib. 2020-ci ilin sonuna kimi ASAN tərəfindən sistemin test fazasına başlanması planlaşdırılır. Bu, istehlakçıların bütün kommunal xidmətlər üzrə onlara aid məlumatları vahid şəxsi kabinet üzərindən idarə etmələrinə imkan yaradır. Kommunal xidmətlər üzrə vahid informasiya bazasının yaradılması bu sahədə həyata keçirilən siyasətin mərkəzləşdirilməsi və sistemləşdirilməsi, müvafiq xidmətlər üzrə müraciətlərin vahid platformadan ünvanlanması, bu xidmətlərin hər kəs üçün daha əlçatanlığı və fasiləsizliyi, yaranan çətinliklərin operativ həlli baxımından faydalıdır.

Vətəndaş müraciətlərinin obyektiv araşdırılaraq cavablandırılması, xidmətlərin icrası zamanı sui-istifadə hallarının qarşısının alınması, xidmətlərin icra vəziyyətinə dair mərkəzləşdirilmiş təhlil və hesabatların aparılması, istifadəçilər tərəfindən xidmətin keyfiyyətinə dair təklif və iradların toplanması, həmçinin vətəndaş məmnunluğunun artırılması məqsədilə yaradılacaq Vahid Çağrı Mərkəzinin formalaşdırılması ilə bağlı Konsepsiya layihəsi də Nazirlər Kabinetinə təqdim edilib.

Bütün bu tədbirlər açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərini əsas tutaraq dövlət xidmətlərinin təkmilləşdirilməsinə, ictimai nəzarətin gücləndirilməsinə xidmət edəcəkdir.

2020-ci ilin Azərbaycan energetikası üçün daha bir xüsusi məqamı da bundan ibarətdir ki, ölkəmiz bu il Beynəlxalq Enerji Xartiyası Konfransına sədrlik edir. Konfransa sədrliyi dövründə ölkəmiz tərəfindən ənənəvi enerji mənbələrindən bərpa olunan enerjiyə keçidin sürətləndirilməsi, bərpa olunan enerjinin nəqliyyatda və istilik təchizatında payının artırılması, enerji səmərəliliyinin təşviqi, hamının qabaqcıl enerji səmərəliliyi təcrübələrinə çıxışının təmin edilməsi, enerji təchizatının təhlükəsizliyinə çağırışlar kimi aktual məsələlər beynəlxalq enerji ictimaiyyətinin müzakirəsinə təqdim edilmişdir.

Azərbaycan enerji təhlükəsizliyindəki rolunu zəfərləri ilə daha da möhkəmləndirəcək. Ölkəmizin energetika sahəsində qlobal uğurları bundan sonra da davamlı olacaq və tarixən də, bu gün də dünyanın əsas enerji mərkəzlərindən sayılan Azərbaycanın energetikləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək ölkəmizin ümumi inkişafına töhfələr verəcəklər. Rəşadətli Ordumuzun işğaldan azad etdiyi torpaqlarımızda qısa müddət ərzində normal həyatın bərpası prosesində energetiklərimizin yaxından iştirakı növbəti illərin töhfələri sırasında xüsusi yer tutacaq.

Pərviz ŞAHBAZOV,

Azərbaycan Respublikasının Energetika naziri





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM