Alternative content

08:50 29 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
02:30 29.10.2020 BİLDİRİŞ
02:30 29.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətəndaş məsuliyyəti əsas şərtdir
Vətəndaş məsuliyyəti əsas şərtdir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:54 17.10.2020


Koronavirusla mübarizədə əsas vəzifələrdən biri də karantin rejiminin tələblərinə əməl etməklə Azərbaycan əsgərini qorumaqdır


Dünyada COVID-19 pandemiyasının yaratdığı gərginlik davam edir. Planeti bürüyən təhlükəli virus payız-qış mövsümünün başlaması ilə yoluxma riskini daha da artırıb. Son statistikaya əsasən, dünyada COVID-19-a yoluxanların sayı 39 milyon nəfəri keçib, 1 milyondan çox insan bu virus səbəbindən dünyasını dəyişib.

Bir müddət əvvələ qədər Azərbaycanda COVID-19-a qarşı aparılan mübarizədə müsbət dinamika əldə olunsa da, təəssüf ki, son günlər bunun əksi ilə qarşılaşırıq. Bir çox ölkələrdə olduğu kimi, respublikamızda da yeni növ koronavirus infeksiyasına yoluxma hallarında artım müşahidə olunur. Bu səbəbdən də mövcud sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. Belə ki, oktyabrın 19-dan noyabrın 2-dək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub.

Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilməlidirlər. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur. Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir. Eyni zamanda Nazirlər Kabinetinin qərarına əsasən, oktyabrın 19-dan noyabrın 2-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti də dayandırılır.


Təhsil sistemi üçün riskli situasiya yaranıb


Təhsil naziri Emin Əmrullayev məlumat verib ki, təhsil müəssisələri yoluxmanı artıra biləcək yerlər kimi qiymətləndirilir. Təhsil sistemi üçün riskli situasiya yaranıb. Buna görə də sözügedən tarixlərdə ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub: "Payız ayında yoluxmanın artması gözləniləndir. Eyni zamanda başa düşməliyik ki, biz xüsusi şəraitdəyik, xüsusilə diqqətdə olmalıyıq. Təhsil Nazirliyi məktəblərdə yoluxma ilə bağlı ictimaiyyətə gündəlik məlumat verirdi. Əgər sentyabrın 15-dən oktyabrın 5-dək cəmi 2 məktəbdə qapanma qeydə alınmışdısa, son günlər hər gün 10-15 məktəb bağlanma məcburiyyətində idi. Yoluxmanın səviyyəsinin 500-ü keçməsi gün ərzində bir neçə məktəbin bağlanmasına gətirib çıxara bilər”.


Virusun yayılması tibb işçiləri üçün ikinci cəbhənin açılması deməkdir


Nazirlər Kabineti yanında Operativ Qərargah da vətəndaşları COVID-19-la bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırıb. Qeyd edib ki, Ordumuzun Ermənistanın təcavüzünə qarşı uğurlu əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə, ordumuza dəstək vermiş olarıq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, koronavirus xəstələrinin artması tibb işçiləri üçün ikinci cəbhənin açılması deməkdir. O, vətəndaşları daha diqqətli olmağa çağırıb: "28 sentyabrdan başlayaraq TƏBİB-in xüsusi işçi qrupları daim cəbhə bölgəsindədir. Bütün xəstəxanalarda həm Bakıdan ezam olunan, həm də könüllü gedən həkimlər, tibb işçiləri var: "Ən qaynar bölgələrdə TƏBİB-in işçi qrupları var, hərbçilərin təxliyəsi və müalicəsinə kömək edirlər. Bu vəziyyətdə koronavirus xəstələrinin artması tibb işçiləri üçün ikinci cəbhənin açılması deməkdir”.

O, qeyd edib ki, bu gün ölkədə kifayət qədər süni tənəffüs aparatları, dərman ehtiyatları var: "Ancaq insan resurslarından söhbət gedirsə, tibb işçiləri, xüsusən, cəbhə bölgəsində işləmək istəyirlər. Biz heç bir halda koronavirus xəstələrini köməksiz qoya bilmərik. Bu xəstələr də lazımi tibbi yardım alacaqlar. Bu xəstəliklə mübarizə də bu gün Qələbəyə, Orduya dəstəkdir. Bu gün hər hansı tibb işçisinin yoluxması onun 14 gün işləməməsi deməkdir. Biz bu gün kütləvi tədbirlərdən uzaq durmalı, kütləvi tədbirlərdə iştirak edən zaman maskadan istifadə etməli, məsafəni saxlamalıyıq. Özümüzü qorusaq, tibb işçilərinin də işi artmaz. Bu şəkildə Qələbəmizə dəstək olaq”.


COVID-19 həyatımızdan yox olmayıb


Bu bir reallıqdır ki, qorxulu virusun yayılması hava, damcı yolu ilə olduğu üçün onun qarşısını ala bilmək yalnız profilaktik tədbirlər görməklə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməklə mümkündür. Xəstəliyin yayılmasının qarşısını almaq, yaşaya biləcəyimiz acı ssenarilərin önünə keçmək üçün dövlətimiz bütün istiqamətlərdə lazımi addımlar atır. Vətəndaşlarının təhlükəsizliyi, sağlamlığı üçün zəruri tədbirlər həyata keçirir. Amma pandemiyaya qarşı görülən bu tədbirlərin effektivliyi məhz vətəndaşların qaydalara uymasından, onların duyarlılığından birbaşa asılıdır.

Mütəxəssislərin bildirdiyi kimi, sərt karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması, payız mövsümünün gəlişi, bəzi insanların qaydalara ciddi riayət etməməsi yoluxmanın artmasına səbəb olub. Eyni zamanda hazırda Azərbaycan koronavirus kimi təhlükəli daha bir düşmənlə mübarizə aparır və bütün diqqətimiz ön cəbhəyə yönəlib. Demək olar ki, koronavirusa qarşı alınacaq vacib tədbirlər yaddan çıxıb. Amma təəssüf ki, COVID-19 həyatımızdan yox olmayıb.


Hər iki cəbhədə düşmənin nəfəsini tezliklə kəsəcəyik...


Hazırda Azərbaycan iki təhlükəli düşmənlə vuruşur. Bu düşmənlərin hər ikisi hiyləgər, hər ikisi qəddar xislətli, insan qənimidir. Azacıq bir ehtiyatsızlıq, sərvaxtlıq gözləyirlər ki, amansızlıqla hücuma keçib canlar almaqda davam etsinlər.

Biz bu çətin günlərdə, ətrafımıza düşmənlərin sarıldığı bir zamanda dövlətimizin qoyduğu qaydalara riayət edərək, daha ehtiyatlı davranaraq və məsuliyyətli olaraq təhlükəni dəf edə bilərik. Bilməliyik ki, bu iki düşmənə qarşı qalibiyyət hər birimizin davranışından, vətəndaş həmrəyliyindən, birliyindən asılıdır.

İndi bütün Azərbaycan xalqı Vətən torpaqlarımızın bütövlüyü uğrunda döyüşən igid əsgərlərimiz üçün nə isə etmək, kömək göstərmək arzusundadır. Fürsətdir, Azərbaycan əsgərini, Azərbaycan Ordusunu COVID-19-dan qorumaqla onlara ən böyük töhfə verə bilərik.

Əminik ki, təhlükəyə qarşı səfərbər olaraq vətənimizin üzərinə qara kölgə salan hər iki qəddar düşmənin təhlükəli nəfəsini tezliklə kəsəcəyik...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM