Alternative content

07:53 24 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:57 24.11.2020 Zəfəriniz mübarək!
00:47 24.11.2020 BİLDİRİŞ
00:47 24.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya bu haqsızlığa susmamalıdır
Dünya bu haqsızlığa susmamalıdır
ANA SƏHİFƏ / SİYASƏT
00:45 20.10.2020


Oktyabrın 17-də gecə saat 1 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə sayca üçüncü dəfə raket zərbəsi endirilib. Qədim və gözəl Gəncənin bağrına namərd düşmən yenidən yara vurub. Ermənistan silahlı qüvvələrinin bu şəhərə, mülki əhalinin sıx yaşadığı məhəlləyə raket hücumu nəticəsində 14 nəfər həlak olub, 52-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Ölən və yaralananlar arasında azyaşlı uşaqlar, qadınlar və yaşlılar da var. Sonradan dağıntılar arasından daha iki azyaşlı uşağın cəsədi tapılıb.

Bu şəhərin sakinlərinin qulaqlarından hələ atəş səsi getməmişdi. Oktyabrın 11-də də düşmən hücum üçün gecəni seçmişdi. Həmin gün gecə saat 2 radələrində Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə atılan atəş nəticəsində 4-ü qadın olmaqla 10 nəfər həlak oldu, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralandı. 10-dan artıq çoxmənzilli binaya, eləcə də 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəydi.

500 mindən çox əhalisi olan Gəncə şəhəri cəbhə bölgəsindən xeyli uzaqda yerləşir. Öz evində qətlə yetirilənlər, yaralananlar dinc sakinlərdir. Ermənistan bu əməlləri ilə - mülki insanları hədəf seçməklə, dinc sakinlərə qarşı qətliamlar həyata keçirməklə müharibə cinayətləri törətməkdə davam edir.

Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə artıq cinayət işi başlanaraq istintaq aparılmasına başlanıb. Ermənistan dövlətinin Gəncədə törətdiyi cinayət əməlləri yalnız Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı deyil, ümumilikdə haqqa, ədalətə, insanlığa yönəldilib.

Bu günlər bütün dünyanın gözü qarşısında Ermənistan dövləti özbaşınalıq, azğınlıq edir. Gəncənin dinc əhalisinin qəsdən və kütləvi şəkildə qətlə yetirilməsi əmrini verməklə Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri David Tonoyan, bu əmri icra edən Ermənistan silahlı qüvvələri BMT-nin nizamnaməsini, beynəlxalq hüququ və beynəlxalq humanitar hüququ heçə sayıblar. Hüquq və ədalət nöqteyi-nəzərindən onların dərhal tutularaq müvafiq qaydada cəzalandırılması üçün BMT Təhlükəsizlik Şurasının prosedurları işə salınmalıdır. Dünya bu haqsızlığa susmamalıdır.

Çox təəssüf ki, XXI əsrdə bütün bəşəri dəyərləri heçə sayan kiçik bir dövlət böyük faciələr törədir. XX əsrin sonuncu onilliyində iyirmi faizini işğal edib otuz ilə yaxın əsarətdə saxladığı Azərbaycan torpaqlarında müharibə aparır. Halbuki 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə əsasən Ermənistan silahlı qüvvələri dərhal və qeyd-şərtsiz olaraq Azərbaycanın ərazisini tərk etməli, 1 milyon məcburi köçkün yaşayış yerlərinə qayıtmalıdır. Təəssüf ki, Ermənistan dövləti beynəlxaq tələb və qətnamələrə məhəl qoymur.

1994-cü ildə atəşkəs elan olundu. Lakin Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimiz mütəmadi olaraq atəşə tutuldu. Bu il sentyabrın 27-dən alovlanan müharibənin səbəbkarı da Ermənistan tərəf oldu. Daha güclü və haqlı tərəf olmasına rəğmən Azərbaycan sülhə hazır olduğunu yenidən göstərdi. Moskvada Ermənistan Xarişi İşlər naziri ilə Azərbaycan Xarici İşlər naziri arasında humanitar atəşkəs barədə razılığa gəlindi. Amma yenidən Ermənistan dövləti atəşkəs rejimini pozmaqda davam etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 17-də xalqa müraciətində diqqətə çatdırdığı kimi: "Atəşkəs elan olundu, ondan bir gün keçmədi Gəncəni bombaladılar. Özü də haranı? Yaşayış massivlərini. Bu gün də haranı vurdular? Yenə də yaşayış massivlərini. Nə vaxt vurdular? Gecə saatlarında ki, daha çox insan həlak olsun”.

Bəli, düşmən bu qədər namərddir. Döyüş meydanında gücsüzlüyünün əvəzini dinc sakinlərdən çıxmaqdan nə utanır, nə qorxur, nə də çəkinir. Nəinki döyüş bölgəsinə yaxın ərazilərdə, cəbhədən uzaq məsafədə yerləşən Gəncə, Mingəçevir, Bərdə, Beyləqan və digər yaşayış yerlərimizi Ermənistan ordusu ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutur. Uşaq, qoca, qadın demədən günahsız insanları qətlə yetirir, evlərini dağıdırlar.

Azərbaycan xalqına qarşı erməni vandallarının terror əməllərinə son qoymaq üçün dünya ölkələri qətiyyətli mövqelərini bildirməlidirlər. Çünki dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu insanlığa qarşı cinayətdir.

Azərbaycan Ordusu layiq olduğu qələbəni qazanmaqdadır. Ordumuzun zəfər yürüşü davam edir. Ermənistan silahlı qüvvələri bu gücün, bu iradənin qarşısında geri çəkilməyə, məğlubiyyətə uğramağa məhkumdurlar. Hər gün düşmən işğalından azad edilmiş torpaqlarımız genişlənir. Vəhşi əməlləri özünə layiq bilən Ermənistan silahlı qüvvələri isə müxtəlif istiqamətlərdən Azərbaycanın həm cəbhə bölgələrini, həm də döyüş ərazilərindən uzaqda olan yaşayış yerlərini gülləbaran etməkdə davam edirlər. Bu təhdidlərlə Azərbaycan xalqının gözünü qorxutmaq mümkün deyil. Yolumuz Şuşayadır. Məramımız qələbədir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM