Alternative content

01:22 23 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:03 23.10.2020 Əsgərə məktub
00:54 23.10.2020 Yolum Füzuliyədir
00:53 23.10.2020 BİLDİRİŞ
00:52 23.10.2020 BİLDİRİŞ
00:52 23.10.2020 BİLDİRİŞ
00:50 23.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyevin ədalətli savaşı
İlham Əliyevin ədalətli savaşı
ANA SƏHİFƏ / SİYASƏT
01:00 15.10.2020


Danışıqlar prosesinin baş tutmayacağı təqdirdə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün güc yoluna əl atacağı məlum idi. Bu hüququ bizə dünyada qəbul edilmiş ərazi bütövlüyünün pozulmasının yolverilməzliyinə dair beynəlxalq prinsiplər, o cümlədən BMT-nin nizamnaməsi verir. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə də, BMT-yə və digər təşkilatlara üzv olanda da Dağlıq Qarabağ respublikamızın ərazisi kimi tanınıb.


Azərbaycan Ordusu bir daha qüdrətini nümayiş etdirdi


Sentyabrın sonlarından başlanan Vətən müharibəsi Azərbaycanın öz torpaqları uğrunda haqlı mübarizəsidir. Bu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ədalətin bərpa olunması üçün müqəddəs və tarixi savaşıdır. Bu müharibənin nə vaxtsa başlanacağı gözlənilən idi. Danışıqları pozmaqla, Azərbaycana qarşı müxtəlif hərbi təxribatlar törətməklə, işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşdırma həyata keçirməklə Ermənistan özü bu tarixi müəyyənləşdirdi.

Sentyabrın 27-dən başlanan hərbi əməliyyatların gedişatı məlum həqiqətlərə yeni işıq saldı, praktik baxımdan onları təsdiq etdi. Belə ki, cəbhə xəttində baş verənlər, Ermənistan silahı qüvvələrinin növbəti təxribatının qarşısının Ordumuz tərəfindən dəyanətlə alınması və işğal edilmiş torpaqlarımızın azadlığı uğrunda dərhal əks-hücum planının həyata keçirilməsi ilk növbədə onu göstərdi ki, Azərbaycan artıq erməni təcavüzünə dözmək fikrində deyil.

Başqa bir həqiqət isə Azərbaycan Ordusunun Ermənistan qarşısında əzici üstünlüyə malik olmasının növbəti dəfə döyüş meydanında sübuta yetirilməsidir. Əslində, Azərbaycanın Ermənistan qarşısında hərbi üstünlüyə malik olması beynəlxalq səviyyədə etiraf olunan reallıqdır. Danışıqların baş tutmayacağı təqdirdə hərbi gücdən istifadənin mümkünlüyünü heç vaxt gizlətməyən Azərbaycanda bunun üçün ordu quruculuğu ilə bağlı məsələlər uzun müddətdir prioriet vəzifələr sırasında yer alır. Hərbi sənaye kompleksi inkişaf edən dövlətlərlə bu məqsədlə sıx əməkdaşlığın həyata keçirilməsinin nəticəsi olaraq hazırda Azərbaycan Ordusunun silahlanmasında ən müasir döyüş əməliyyatlarının aparılmasına imkan verən texnikalar mövcuddur. Cəmi bir neçə gün ərzində Ermənistanın Dağlıq Qarabağdakı ordusunun darmadağın edilməsi də bunu təsdiqləyir.

Bu əməliyyatlarda düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycanın Qarabağ cəbhəsində müasir döyüş imkanlarının tətbiqi ilə əldə etdiyi uğurlu nəticə inkişaf etmiş hərbi mərkəzlərin marağına səbəb olub.


Milli maraqlar Prezident İlham Əliyev üçün ən ali dəyərdir


30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün heç nə etmədilər. Mövcud diplomatik və hərbi ətalət isə həm həmsədrləri, həm də Ermənistanı qane edirdi. Nəticədə Azərbaycan özü döyüş meydanında status-kvonu dəyişdi: Cəbrayıl, Füzuli və Tərtər rayonlarının yaşayış məntəqələri, strateji yüksəkliklər işğaldan azad edildi. Bu sırada Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun azad edilməsinin böyük geosiyasi əhəmiyyəti var.

Azərbaycan və dünya ictimaiyyətinin döyüşlərin getdiyi, qələbələrin qazanıldığı günlərdə şahidi olduqları ən mühüm həqiqətlərdən biri də Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin milli maraqlarını əzmlə müdafiə etməsi oldu. İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, qətiyyət, prinsipiallıq göstərdi, düşmən ölkənin havadarları olan dövlətlərin təzyiq cəhdlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.

Prezident İlham Əliyev siyasi uzaqgörənliyi, diplomatik peşəkarlığı ilə Ermənistana və erməni lobbisinə informasiya müharibəsində də ciddi zərbələr vurdu. "CNN International”, "CNN-Türk”, "Sky News”, "Euronews”, "Əl-Cəzirə”, "Əl-Ərəbiyə” kimi dünyanın əsas televiziya kanallarına, o cümlədən Türkiyənin nüfuzlu "TRT Haber”, Rusiyanın aparıcı "Rossiya-1”, "Pervıy Kanal”, RBK televiziya kanallarına müsahibələrində Azərbaycana qarşı həyata keçirilən saxta təbliğatı, yalan informasiyaları ifşa etdi.


Qələbə bizimdir, Qarabağ Azərbaycandır!


Bütövlükdə, bütün cəbhələrdə başından zərbə alan işğalçı dövlət artıq əvvəlki hərbi ritorikasından və şərtlərindən əl çəkib. Yerevan etiraf edir ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Bu ölkənin baş naziri artıq şərtlər irəli sürməkdən uzaqdır və həm də ona diktə edilən tələbləri qəbul etmək məcburiyyətindədir. 4 il əvvəl, Aprel döyüşlərində uzun illərdən sonra Ermənistan öz layiqli cəzasını almışdı. Son döyüşlər isə miqyasına görə böyük əməliyyat olaraq Ermənistan ordusunun və cəmiyyətinin özünə güvənini əsaslı dərəcədə sarsıtdı. Ermənistanda hər kəs gördü ki, ordunun yüksək döyüş ruhuna malik olması ilə bağlı illərdir deyilənlər yalan və saxtakarlıq üzərində qurulmuş təbliğatdan başqa bir şey deyil. Çünki işğalçı əsgərlər Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyərək ilk anda məhv edildilər, sağ qalanlar isə geriyə baxmadan qaçdılar, it kimi qovuldular.

"Status-kvo yoxdur, təmas xətti yoxdur. Ermənilərin öz orduları haqqında uzun illər uydurduğu yenilməz ordu əfsanəsi yoxdur. Biz göstərdik kim kimdir. Ona görə bu reallıqlarla gərək həm Ermənistan hesablaşsın, onların havadarları hesablaşsın, bütün dünya hesablaşsın”, - deyə Prezident İlham Əliyev mövcud vəziyyəti şərh edərkən bildirib.

Bütün dünya xalqımızın torpaqlarımızı azad etmək üçün döyüş əzmini gördü. Bu günlərdə hər bir azərbaycanlı Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx səfərbər oldu. Vəzifəsindən, statusundan, əqidəsindən asılı olmayaraq, hər kəs milli həmrəylik nümayiş etdirdi. İnformasiya məkanında, sosial şəbəkələrdə işğalçı Ermənistana və onun təbliğatına qarşı güclü cəbhə açıldı. Əsgərlərimizin mübarizliyi, yeni qəhrəmanlıq salnamələri yazmaları cəmiyyətimizə yüksək mənəvi ruh verdi. Ona görə Azərbaycanı və onun xalqını məğlub etmək mümkün deyil. Qələbə bizimdir, Qarabağ Azərbaycandır!

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM