Alternative content

02:20 06 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
01:07 06.12.2020 KİMDİR GÜNAHKAR?!
01:05 06.12.2020 Məğlubların faciəsi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elçin Əmirbəyov: Beynəlxalq təşkilatlar Ermənistanın vandalizm hərəkətlərinin qarşısını almalıdır
Elçin Əmirbəyov: Beynəlxalq təşkilatlar Ermənistanın vandalizm hərəkətlərinin qarşısını almalıdır
ANA SƏHİFƏ / SİYASƏT
17:20 19.10.2020

Ermənistan Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Onlar Azərbaycan ərazisinin 20 faizini işğal edib. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov oktyabrın 19-da ADA Universitetində keçirilən brifinqdə deyib.

Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həll olunmasını gözləyib. Lakin əfsuslar olsun ki, Ermənistan qeyri-konstruktiv mövqe göstərərək, münaqişənin sülh yolu ilə həllinə imkan vermədi. Azərbaycan konstruktiv mövqe nümayiş etdirsə də, Ermənistan təxribatlara əl atdı. Bu gün də Ermənistan Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir. Paşinyan da öz sələflərindən heç nə ilə fərqlənməyib və xalqımıza qarşı müharibə cinayətlərinin törədilməsinə davam edib. Ermənistanın bütün bu əməllərinə baxmayaraq, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunmasının mümkünlüyünü bildirdi. Lakin Ermənistan son iki humanitar atəşkəs razılaşmasını pozaraq Azərbaycanın mülki əhalisini, Gəncə, Mingəçevir və digər şəhərlərini raket atəşinə tutdu. Gəncədə faciə yaşandı. Beynəlxalq təşkilatlar Ermənistanın bu vandalizm hərəkətlərinin qarşısını almalıdır və onlara qarşı təzyiqləri artırmalıdır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


ARXİV


TƏQVİM