19 Oktyabr 2020 17:03
404
SİYASƏT
A- A+

Ukrayna Ali Radasının deputatı: Azərbaycan Ordusu öz torpaqlarının azadlığı üçün döyüşür


Qarabağ Azərbaycandır! Azərbaycan Ordusu öz torpaqlarının azadlığı üçün döyüşür. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ölkəmizin Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən dəyirmi masada çıxışı zamanı Ali Radanın deputatı Lyudmila Marçenko söyləyib. Deputat bildirib ki, hazırda Azərbaycan xalqı olduqca şərəfli tarix yazır.

"Azərbaycan bayrağı tarixi Xudafərin körpüsü üzərində dalğalanır. Bu, olduqca qürurvericidir”, - deyən Lyudmila Marçenko bildirib ki, Azərbaycan və Ukrayna dost, tərəfdaş ölkələrdir. Hər iki ölkə bir-birlərinin ərazi bütövlüyünü dəstəkləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video