Alternative content

09:23 29 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qaydalara əməl edək ki, özümüzü və yaxınlarımızı qoruya bilək
Qaydalara əməl edək ki, özümüzü və yaxınlarımızı qoruya bilək
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:19 18.10.2020


Son günlər COVID-19-la bağlı açıqlanan rəqəmlər ürəkaçan deyil. Çünki nəticələr bir çox ölkələrdə yoluxma hallarının artğını göstərir. Təəssüf ki, Azərbaycan da bu sırada yer alıb. Belə ki, ötən gün ölkəmizdə COVID-19-a yoluxanların sayının 500-ü keçdiyi barədə məlumat verilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bu rəqəmlərin daha da artacağını proqnozlaşdıraraq səbəbini belə açıqlayıb: "Çünki insanları bir araya gətirəcək çətin günlər yaşayırıq. Bir araya gələn zaman isə COVID-i düşünmürük. Ehtimal edirik ki, qış aylarında virusla bağlı artım yayda yaşadığımız pik həddən daha yüksək olacaq”.

ÜST nümayəndəsinin qeyd etdiyi kimi, Azərbaycan koronavirusa qarşı ən birinci tədbir görən ölkələrin sırasındadır. Mart ayının əvvəlindən etibarən məktəblər bağlandı. Karantin rejimi tətbiq olundu. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq, epidemiyaya qarşı işlərin genişləndirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirildi. Şənbə və bazar günləri paytaxtda və regionlarda geniş dezinfeksiya işləri aparıldı və bu, davam etdirilir.

Ölkəmizdə COVID-19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına məsuliyyətlə əməl etməsi müsbət nəticəsini verdi. İyul ayının statistikası yoluxma hallarının kəskin azaldığını, stabilləşməsinə nail olunduğunu göstərdi. Xəstəxanalarda olan aktiv koronavirus xəstələrinin, həmçinin reanimasiya şöbələrində olan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayının azalması da sevindirici xəbərlərin sırasında yer aldı. Ancaq ümumi vəziyyət, dünyanın bir çox ölkələrində koronavirusun hələ də tuğyan etməsi virusun geri çəkilmədiyini göstərirdi. Mütəxəssislər də xəbərdarlıq edirdilər ki, Azərbaycanda vəziyyətin nəzarət altında olması, yoluxma saylarındakı stabillik əhalini arxayınlaşdırmamalıdır. Payız fəslinin gəlişi ilə əlaqədar isə bildirildi ki, soyuq aylarda əhali ikiqat diqqətli və məsuliyyətli olmalıdır. Təəssüf ki, payız fəslinin son iki həftəsində koronavirusa yoluxanların sayında sürətli artım başladı. Bunun bir sıra səbəbləri var. Payız-qış mövsümündə

COVID və digər respirator viruslar daha çox artır. İnsanlar daha çox qapalı məkanlarda olurlar. ÜST nümayəndəsi açıqlayıb: "Digər səbəb isə insanlarda bir pandemik yorğunluğun olmasıdır. Çünki fevral ayından bəri insanlara özlərini qorumaları ilə bağlı tövsiyələr edirik. Buna desensitisizasiya - həssaslığın azalması deyilir. Bu təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. İnsanlara bu günlərdə belə mesajları vermək çətindir, amma diqqət etmək lazımdır. Həm özümüz, həm sevdiklərimiz üçün, həm də xəstəliyin daha da yayılmaması üçün”.

Xatırladaq ki, dünyada koronavirusa yoluxanların sayı artıq 38 milyonu, infeksiya qurbanlarının sayı isə 1 milyonu ötüb. Bu günlərdə Avropada yoluxma sayı artmaqdadır. Fransanın Paris də daxil olmaqla, bəzi şəhərlərində saat 21:00-06:00 arası küçəyə çıxma qadağası tətbiq edilir.

ÜST nümayəndəsi deyib ki, bəzi insanlar hesab edirlər ki, COVID yoxdur, bunlar konspirasiyadır, bir qrup insan da hesab edir ki, onlar yoluxmazlar. ÜST nümayəndəsi deyib: "Hər kəs istəyir ki, COVID yox olsun, amma mən xəstələnməyim. Başqaları xəstələnsin və virus bitsin. Amma belə bir şey mümkün deyil. Əgər virus təsir edəcəksə, hamımıza təsir edəcək. Belə virus var və insanları öldürür - bunu qəbul edə bilsək, həyatımızı normal şəkildə davam etdirə bilərik”.

Bu günlər çoxlarını düşündürən bir məsələ də əvvəlki kimi kütləvi qapanmaların tətbiqi ehtimalıdır. Xatırladaq ki, oktyabrın 14-dən etibarən Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılıb. Bununla bağlı Baş Nazir Əli Əsədov "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Qərara əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, bu ərazilərə giriş qadağan edilib.

Ümumi təhsil müəssisələrinə gəlincə, COVID-19 virusuna yoluxma halları ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, 15 şagirdin, işçi heyətdən 2 nəfərin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 21 şagird, işçi heyətdən 12 nəfər isə koronavirusa yoluxub. Bir məktəbdə əyani təhsil bərpa olunub. 7 məktəbdə və 3 sinifdə dərslər təhsilin distant formasına keçirilib.

Qeyd edək ki, respublika üzrə 30 məktəbdə və 55 sinifdə koronavirusa yoluxma hallarına görə distant təhsilə keçilib.

Ancaq ÜST nümayəndəsi deyib ki, hökumət əvvəlki kimi bütün ölkəni qapatmadan ayrı-ayrı kəndlər, məhəllələr, məktəblər səviyyəsində qapatmalara gedir: "Əvvəlki kimi qapanmaya gedilməyəcəyini düşünürəm. ÜST-ün tövsiyəsi də elə bununla bağlıdır. Nə qədər yaxından nəzarət edilsə, sürətlə yoluxmanı aşkarlaya bilsək, insanları evdə qalmağa təşviq etsək, bu xəstəliklə bir o qədər tez başa çıxa bilərik. Bütün dünyada olduğu kimi, Azərbaycanda da gündəlik çörəkpulu qazanan insanlar var. Onların işə getməməsi ailələri üçün çətinlik yaradır. Bunu Operativ Qərargah da düşünür. Hesab edirəm ki, son ana qədər bütünlüklə qapanmaya gedilməyəcək. Amma bu, hamımızın davranışlarından asılıdır. Əgər bir yerdə kütəvi yoluxma olarsa, aradan qaldırmaq üçün tədbirlər görüləcək”.

Cəmiyyətin maraqla gözlədiyi məsələlərdən birinə - vaksinə Hande Harmancı belə münasibət bildirib: "Biz vaksini səbirsizliklə gözləyirik. Hazırda yüzlərlə vaksin üzərində araşdırmalar aparılır. 10 vaksin ən son mərhələdə idi, bu həftə 2-ni saxladılar. Yenidən davam ediləcəkmi, bilinmir. Əgər vaksinin bir insanda belə əks təsiri olarsa, ona yenidən baxmaq lazımdır. Vaksinlərin əks təsirləri olmamalıdır. Xüsusən uşaqlara edilən vaksinlər daha etibarlı olmalıdır. İstəyirik ki, bu ilin sonunadək ən azı 1 vaksin hazır olsun. Lakin hazırda vaksin yoxdur, virusun müalicəsi ilə bağlı da dərman yoxdur. Ona görə də məcburən qorunma qaydalarına əməl etməliyik”.

Aylardır davam edən qlobal təhlükə ilə mübarizədə sayıqlıq və məsuliyyət hissinin azaldılması, ehtiyatsızlıq, məsuliyyətsizlik, biganəlik böyük fəsadlara yol açır. Bütün bunlara baxmayaraq, bəzi vətəndaşlar zəruri qayda və tələblərə laqeydlik göstərir. Sahibkarlıq subyektləri infeksiyanın yayılmasının qarşısının alınmasına zəif nəzarət edir.

Bu günlərdə virusa yoluxanların sayının kəskin surətdə artması təhlükənin nə qədər ciddi olduğunu deməyə əsas verir. Yalnız özünün deyil, bütövlükdə cəmiyyətin sağlamlığının qorunması üçün tələb olunanları həyata keçirmək isə o qədər də çətin deyil. Gündəlik qoruyucu tədbirlərə - maskadan istifadə, əl gigiyenasına, sosial məsafəyə diqqət edilməlidir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM