Alternative content

01:28 24 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:57 24.11.2020 Zəfəriniz mübarək!
00:47 24.11.2020 BİLDİRİŞ
00:47 24.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qatili Xocalıdan tanıyırıq”
“Qatili Xocalıdan tanıyırıq”
ANA SƏHİFƏ / SİYASƏT
00:46 20.10.2020


Türkiyə mediası Ermənistanın terrorçu mahiyyətini dünyaya çatdırır


Türkiyə Azərbaycanın dərdini hər zaman bölüşdüyünü və xalqımızı heç zaman yalnız qoymayacağını bütün dünyaya nümayiş etdirməkdədir. Ordumuzun uğurlu hərbi əməliyyatları ilə yanaşı, Ermənistanın Gəncə şəhərini növbəti dəfə raketlə vurması Türkiyə mediasının xüsusi diqqət mərkəzində yer almaqdadır.

Qardaş ölkənin mətbuatında cəbhədə aldığı məğlubiyyətlə barışmayan Ermənistanın azğınlaşaraq günahsız insanları yenə hədəfə aldığı diqqətə çatdırılır. Qəzetlər Ermənistanın Azərbaycana qarşı törətdiyi davamlı təxribatlarla bağlı xüsusi reportajlar təqdim edir, ölkəmizin haqq səsini dünyaya çatdırır.

"Milliyet” qəzeti "İkinci Gəncə qətliamı” başlıqlı xəbəri manşetdən təqdim edib. Qəzet yazır ki, Ermənistan atəşkəsi pozub və oktyabrın 17-si gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri olan və təmas xəttindən uzaqda yerləşən Gəncə şəhərini növbəti dəfə raketlə vurub, nəticədə aralarında 4-ü azyaşlı uşaqlar da olmaqla 14 nəfər mülki şəxs həlak olub, 55 nəfərdən artıq insan yaralanıb. Bildirilir ki, terror aktında ilk "Skad” raketindən istifadə edilib: "İşğalçı Ermənistan dinc azərbaycanlı sakinlər arasında qırğın törətmək istəyir, o cümlədən Gəncə sakinləri arasında təşviş yaratmağa çalışır. Lakin Azərbaycan xalqını haqq yolundan döndərmək mümkün deyil”.

"Hürriyet” qəzetinin "Uşaq qatili” başlıqlı xəbərində Ermənistanın bölgə və beynəlxalq aləmdə sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyi diqqətə çatdırılır. Qeyd olunur ki, erməni silahlı qüvvələri bütün maskalarını ataraq özlərinin iblis simalarını göstərdilər. Azərbaycanın dinc sakinlərinə - uşaqlara, qadınlara, qocalara əl qaldırıb, murdar əllərini bu günahsız insanların qanına bulayıblar.

"Atanın ən acı yükü” başlıqlı xəbər "Sabah” qəzetində dərc olunub. Qəzet yazır ki, Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir: "İşğalçı Ermənistanın silahlı birləşmələrinin Gəncəni yenidən raket hücumuna tutması erməni terrorunun növbəti bariz nümunəsidir. Bu, barbarlıq, beynəlxalq hüququn ayaqlar altına atılması və müharibə qanunlarının pozulmasıdır. Bir sözlə, bu, əsl terror aktıdır. Bir atanın 10 aylıq körpəsini göz yaşları içərisində məzara tapşırması çox acı mənzərədir, ən acı yükdür”.

"Yeni Şafak” qəzeti "Qatili Xocalıdan tanıyırıq” başlıqlı xəbərini manşetdən oxuculara təqdim edib. Bildirilir ki, Ermənistan tərəfindən həyata keçirilən növbəti vandallıq aktı nəticəsində Azərbaycanın mülki vətəndaşları həlak olub, onlarca insan yaralanıb. Qeyd olunub ki, oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərinin növbəti dəfə raket hücumuna məruz qalması Paşinyan hakimiyyətinin növbəti hərbi cinayətidir. Beynəlxalq təsisatlar, dünya ölkələri bu cinayətə açıq şəkildə münasibət bildirməlidir.

"Akşam” qəzetinin "Yatan uşaqları vurdular” başlıqlı məqaləsində yazılır ki, Gəncə kimi qədim tarixə malik, dünya mədəni irsində xüsusi yeri olan şəhərin növbəti dəfə hədəf seçilməsi Ermənistanın insanlıq əleyhinə yönəlmiş təhlükəli siyasətindən xəbər verir: "Ermənistanın Gəncəyə raket hücumları onun törətdiyi vandalizm və terror aktlarıdır. Gecə saatlarında Gəncənin raket atəşinə tutulması aciz vəziyyətə düşən Ermənistanın cəbhədəki məğlubiyyətinin heyfini dinc insanlardan alması kimi qiymətləndirilməlidir. Ölənlər və yaralananlar arasında körpələrin olması düşmənin faşist mahiyyətini bir daha ortaya qoyur”.

"Karar” qəzetinin "Mülki qətliama dayan deyən yoxdur” başlıqlı xəbərində deyilir ki, Ermənistan üçüncü dəfə Gəncədə mülki insanların məskunlaşdığı əraziyə raket hücumu edib, nəticədə 14 nəfər mülki şəxs həlak olub. Bildirilir ki, beynəlxalq ictimaiyyət də Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə laqeyd qalmamalı, işğalçı ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə cavab verməlidir.

"Türkiyə” qəzetinin "Qatillər” başlıqlı xəbərində deyilir ki, Ermənistanın Gəncədə mülki insanların yaşadığı əraziyə raket hücumu nəticəsində 14 nəfər mülki şəxs həlak olub. Müəllif yazır ki, Yerevan açıq-aydın terror fəaliyyəti ilə məşğul olur, ilk növbədə, dinc əhaliyə zərbə vurur: "1990-cı illərdə Dağlıq Qarabağda ilk hərbi əməliyyatlar zamanı ermənilər tərəfindən insanların başları kəsilir, onları diri-diri yandırırdılar. Təkcə Xocalı soyqırımını xatırlamaq kifayətdir. İndiyə qədər bu soyqırımına lazımınca qiymət verilməyib”.

"Diriliş Postası” qəzeti "Ciyəriniz yansın” başlıqlı xəbəri manşetdən verib. Qeyd olunub ki, Gəncə şəhəri cəbhədən 100 km uzaqlıqda yerləşir: "Sonuncu dəfə İraq müharibəsi zamanı Səddam Hüseyn "Skad” raketlərindən istifadə edib. Təəssüf ki, Ermənistan dinc sakinlər arasında daha çox itkiyə səbəb olmaq üçün hücumu gecə saatlarında həyata keçirib”.

"Cümhuriyyet” qəzetinin "Uşaqları vurdular” başlıqlı xəbərində yazılır ki, dünya birliyinin Ermənistanı sərt şəkildə qınamaması Paşinyan hakimiyyətinin cinayət əməllərinin davam etməsinə imkan yaradır. Müəllif qeyd edir ki, Azərbaycan işğalçıların cavabını döyüş meydanında verir və Gəncə qətliamının qisası alınmaqdadır. Həmin gecə düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.

"Milat” qəzetinin "Ermənistan yenə mülkü əhalini hədəf aldı” başlıqlı məqaləsində qeyd olunur ki, beynəlxalq təşkilatlar bu cinayəti lazımınca qiymətləndirmirlər: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 illik tarixində gördük ki, beynəlxalq təşkilatlar, müvafiq qurumlar işğalçı ölkəni qınamır və cəzalandırmır”.

Qəzetlərdən "Yeniçağ”ın "Bunlardan insan olmaz”, "Posta”nın "Şərəfsizlər”, "Takvim”in "P-300”, "Yeni akit”in "Erməni qətliamı”, "Yeni Asya”nın "Yenə mülki əhali hədəfdə”, "Sözçü”nün "Uşaq qatilləri”, "Aydınlık”ın "Müharibə cinayətinə səs çıxartmadılar”, "Milli gazete”nin "Soyqırım dediyiniz baxın, budur”, "Doğru haber”in "Ermənistan intiqamını mülki əhalidən alır”, "Dokuz sütun”un "Xain hücum”, "Yeni mesaj”ın "Şərəfsizlikdi bu” və "Türkgün”ün "Mədəniyyətiniz batsın” başlıqlı xəbərlərində diqqətə çatdırılır ki, Gəncənin mülki əhalisini hədəf alan Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və Azərbaycana qarşı yeni hücumlar üçün fürsət və bəhanələr axtarır. Qeyd olunur ki, cəbhədəki məğlubiyyətdən Ermənistan qisas almaq məqsədilə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenə raket zərbələri endirib. Uşaqlar, qadınlar, adi mülki əhali həlak olub və buna heç vəchlə haqq qazandırmaq olmaz.

Elçin CƏFƏROV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM