Alternative content

08:31 29 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
02:30 29.10.2020 BİLDİRİŞ
02:30 29.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV GƏNCƏDƏN
GƏNCƏDƏN
ANA SƏHİFƏ / Mədəniyyət
01:14 16.10.2020


11 oktyabr mülki şəxslərə qarşı törədilən terror aktı zamanı həlak olan gəncəlilərin əziz xatirəsinə


Cəllad!

Sənin oğlun-qızın mələr qalsın, mələsin,

Mələyənlər indi burda kimə desin, nə desin?!

Gərək toplar qıyya çəksin, güllələr dad eləsin,

alov töksün yağış kimi başınıza, Gəncədən.

Bir canımız cəbhədədi, bir canımız ordadı,

Cümhuriyyət tariximiz, ünvanımız ordadı.

Əsgər gedən igidimiz, cavanımız ordadı,

ər oğlu-ər çıxacaqdı qarşınıza, Gəncədən.

Göy göl Gəncə göylərinə güzgü tutur nə vaxtdı,

o torpaqda Nizaminin ruhu hələ oyaqdı.

Qızıl Arslan Atabəyin çadırında qonaqdı,

Taleyin bir töhfəsidi Zaman bizə, Gəncədən.

Cavad Xanın qoruduğu, vətəniydi, ey Vətən!

Sisyanovu itlər qovdu sonra qədim Gəncədən.

Sən onda da məğrur çıxdın o məkrli hiylədən,

Qovulanda o kor bayquş, o yarasa, Gəncədən.

Bu dünyanın Putini var, Makronu var, Trampı var,

bizim də var: Heydəroğlu İlhamımız - Xilaskar!

Ərdoğanla, İmran Xanla qardaşdılar, dostdular,

lənət deyir, qisas deyir bu qisasa, Gəncədən.

Soraqlayıb hardan tapım mən Dmitri Qordonu,

bir "Merzaves!” dediyi var, yenə söysün qoy onu.

Topa salıb erməninin yeddibaşlı oyunu,

Ekranlarda böhtan deyir o da rusa, Gəncədən.

"Sözümüz də imzamız tək düzdü bizim”, susaqmı?

sənin adın gələn yerdə, "Xəbərlər”dən pozaqmı?

Yenə silah göndərirsən, hamısını yazaqmı?

Mən Bakıya dönəmmərəm, susa-susa, Gəncədən!

İrəvanın mərkəzində Njdenin tunc heykəli

Hökm eləyir orda faşist toxumunu əkəli

dünəni də ləkəlidi, bu günü də ləkəli.

İstəyir ki, səni-məni tutub asa Gəncədən.

Məni Gəncə çinarları, moruq kolu tanıyır,

İmamzadə ziyarəti, Kəhriz yolu tanıyır,

o yolların altı-üstü, sağı-solu tanıyır,

gələcəyəm,

mən "Qələbə!” yaza-yaza Gəncədən.

Nəriman HƏSƏNZADƏ,

Xalq şairi

12-13 oktyabr, 2020





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM