Alternative content

07:24 24 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:57 24.11.2020 Zəfəriniz mübarək!
00:47 24.11.2020 BİLDİRİŞ
00:47 24.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gəncənin raket atəşinə tutulması Xocalı soyqırımının davamıdır
Gəncənin raket atəşinə tutulması Xocalı soyqırımının davamıdır
ANA SƏHİFƏ / SİYASƏT
00:45 20.10.2020


Moskvada humanitar atəşkəsin imzalanmasından sonra Ermənistanın razılaşmanı pozması, yaşayış məntəqələrimizi hədəfə almaqla dinc əhalini qətlə yetirməsi bir daha işğalçıların təcavüzkar mahiyyətini ortaya qoydu. Gəncəyə raket zərbələri endirərək günahsız qadınları, uşaqları və yaşlıları qətlə yetirməklə bir daha təsdiq edildi ki, Paşinyan rejimi hələ də azərbaycanlılara qarşı soyqırımı siyasətindən əl çəkmək fikrində deyil.

Düşmənin Azərbaycanın ikinci ən böyük şəhərini atəşə tutmasının bir sıra səbəbləri var. Birincisi, hər gün cəbhədə uğursuzluğa düçar olan düşmənin ölkə daxilində diqqəti yayındırmaqdırsa, ikinci səbəb vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaqdır. Lakin onların bu cinayət əməlləri xalqımızın mübarizə ruhunu, qələbə əzmini nəinki sındırır, əksinə düşmənə nifrətini daha da artırır.

Xəbər verildiyi kimi, oktyabrın 11-də və 17-də gecə saatlarında, insanların yuxuda olduqları vaxt ağır artilleriya qurğularından açılan atəş nəticəsində onlarca mülki şəxs həlak olmuş və yaralanmışlar. Bununla döyüş bölgəsindən xeyli kənarda yerləşən Gəncə erməni terrorunun növbəti qurbanına çevrilmişdir. Həmişə olduğu kimi, bu dəfə də dünya birliyi törədilən bu qanlı olaylara münasibət bildirmədi. Susmaqla və ya yumşaq ifadələrlə öz işlərini bitmiş hesab etdilər. Lakin bu terrora layiq olduğu cavabı Azərbaycan Ordusu döyüş meydanında verir. Yeni yaşayış məntəqələrinin və strateji mövqeləri azad etməklə.

Bir məsələni də diqqətə çatdırmaq lazımdır. Raket zərbələrindən dərhal sonra Fövqəladə Hallar Nazirlinin xilasediciləri və polis əməkdaşları hadisə yerinə gəldilər. Onlar sağ qalmış insanları xilas etmək üçün var qüvvələri ilə çalışdılar. Lakin bu zaman diqqəti bir məqam da çəkdi. Şəhər əhalisi gecəyarı olmasına baxmayaraq, hadisə yerinə axışmışdı. Hamı əllərindən gələn köməklə Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə yardım etmək istəyirdi. Qısa vaxtda uçmuş binaların altından sağ qalmış bütün sakinlər çıxarıldı. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara daşındı. Həkimlər onların sağ qalması üçün əllərindən gələni əsirgəmədilər. Kommunal təsərrüfatının işçiləri də operativ işlədilər. Təhlükəsizlik üçün şəhərə qazın verilişi dayandırılsa da, səhər saat 6-da bərpa edildi.

İndi gəncəlilər sarsıntılı günlər yaşasa da, əhvali-ruhiyyələri əvvəlkindən daha qətiyyətlidir. Hamının bir arzusu var: "Təki, Qarabağ düşməndən azad edilsin”. Hətta "biz yataqda deyil, cəbhədə həlak olmaq istəyirik” deyənlər də az deyil.

Hadisə zamanı xəsarət alanlardan biri - Şairə Quliyeva dedi ki, raketin düşdüyü anı yaxşı xatırlayır: "Elə bil evimizin altı üstünə çevrildi. Başıma daşlar yağmağa başladı. Yaralanmağıma baxmayaraq, uşaqlarımın üstünə cumdum. Onları salamat görəndə sevindim”.

Aftandıq Sadıqov isə hadisəni belə xatırlayır: "Sağ olsunlar, özümə gələndə gördüm ki, xilasedicilər üstümə tökülmüş daş və taxtaları təmizləyirlər. Məni çıxarıb həkimlərə təhvil verdilər. Nə baş verdiyini bir müddət anlamadım. Sonralar özümə gələndə hər şeyi başa düşdüm”.

Hadisə şahidləri də baş vermiş faciəni erməni hərbi-siyasi rəhbərliyinin vandalizm aktı kimi qiymətləndirirlər. Hadisə yerində rastlaşdığımız Azad Bayramov və Göyərçin Rzayeva: "Bilirik ki, bütün bunlar erməni ordusunun cəbhədəki uğursuzluğunun nəticəsidir. Ancaq ermənilər başa düşməlidirlər ki, artıq işğal etdikləri torpaqlardan rədd olmalıdırlar. Artıq 90-cı illər deyil. İndi güclü iqtisadiyyatımız, güclü ordumuz və qətiyyətli Ali Baş Komandanımız var. Bunu Azərbaycan Ordusunun əks-hücumları bir daha sübut edir. Az bir vaxtda işğal olunmuş ərazilərimizin xeyli hissəsi azad olunub. Döyüşlər zamanı düşmən minlərlə canlı qüvvə, texnika itirib. Qənimət götürülmüş tanklar, döyüş silahları düşmənin özünə qarşı yönəldilir”.

Hadisə şahidi Dilbazi Sadıqova isə bunu dedi: "Ən dəhşətli müharibələrdə də mülki əhaliyə qarşı amansızlıq edilməyib. Bu qaniçənlər isə cəbhədəki uğursuzluqlarını dinc əhalidən çıxırlar. 10 gündə iki dəfə Gəncəni raket atəşinə tutdular. Oktyabrın 11-də atılan reket azyaşlı uşaqları valideynsiz qoymuşdu. Oktyabrın 17-də törədilən faciədə də uşaqlar valideynsiz qaldılar. Buna nə ad vermək olar?! Bu qədər də vəhşilik olmaz axı”.

Raket düşərkən onun partlayış dalğası təkcə həmin ərazilərdəki evlərə deyil, xeyli kənarda yerləşən binalara, sosial infrastruktur obyektlərinə də xeyli ziyan vurub. Hətta bir qədər aralıda yerləşən 29 nömrəli tam orta məktəbdə, eləcə də məktəblə üzbəüz olan uşaq bağçasında da dağıntılar olub. Məktəbin sinif otaqlarının qapı və pəncərələri yararsız hala düşüb. Yaxınlıqdakı çoxmənzilli binaların isə pəncərələrinin şüşələri sınaraq tökülmüşdür. Biz orada olarkən insanlar evlərində səliqə-sahman yaradır, dağılmış yerləri müvəqqəti də olsa bərpa etməyə çalışırdılar.

Yadıma Xocalı faciəsi düşür. Ermənilər Xocalıda da insanlara gecə hücum etmişdilər. Ölənlər, yaralananlar, eləcə də əsir götürülənlər Gəncədəki kimi mülki əhali idi.

Onu da qeyd edək ki, hadisədə zərərçəkmiş sakinləri dinləmək, dəymiş ziyanın hesablanmasını aparmaq və digər məsələlərlə bağlı səyyar qərargah yaradılmışdır. Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərləri, Milli Məclisin Gəncədən olan deputatları, dövlət qurumlarının nümayəndələri hər gün qərargahda olur, törədilən faciənin fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər görürlər.

İndi Gəncənin Muxtar Hacıyev küçəsində böyük izdiham var. İnsanlar baş verən faciəni öz gözləri ilə görmək üçün ard-arda bura gəlir və işğalçıların növbəti vəhşiliyinin izlərini gördükdən sonra düşmənə nifrətləri, Ordumuza isə inamları birə-beş artır.

Sabir ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM