19 Oktyabr 2020 18:11
472
SİYASƏT
A- A+

Azərbaycan və Fransa Xarici İşlər nazirləri arasında telefon danışığı olub


Oktyabrın 19-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Fransa Respublikasının Xarici İşlər naziri Jan-İv Lö Drian arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov rəsmən atəşkəs elan olunmasından sonra Ermənistan silahlı qüvvələri tərəfindən ikinci dəfə humanitar atəşkəsin pozulduğu barədə Fransa Xarici İşlər nazirinə məlumat verib. O qeyd edib ki, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması, Füzuli, Cəbrayıl və Hadrut istiqamətində istiqamətlərində hücum cəhdləri açıq şəkildə Ermənistanın atəşkəs rejiminə əməl etmədiyini, Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqeləri yenidən ələ keçirməyi hədəfə aldığını göstərir.

Nazir humanitar atəşkəsi pozmaqla Ermənistan Respublikasının bir daha beynəlxalq humanitar hüquqa əsasən üzərinə götürdüyü beynəlxalq öhdəliklərə biganə olduğunu nümayiş etdirir.

Nazir Jan-İv Lö Drian humanitar atəşkəsin tətbiq olunmasının vacibliyini vurğulayıb və ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında təxirə salınmadan mahiyyət üzrə danışıqların zəruriliyini qeyd edib.

Nazir bu müharibə cinayətinə görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayıb. Nazir Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasının bölgədə sülhün təminatı üçün mühüm şərt olduğunu bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video