Alternative content

01:07 23 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:03 23.10.2020 Əsgərə məktub
00:54 23.10.2020 Yolum Füzuliyədir
00:53 23.10.2020 BİLDİRİŞ
00:52 23.10.2020 BİLDİRİŞ
00:52 23.10.2020 BİLDİRİŞ
00:50 23.10.2020 BİLDİRİŞ
00:49 23.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir
Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir
ANA SƏHİFƏ / SİYASƏT
01:29 18.10.2020


Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik salnaməmizin ən şərəfli səhifəsi yazılır


Müstəqillik, öz taleyinə sahib olmaq, öz dövlətini yaratmaq və inkişaf etdirmək hər bir xalq üçün ən böyük nailiyyətdir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə baxmayaraq, heç bir qüvvə Azərbaycan xalqının müstəqillik, dövlətçilik arzularını söndürə bilməmiş, şərait, imkan yetişən kimi xalqımız müstəqillik ideallarını gerçəyə çevirmişdir. Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün öz müstəqil dövlətinə sahibdir və dövlət müstəqilliyimiz xalqımızın milli sərvətidir.

Tarixdə şəxsiyyətlərin rolu danılmazdır. Öz əməlləri ilə mənsub olduğu xalqın taleyini, tarixini dəyişdirmiş, milli kimliyini qürur və fəxarət mənbəyinə çevirmiş şəxsiyyətlər xalqının milli yaddaşında əbədiyaşarlıq hüququ qazanmışdır. Bu gün müstəqil kimliyi və öz dövləti ilə dünya səhnəsində yer alan xalqların taleyini də məhz belə tarixi şəxsiyyətlər müəyyənləşdirmişdir. Azərbaycan xalqı üçün belə möhtəşəm əməllərə imza atmış şəxsiyyət və böyük lider isə şübhəsiz ki, Ulu Öndər Heydər Əliyev olmuşdur. Təsadüfi deyil ki, bu gün Heydər Əliyevin adı müstəqil və suveren Azərbaycanın simvolu kimi səslənir. Çünki Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil Azərbaycan dövlətini qurmaq olmuş və o, müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində xalqımızın azadlıq və müstəqillik ideallarını gerçəkləşdirməyə nail olmuşdur.


Azərbaycanın dövlət müstəqilliyinin əsaslarının yaradılması


Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etməyə həsr etmiş Ümummilli Lider Heydər Əliyev daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, yüksək idarəetmə bacarığına söykənərək çox qətiyyətli, müdrik qərarlar qəbul etmiş, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmiş, ölkəmizin və xalqımızın milli inkişafını təmin etmişdir. O, hələ Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin müstəqilliyinin sütunlarını yaratmağa başlamış, bütün fəaliyyətini bu istiqamətə yönəltmiş, müasir Azərbaycanın bugünkü reallıqlarını və etibarlı əsaslarını qura bilmişdir.

1969-82-ci illərdə Ulu Öndərin respublikamızın sosial-iqtisadi, mədəni yüksəlişi üçün gördüyü işlər, milli ruhun və milli özünüdərkin inkişafı, xalqımızın tarixi yaddaşının özünə qaytarılması və milli şüurun oyanışı, azərbaycançılıq məfkurəsinin ideoloji sütuna çevrilməsi kimi fundamental məsələlərin çox dəqiqliklə və cəsarətlə həllini tapması, milli ziyalı təbəqəsinin formalaşdırılması istiqamətində atdığı addımlar Azərbaycanın gələcəkdə müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan respublika kimi mövcudluğuna zəmin hazırlayan düşünülmüş tədbirlər olmuşdur. Həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına yönəldilərək gələcək müstəqilliyimizin təmin olunmasına əsas yaratmışdır. Bu dövrdə keçmiş ittifaq miqyasında tanınmış ali məktəblərə göndərilən azərbaycanlı gənclər sonradan müstəqillik illərində ölkəmizin yenidən qurulmasında fəal iştirak etmiş, həmçinin Ulu Öndərin şəxsi təşəbbüsü ilə respublikamızda formalaşdırılmış hərbi kadr potensialı müstəqil Azərbaycan Ordusunun yaranmasında da mühüm rol oynamışdır. Milli mədəniyyət, milli tarix, milli-mənəviyyat məsələlərində müstəqillik elementləri qabarıq şəkildə ortaya qoyulmuşdur.

1982-ci ilin dekabrında Siyasi Büronun üzvü seçilərək SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilən Ulu Öndər Heydər Əliyev bu vəzifədə də daim xalqımızın mənafelərini qorumuş, Azərbaycana qarşı erməni millətçiliyinin və onların dəstəkçilərinin təxribatlarının qarşısını qətiyyətlə almışdır. Bu isə həm də o deməkdir ki, Heydər Əliyev harada çalışmasından asılı olmayaraq, həmişə xalqına, Vətəninə sədaqətlə xidmət etmiş, doğma Azərbaycanı ilə əlaqələrini kəsməmiş, respublikanın inkişafı üçün əlindən gələni əsirgəməmişdir.


Müstəqillik uğrunda atılan növbəti addımlar


Ötən əsrin 80-ci illərinin sonlarında dünyada tamamilə fərqli bir mənzərə formalaşmışdı. Yeni geosiyasi düzənə transformasiya sürətlənmiş, yeni qlobal dəyərlər sistemi meydana çıxmağa başlamışdır. Bu proseslər fonunda keçmiş ittifaq daxilində də xalqların müstəqillik arzuları baş qaldırmışdır. Doğrudur, ittifaqın süquta uğraması və müstəqil dövlətlərin həyata vəsiqə qazanması heç də asan yolla başa gəlməmişdir. Azərbaycan xalqı üçün də öz müstəqil dövlətini qurmaq, azadlıq ideallarına qovuşmaq çox gərgin, faciəli hadisələrin nəticəsində mümkün olmuşdur. 1990-cı ilin 20 Yanvar hadisələrini proseslərin dönüm nöqtəsi hesab etmək olar. Həmin dövrdə də yenə məhz Ulu Öndər Heydər Əliyev xalqının yanında olmuş, 20 Yanvar faciəsinin ertəsi günü Kreml rejiminin təqiblərinə baxmayaraq, öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bəyanat vermiş, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmiş, daha sonra SSRİ rəhbərliyinin apardığı siyasət nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti də Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliləməsində bayraqdar rolu oynamışdır. Həmin dövrdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək, "Sovet Sosialist” sözləri oradan çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir. Həmçinin Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, Azərbaycanda da eyni qərar qəbul olunsun. Bundan başqa, 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə muxtar respublikada məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir.

Bunlar Azərbaycan xalqının lideri tərəfindən müstəqillik uğrunda atılan növbəti addımlar kimi qiymətləndirilir.

Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda mövcud olan hakimiyyət boşluğu, dövlət idarəçilik sükanını mənimsəyən və müəyyən dairələrin direktivləri ilə hərəkət edən qrupların, siyasi hakimiyyəti qeyri-qanuni, antidemokratik yolla ələ keçirən qüvvələrin yarıtmaz fəaliyyəti yenicə əldə olunmuş müstəqilliyi itirmək, Azərbaycan xalqının azadlıq ideallarından, müstəqillik kimi tarixi nailiyyətdən məhrum olmaq təhlükəsi yaratmışdı. 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunsa da, bu müstəqilliyi qoruyub saxlamaq üçün dövlətçiliyin əsasları yaradılmamış, cəmiyyətdə milli həmrəylik, milli birlik təmin olunmamışdır. Azərbaycanda hökm sürən hərc-mərclik, cinayətkarlığın artması respublikamızın həyatının bütün sahələrinə böyük zərbələr vurmuş, ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarmışdır. İqtisadiyyat tamamilə məhv edilmiş, ciddi maliyyə böhranı meydana çıxmış, xarici siyasət sahəsində qeyri-sağlam vəziyyət yaranmışdır. Buna paralel olaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti getdikcə genişlənmiş, 1993-cü ilin may-iyun aylarında ölkəmizdə siyasi böhran son həddə çatmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.


Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sabitliyin bərqərar olması


Belə bir şəraitdə Azərbaycan xalqının diqqəti yenidən xalqımızın böyük oğlu Heydər Əliyevə yönəlmişdir. Bu dəfə də xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər xalqın tələb və təkidlərinə cavab verərək ölkəmizdə növbəti dəfə hakimiyyətə gələrək, Azərbaycanın dövlətçiliyini, ölkəmizin müstəqilliyini xilas etmiş, yüksəliş, inkişaf və sabitlik erasının əsasını qoymuşdur. Bu isə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcı demək idi.

1993-cü il iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinə Sədr seçilməsi parlamentarizm tariximizdə müstəsna əhəmiyyətə malikdir. Bu dövr Azərbaycan parlamentarizm tarixinin ən parlaq səhifələrini təşkil edir. Xalqımızın böyük oğlunun rəhbərliyi ilə parlament ali qanunverici orqan kimi ölkəmizin problemlərinin həlli ilə bağlı demokratik müzakirələrin keçirildiyi və siyasi mədəniyyətin hökm sürdüyü bir tribunaya çevrilmişdir. Parlamentin ictimai nüfuzu yüksəlmiş və effektiv qanunvericilik fəaliyyəti həyata keçirilmiş, mühüm qanunlar qəbul olunmuşdur. Bu qısa dövrdə ölkə həyatının ən müxtəlif sahələrini əhatə edən, iqtisadiyyatın yenidən dirçəldilməsi və vətəndaşların sosial mənafelərinin qorunmasına yönəlmiş, həmçinin beynəlxalq fəaliyyət sahəsində prioritetlərin əks olunduğu 120-dən artıq qanun və qərar qəbul olunmuşdur. Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövrdə Ulu Öndər ictimai sabitliyin bərpası, siyasi sistemin inkişafı, Azərbaycanın beynəlxalq təcridinin aradan qaldırılması istiqamətində yorulmadan fəaliyyət göstərmiş, mədəniyyətin, elmin, təhsilin inkişafına, gənc nəslin fəallığının artırılmasına böyük diqqət göstərmişdir. Beləliklə, çox qısa müddətdə Azərbaycan parlamenti Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin taleyüklü məsələlərinin həllində vacib rola malik olmuş, ölkəmizin müstəqil inkişafına öz dəyərli töhfələrini vermişdir.

1993-cü il oktyabr ayının 3-də keçirilən seçkilərdə Azərbaycan Prezidenti seçilən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə qısa müddətdə ictimai nizam-intizam, siyasi sabitlik təmin edilmiş, milli təhlükəsizliyin sarsılmaz əsasları yaradılmış, qanunsuz silahlı birləşmələr tərk-silah edilmiş, nizami, güclü ordu quruculuğuna başlanmışdır. Hüquqi dünyəvi dövlət quruculuğu prosesinə start verilmiş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunmış, ölkəmizdə çox ciddi siyasi islahatlar aparılmağa başlanmışdır. Ulu Öndər Heydər Əliyev ölkəmizin müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı və elmin, təhsilin, mədəniyyətin inkişafını təmin etmişdir. Yeni neft strategiyasının hazırlanması, bunun əsası olan "Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın qlobal enerji bazarında və beynəlxalq münasibətlərdə aktiv iştirakının təmin olunması, yeni və praqmatik xarici siyasət strategiyasının müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi həmin dövrdə ölkəmizin qarşısında tamamilə yeni inkişaf paradiqmalarının meydana gəlməsini şərtləndirmişdir. Azərbaycan Ulu Öndər Heydər Əliyevin müstəsna liderlik qabiliyyəti və yüksək idarəetmə məharəti sayəsində 1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşamış, müstəqilliyini möhkəmləndirmişdir.


Dövlət müstəqilliyinin əbədiliyinin, sarsılmazlığının, dönməzliyinin təmin olunması


Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də onunla əlaqədardır ki, onun ideyaları konkret zaman və məkan məhdudiyyəti tanımır. Ulu Öndərin müəllifi olduğu dövlətçilik konsepsiyası, dəqiqliklə işləyib hazırladığı strateji kurs sonrakı dövrdə də ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına xidmət etmiş, Azərbaycanın gələcəyinə işıq tutmuşdur. Yeni əsrin və yeni minilliyin başlanğıcında Heydər Əliyev siyasətini davam etdirmək gücündə və iqtidarında olan, başlanılan qlobal işləri, transmilli layihələri uğurla həyata keçirə biləcək, Azərbaycanı Ulu Öndərin görmək istədiyi zirvələrə qaldıracaq yeganə lider möhtərəm Prezident

İlham Əliyev idi. Ümummilli Lider Heydər Əliyev də 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində tam haqlı olaraq, cənab İlham Əliyevə böyük etimadını ifadə etmiş və bəyan etmişdir ki, "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”.

Təbii ki, Azərbaycan xalqı heç bir tərəddüd etmədən və əminliklə Ümummilli Liderin bu müraciətinə dəstək verərək prezident seçkilərində cənab İlham Əliyevə yüksək etimad göstərmişdir. Beləliklə, xalqımız növbəti dəfə müdriklik göstərərək öz qərarını vermiş, Heydər Əliyev siyasətinin ardıcıllığının təmin olunmasını dəstəkləmişdir. Ali kürsüdə fəaliyyətə başlayan ilk gündən cənab Prezident İlham Əliyev bəyan etmişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıca şərt ölkədə Heydər Əliyevin siyasətinin davam etdirilməsidir. Çünki təcrübəli siyasətçi, geniş dünyagörüşünə malik müasir lider və böyük strateq kimi cənab Prezident İlham Əliyev çox dəqiq müəyyən etmişdir ki, yalnız Heydər Əliyev strategiyasını həyata keçirməklə, onun qoyduğu siyasi yolu davam etdirməklə Azərbaycanı güclü dövlətə çevirmək mümkündür. Ona görə də dövlət başçısı xalqa müraciətində demişdir ki, "Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti ilk gündən ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır. Prezident

İlham Əliyev isə bu gücə söykənərək, xalqın inam və etimadını istinad nöqtəsi olaraq dəyərləndirmiş, qəbul etdiyi bütün taleyüklü qərarlarda yalnız xalqımızın mənafeyini rəhbər tutmuşdur. Dövlət başçısı xalqa müraciətlərinin birində müstəqil siyasət həyata keçirməyin əhəmiyyətini bu fikirlərlə çox aydın ifadə etmişdir: "Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik. Biz böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər. Ancaq müstəqillik şəraitində Azərbaycan bu qədər uğurlar əldə edə bilər. Bizim taleyimiz öz əlimizdədir”.

Bəli, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan artıq 17 ildir ki, etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə özünün dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu illər ərzində ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi daha da möhkəmlənmişdir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan yeni əsrin əvvəllərində keçid iqtisadiyyatı ilə vidalaşaraq yeni tərəqqi və milli inkişaf arxitekturası üzərində möhkəmlənən iqtisadi modelin tətbiqinə başlamış, postsovet ölkəsi fazasından çıxaraq yüksək inkişaf proqnozları ilə irəliləyən innovativ və modern iqtisadiyyata malik ölkə kimi inamla inkişaf etmişdir. Bu zaman keçidində iqtisadiyyatın dinamik inkişafı, uzunömürlü tərəqqi, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsinə nail olunmuş, həyata keçirilən dövlət proqramları bütün bölgələrin hərtərəfli və tarazlı sosial-iqtisadi tərəqqisinə və qeyri-neft sektorunun inkişafına yol açmışdır. Prezident İlham Əliyevin milli inkişaf doktrinasının başlıca hədəflərini təşkil edən modern və innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa və açıq cəmiyyətin təmin edilməsinə əsaslanmışdır. İqtisadiyyatın aqrar sektorunda islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün güzəştlər və dövlət yardımı iqtisadiyyatın bu sahəsinin inkişafına güclü təkan vermişdir.

Məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yüksəlməsinə xidmət edən uğurlu sosial dövlət modeli formalaşdırılmış, işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına nail olunmuş, əməkhaqları, pensiya və təqaüdlər əsaslı şəkildə artırılmışdır. Son 17 ildə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə böyük iş həcmi yerinə yetirilmiş, ölkədə bütün çadır düşərgələri ləğv edilmiş, yüzdən çox yeni qəsəbə və şəhərcikdə 300 mindən çox insan yerləşdirilmişdir. Ölkənin infrastruktur sistemi tamamilə yenilənmiş, müasir əsaslarda yenidən qurulmuşdur.

Azərbaycanda Prezident İlham Əliyevin müəllifliyi ilə nəhəng transmilli energetika layihələri həyata keçirilmiş, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Cənub qaz dəhlizi” kimi enerji təhlükəsizliyində mühüm rol oynayan nəhəng layihələr Avropanın enerji xəritəsini dəyişdirmişdir. Həmçinin Azərbaycanın təşəbbüsü ilə qlobal əhəmiyyət daşıyan trans-nəqliyyat, kommunikasiya layihələri reallaşdırılmış, Avropanı Asiya ilə birləşdirən "Şərq-Qərb” və "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması təmin edilmiş, Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur.

Siyasi sistemin təkmilləşdirilməsi, demokratik təsisatların möhkəmləndirilməsi, plüralizmin, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, söz və məlumat azadlığının təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirilmişdir.

Azərbaycanın hərtərəfli inkişafını xarakterizə edən mühüm məsələlərdən biri də bütün sahələri əhatə edən geniş və innovativ proqramların icrası, konseptual yanaşmanın tətbiqidir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni nəsil və modern islahatlar strategiyası Azərbaycanın dinamik inkişafını təmin edən mühüm şərtlərdən biridir. Qabaqcıl institusional islahatlar sırasında isə Birinci vitse-prezidentlik institutunun yaradılması müstəsna əhəmiyyətə malikdir. Ötən dövr göstərdi ki, ölkədə vitse-prezidentlik təsisatının yaradılması və hörmətli Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi sonrakı mərhələdə vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsində, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsində mühüm amil olmuşdur. Mehriban xanım Əliyeva uğurlu və çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın inkişafına müstəsna töhfələr verir. Başqa sözlə, bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti ölkəmizin tərəqqisi, ayrı-ayrı sahələrdə mühüm inkişaf göstəricilərinin əldə olunması baxımından böyük önəmə malikdir. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir. Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Onun sosial və humanitar sahələrdə təşəbbüsləri, gördüyü mühüm işlər ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirlərinin miqyasının genişlənməsində əhəmiyyətli rol oynayır. Mehriban xanım Əliyevanın istər pandemiya ilə mübarizə, istərsə də ordumuza dəstək, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlər, çağırışlar və bəyanatlar milli həmrəyliyimizin daha da möhkəmlənməsi üçün əvəzsiz töhfədir.


Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olunur!


Ötən 17 ildə bütün digər istiqamətlərdə olduğu kimi, xarici siyasət sahəsində də Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu prinsiplər uğurla tətbiq olunmuş, milli maraqlara söykənən müstəqil xarici siyasət həyata keçirilmişdir. Dövlət başçısının qətiyyəti, yüksək diplomatik səriştəsi, həmçinin bütün məsələlərdə beynəlxalq hüquqa və ədalətə istinad edən prinsipial mövqeyi sayəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəlmiş, 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilmişdir və hazırda təşkilata uğurla sədrlik etməkdədir. Digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana inteqrasiyanın dərinləşməsinə, ölkə reallıqlarını dünya ictimaiyyətinə obyektiv və dolğun çatdırmağa imkan vermişdir. Azərbaycan Prezidentinin sülh və humanizm, birgə geniş əməkdaşlığı təmin edən xeyirxah missiyası qlobal məkanda birliyin, tolerantlığın, sivilizasiyalararası dialoqun, multikulturalizmin dərinləşməsinə töhfə verir, dövlətlərarası səmimi münasibətlərin təmas nöqtələrinin trayektoriyasını müəyyən edir.

Təbiidir ki, Azərbaycanın xarici siyasət institutunun qarşısında duran bir nömrəli məsələ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Prezident İlham Əliyev bu istiqamətdə də vəzifəni konkret müəyyənləşdirmişdir: "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar”. Ona görə də ötən dövrdə xarici siyasətin bütün arsenalı əsas etibarilə bu münaqişənin həllinə yönəldilmiş, Azərbaycanın cəhdləri problemin sülh yolu və danışıqlar vasitəsilə aradan qaldırılmasına xidmət etmişdir. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarla yanaşı, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarların qəbul edilməsinə nail olunmuş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş, münaqişənin məhz bu prinsiplər əsasında həllinin vacibliyi qeyd olunmuşdur. Azərbaycan bütün dövrlərdə konstruktiv mövqe göstərmiş, münaqişənin ədalətli həlli prosesinə sadiq qalmışdır.

Lakin Ermənistan rəhbərliyinin danışıqları pozmaq, sülh prosesindən imtina etmək, status-kvonu möhkəmləndirmək istiqamətində təxribatları, eyni zamanda beynəlxalq ictimaiyyətin Yerevanın siyasi rəhbərliyinin bu riyakar davranışlarına adekvat münasibət bildirməməsi 30 ilə yaxındır davam edən sülh danışıqlarının nəticəsiz qalmasına gətirib çıxarmışdır. Bununla yanaşı, işğalçı ölkənin son dövrlər hərbi təxribatlarının artması, Azərbaycana qarşı yeni işğalçılıq iddialarının ortaya atılması ölkəmizi alternativ tədbirlər görməyə, tarixi ədaləti öz gücü hesabına bərpa etməyə vadar etmişdir.

Beləliklə, öz müstəqilliyinin 29-cu ildönümünü qeyd edən Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixini yazır. Əlbəttə, Azərbaycan tarixində bir çox şərəfli anlar olmuş, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanmışdır. Amma bu gün Ali Baş Komandanın başçılığı ilə Azərbaycan Ordusunun zəfər yürüşü, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. Qurtuluş savaşı aparan Şanlı Ordumuz 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı - Füzuli, Xocavənd, Cəbrayıl, Tərtər rayonlarının bir sıra kəndlərini, Suqovuşan kəndini, Hadrut qəsəbəsini, Cəbrayıl və Füzuli şəhərlərini düşməndən təmizləyərək zəfər yürüşünü, xilaskarlıq missiyasını davam etdirir. Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Torpaqlarımızın azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytarır, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirir. Bu gün Azərbaycan xalqı, hər bir vətəndaşımız Ali Baş Komandanın və şanlı ordumuzun ətrafında yumruq kimi sıx birləşərək işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyi günü səbirsizliklə gözləyirlər. Və şübhə yoxdur ki, Ali Baş Komandan və onun rəhbərliyi ilə Azərbaycan Ordusu Azərbaycan xalqının ümidlərini yenə də doğruldacaq və Azərbaycan haqq işində zəfər çalacaqdır! Bu gün işğaldan azad olunmuş tarixi ərazilərimizdə üçrəngli Azərbaycan bayrağının qürurla dalğalanması isə müstəqillik günümüzə ən böyük hədiyyədir!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Sahibə QAFAROVA,

Milli Məclisin Sədri





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM