Alternative content

19:05 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:02 03.02.2013

 

Keçmiş həyat yoldaşım mənə qarşı məhkəmədə iddia qaldırıb bütün əmlakın bölünməsini istəyir. Lakin bəzi əmlaklar var ki, nikaha qədər alınmışdır. Məhkəmədə bunu necə sübut edə bilərəm?

 

V.Hətəmli,

Xırdalan şəhəri

 

- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Siz əmlakın nikaha qədər əldə olunmasını müxtəlif sübutlarla təsdiq edə bilərsiniz: alqı-satqı müqavilələri, malın alınmasını təsdiqləyən çeklər, qəbzlər, şahid ifadələri və s.

 

Bağ sahəmdə yaşayış evi tikmək istəyirəm. Eşitdiyimə görə, artıq yeni qanuna əsasən tikintiyə icazə almaq tələb olunmur. Bu, doğrudurmu?

 

Süleyman Nəbizadə,

Bakı şəhəri

 

- Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb edilir. Belə yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur. Şəxs tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanına) məlumat verir və yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsini Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən 3 ay müddətində layihəyə dair irad şəxsə təqdim edilmədikdə, şəxs tikinti işlərinə başlaya bilər. Yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun tikilməsinə nəzarəti isə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) həyata keçirir (Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsi).

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi