Alternative content

07:53 24 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:57 24.11.2020 Zəfəriniz mübarək!
00:47 24.11.2020 BİLDİRİŞ
00:47 24.11.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ordumuzdan nümunə götürməliyik
Ordumuzdan nümunə götürməliyik
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:43 20.10.2020


Qəhrəman əsgərlərimiz ön cəbhədə işğalçını qovduqları kimi, biz də arxa cəbhədə koronavirusu məhv etməliyik


Martın 11-dən Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi koronavirus planetin hər yerində sürətlə yayılmaqda davam edir. Mütəxəssislər həyəcan təbili çalaraq, payız-qış fəslində COVID-19-a yoluxanların sayının artacağı ilə bağlı xəbərdarlıq edirlər.

Dünyanın indiki koronavirus mənzərəsi də proqnozların özünü doğrultduğunu təsdiq edir. Belə ki, hazırkı dövrə qədər dünyada koronavirus infeksiyasına yoluxanların sayı 40 milyon nəfəri ötüb, 1 milyondan çox insan həyatını itirib. Təkcə oktyabrın 16-da planet üzrə 400 mindən çox insanın bu virusa yoluxması təhlükənin hansı həddə olmasını gözlər önünə gətirir. ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 8, Hindistanda 7, Braziliyada 5, Rusiyada isə l milyonu keçib.

Ermənistanda da koronavirusla bağlı vəziyyət hər ötən gün daha da pisləşir. Artıq bu ölkədə COVID-19-a yoluxanların sayı sürətlə 70 minə yaxınlaşır. Çünki artıq burada gündəlik yoluxma sayının min beş yüz civarında olması adi hal alıb, son günlər isə rəqəmlərin 2 minə yaxınlaşdığı müşahidə olunur.


Koronavirus Qarabağdan gələn qələbə müjdələrinin kölgəsində qaldı


COVID-19-un Azərbaycanda qeydə alındığı ilk gündən etibarən ona qarşı çevik və effektiv mübarizə aparılır. Sistemli şəkildə həyata keçirilən tədbirlər, sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən verilən qərarlar, pandemiya ilə mübarizədə müsbət nəticəsini verib. Buna görədir ki, ölkəmizdə virus ötən müddətdə nəzarətolunan həddə saxlanılıb, səhiyyə sisteminin səfərbərliyi sayəsində 10 minlərlə vətəndaşımız müalicə olunaraq sağaldılıb. Mütəxəssislərin də bildirdiyi kimi, koronavirusun erkən aşkarlanması pandemiya ilə mübarizədə əsas şərtlərdəndir.

Bununla əlaqədar ölkəmizdə əsaslı işlər görülür və hazırkı dövrə qədər aparılan ümumi test sayı 1 milyondan çoxdur.

Onu da vurğulamalıyıq ki, hazırda ölkəmiz təkcə pandemiya ilə deyil, ondan daha təhlükəli və qaniçən bir düşmənlə mübarizə aparır. Vətənimizə göz dikən mənfur düşmənə qarşı savaşan Azərbaycan Ordusu onlara layiqli cavab verərək, torpaqlarımızdan qovur və ard-arda zəfərlər çalır. Elə buna görədir ki, bütün Azərbaycanın ürəyi Qarabağla döyünür, vətəndaşlarımızın fikri cəbhədən gələn qələbə müjdələrinə yönəldi. Təbii ki, bu zaman ikinci düşmən, koronavirus da qürurverici anlarımızın kölgəsində qaldı. Biz tamamilə pandemiyanın varlığını unutduq, infeksiyanın yox olduğunu düşündük. Elə buna görə də bir müddət əvvələ qədər Azərbaycanda COVID-19-a qarşı aparılan mübarizədə müsbət dinamika əldə olunmuşdusa da, təəssüf ki, son günlər bunun əksi ilə qarşılaşırıq. Ölkəmizdə infeksiyaya yoluxma hallarında artım müşahidə olunur.


Karantin rejimi çərçivəsində məhdudiyyətlərin tətbiqinə başlanılıb


Bu səbəbdən də artıq dünəndən etibarən mövcud sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiqinə başlanılıb. Oktyabrın 19-dan noyabrın 2-dək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub.

Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq, digər əməkdaşlar məsafədən iş rejiminə keçirilib. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunub. Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilib.

Eyni zamanda Nazirlər Kabinetinin qərarına əsasən, oktyabrın 19-dan noyabrın 2-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.


Bir yumruğa dönüb hər iki düşmənin başında zərbəyə çevrilməliyik


Əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi, hər zaman olduğu kimi, indi də Azərbaycan dövləti üçün ən mühüm və prioritet vəzifədir və qəbul edilən bütün qərarlar da məhz buna hesablanıb.

Əvvəldə də qeyd edildiyi kimi, hazırda ölkəmiz iki təhlükəli düşmənlə eyni anda savaşır. Bir yumruğa dönüb hər ikisinin başında zərbəyə çevrilməliyik. Qəhrəman əsgərlərimiz ön cəbhədə erməni quldurlarına dərs verdiyi kimi, biz də arxa cəbhədə COVID-19-un əl-qolunu bağlamalıyıq.

Yaddan çıxarmamalıyıq ki, xəstəxanaların, tibb işçilərinin diqqətinin cəbhəyə yönəldiyi bir dövrdə onları bu vacib missiyadan ayırmaq olmaz. Həm ön cəbhəyə, həm də həkimlərə kömək etmək, özümüzün və əsgərlərimizin sağlamlığını qorumaq üçün karantin qaydalarına xüsusi diqqət yetirməliyik. Üzərimizə düşən məsuliyyəti unutmamalı, xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenanı gözləməliyik. Bilməliyik ki, bu sadə qaydalara əməl etməklə, digər problemlərin həllini də sürətləndirmiş olacağıq.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM