Alternative content

17:06 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yerdən 120 işıq ili məsafədə iki ekzoplanet kəşf edilib
Yerdən 120 işıq ili məsafədə iki ekzoplanet kəşf edilib
ANA SƏHİFƏ / Elm və texnika
14:24 19.10.2020

Yerdən 120 işıq ili məsafədə iki ekzoplanet kəşf edilib. Tədqiqatın nəticələri "Astronomy and Astrophysics” jurnalında dərc edilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Bern və Cenevrə universitetləri mütəxəssislərinin rəhbərliyi ilə beynəlxalq astrofizika qrupu Yerdən 120 işıq ili məsafədə yerləşən bürcdəki TOI-1266 qırmızı cırtdan ulduzun yaxınlığında iki ekzoplanet aşkar edib. Kəşf, o cümlədən Meksikada SAINT-EX rəsədxanasından aparılan müşahidələr əsasında əldə olunub.

Alimlərin fikrincə, qırmızı cırtdan obyektlər soyuq ulduz təsiri bağışlayır, buna görə də onların yaxınlığındakı planetlərdə suyun potensial mövcudluğu imkanı ehtimal olunur. Ekzoplanetlə onun ulduzu arasında məsafə birincinin aşkarlanması üçün başlıca amildir. Onlar bir-birinə yaxın olduqca astronomların Yerdən müşahidələr əsasında planeti aşkar etmək şansı da çoxdur.

TOI-1266b və TOI-1266с ekzoplanetlər öz ulduzuna Günəş sistemindəki planetlərlə Günəş arasında olan məsafə baxımından daha yaxındır və ulduzunun ətrafında Yerdəki 11 və 19 sutkaya bərabər müddət ərzində tam dövr edir. Onların ulduzu Günəşdən xeyli soyuqdur, bu halda TOI-1266с-nin temperaturu Venera ilə müqayisə edilə bilər. Lakin TOI-1266с öz ulduzuna Veneranın Günəşə yaxın olmasından yeddi dəfə çox yaxındır.

Hər iki planetin sıxlığı oxşardır. Alimlərin fikrincə, planetlər qaya süxurları və metallar, yarısı isə sudan ibarət ola bilər. Lakin ölçü baxımdan onlar fərqlənir. TOI-1266b-nin diametri Yerin diametrindən, demək olar, iki dəfə böyükdür və beləliklə, "minineptun” sinfinə aid edilir. TOI-1266с isə "superyer” sinfinə aiddir, Yerdən 1,5 dəfədən çox böyükdür. Mütəxəssislər hesab edirlər ki, bir ekzoplanet sistemində müxtəlif siniflərin olması onların qarşılıqlı təsirini öyrənmək üçün böyük imkanlar yaradır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM