Alternative content

08:58 29 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
02:30 29.10.2020 BİLDİRİŞ
02:30 29.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İşğaldan azad edilən Suqovuşan Goranboyun əkin sahələrinə həyat verir
İşğaldan azad edilən Suqovuşan Goranboyun əkin sahələrinə həyat verir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:54 15.10.2020


30 ilə yaxın işğal altında olan Suqovuşan kəndinin düşməndən azad edilməsindən sonra Tərtər və Yevlax rayonları ilə yanaşı, Goranboyun torpaqlarına da yeni həyat gəlib.

Artıq Suqovuşan su anbarından buraxılan suyun nizamlanması nəticəsində minlərlə hektar əkin sahəsinin davamlı olaraq suvarılması kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradıb.

Qeyd edək ki, işğaldan əvvəl Suqovuşan su anbarından gələn su ilə Goranboy rayonunun 6938 hektar əkin sahəsi su ilə təmin edilirdi. Lakin işğaldan sonra suyun qarşısının kəsilməsi rayonda kəskin ekoloji problemlər yaratmışdı. Azərbaycan Ordusunun əks-hücum tədbirləri nəticəsində Suqovuşan kəndinin işğaldan azad edilməsi bu problemi birdəfəlik həll etdi. Hazırda anbardan buraxılan suyun nizamlanması nəticəsində Goranboyda ekoloji tarazlıq bərpa edilmişdir.

İndi rayonun ərazilərinə suyun verilməsi nəticəsində əkin sahələrinin davamlı suvarılması təmin edilmiş, bununla da kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə olunmasına və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranmışdır. Bundan başqa, bu ərazilərə suyun öz axını ilə verilməsi ərazidə mövcud olan subartezian quyularının istifadəsinə də tələbatı azaltmışdır.

Məlumdur ki, ölkəmizin aqrar sektorunda ən ciddi problemlərdən biri suya olan tələbatın ödənilməsi ilə bağlı yaranan çətinliklərdir. Bu baxımdan Goranboy da sudan korluq çəkən rayonlar sırasındadır. Doğrudur, hər il rayonda subartezian quyuları qazılaraq istifadəyə verilmişdir. Lakin bu, su problemini qismən aradan qaldırmışdır.

Döyüş bölgəsində yerləşən Goranboyun kəndləri hazırda düşmən tərəfindən daim mərmi atəşinə məruz qalır. Çoxlu dağıntılar olmasına baxmayaraq, əhali düşmənin heç bir təxribatına əhəmiyyət vermir, gündəlik qayğıları ilə yaşayır.

Qayıdaq Suqovuşana. Eyniadlı su anbarından götürülən su rayonun əsasən Əlirzalı, Qızılhacılı, Balakürd, Boluslu və Yeniyol kəndlərindəki əkin sahələrinin suvarılmasını təmin edəcək. Sakinlərin bildirdiyinə görə, bir vaxtlar bol sulu Tərtər çayı 30 ilə yaxın düşmən işğalında qaldığı üçün torpaqlar su çatışmazlığı ucbatından əkilib-becərilmirdi. İnsanlar problemi əsasən xırda arxlardan və artezian quyularından götürdükləri su ilə aradan qaldırmağa çalışırdılar. Lakin bu, bəs etmirdi, sahələri suvarmaq üçün su çatışmazlığı vardı. Nəticədə əkilən məhsullar ya məhv olur, ya da az məhsul olurdu. Bu gün isə həmin kəndlərdə yaşayan əhalinin sevinci hədsizdir.

Qızılhacılı kəndinin sakini, fermer Afiq İsgəndərov söhbət zamanı dedi ki, indiyəcən hər il 20 hektarda pambıq, 150 hektarda taxıl, 70 hektarda yonca, 10 hektarda xəsil, 5 hektarda isə meyvə yetişdirirdi: "Əslində buna yetişdirmək demək də olmazdı. Çünki istehsal olunan məhsul çəkilən xərci güclə ödəyirdi. Ancaq başqa yol da yox idi. Mən torpaq adamıyam. Ata-babadan əkin-biçinlə məşğul olmuşam. Məhsuldarlıq az olanda gözümün qarşısına Suqovuşandakı su anbarı gəlirdi. Fikirləşirdim ki, görəsən nə vaxtsa həmin anbarın suyundan istifadə edə biləcəyəmmi. İndi şükürlər olsun. Ordumuzun şücaəti sayəsində digər strateji şəhər və kəndlər kimi Suqovuşan da işğaldan azad edilib. Mənə belə gəlir ki, bundan sonra su sarıdan korluğumuz olmayacaq. Su olan yerdə isə həyat var, məhsul var”.

Suqovuşanın suyundan istifadə edəcək kəndlərdə əhalinin sayı da çoxdur. Məsələn, Əlirzalı kəndində 1247, Qızılhacılıda 7931, Xanqərvənddə 4516, Bolusluda 3084, Yeni Yol kəndində 1744, Balakürddə isə 2 mindən çox əhali yaşayır. Demək olar ki, onların hamısının əsas məşğuliyyəti əkin-biçin və heyvandarlıqdır.

Xanqərvənd rayonda ən çox kənd təsərrüfatı məhsulları istehsal edən kəndlərdəndir. Hər il kənd sakinləri 320 hektarda buğda, 420 hektarda arpa, 940 hektarda yonca, 60 hektarda qarğıdalı, 95 hektarda günəbaxan, 20 hektarda xəsil, 10 hektarda kartof, 150 hektarda isə pambıq əkirlər. Kənd icra nümayəndəsi əvəzi Rəsul İsmayılov deyir ki, Suqovuşanın düşmən işğalında olması əkin sahələrimizi susuz qoymuşdu. Nəticədə məhsuldarlıq aşağı olurdu. İndi bütün kənd sakinləri sevinc içərisindədirlər. Artıq əkin sahələrinin suvarılmasında yaranan problem həll edilmişdir.

Xanqərvəndli fermer Rəfail Muradov, Elman Rüstəmov və başqaları gələn il məhsuldarlığın artacağına əminlik ifadə etdilər. Dedilər ki, gələn il builki göstəriciləri təzələmək üçün əlimizdə geniş imkanlar olacaq. Kəndli bilir ki, bol su bol məhsul deməkdir. Artıq bol suyumuz var. Dövlətin göstərdiyi digər imtiyazlardan da istifadə etməklə gələn il uğurlu göstəricilərə nail olacağıq.

Sabir ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM