Alternative content

01:50 06 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
01:07 06.12.2020 KİMDİR GÜNAHKAR?!
01:05 06.12.2020 Məğlubların faciəsi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi erməni vandalizmi haqqında dünya muzeylərinə müraciət edib
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi erməni vandalizmi haqqında dünya muzeylərinə müraciət edib
ANA SƏHİFƏ / Elm və texnika
22:32 14.10.2020

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, Gəncə şəhərini raket atəşlərinə tutması və işğalçı dövlətin yeni təhdidləri ilə bağlı dünya muzeylərinə müraciət yayıb.

Dünyanın ən məşhur Luvr (Fransa), Metropoliten (ABŞ), Britaniya muzeyi, Liverpul Milli Muzeyi (İngiltərə), Prado muzeyi (İspaniya), Duomo və Pinakoteka Brera muzeyləri, Dojlar Sarayı Muzey Kompleksi (İtaliya), Şotlandiya Milli Muzeyi, Sloveniya Milli Muzeyi, İrlandiya Milli Qalereyası, Səudiyyə Ərəbistanı Milli Muzeyi, Bəhreyn Milli Muzeyi, Filippin Milli Muzeyi, İran Milli Muzeyi başda olmaqla, dünyanın 5 qitəsindəki 100-dək muzeyə, müxtəlif nüfuzlu muzey nəşrlərinə, informasiya agentliklərinə ünvanlanmış müraciət ingilis, fransız, alman, ispan, rus, ərəb, fars və digər dillərdə tərtib edilib. Müraciətdə işğalın davam etdiyi 30 ilə yaxın müddətdə təcavüzkar Ermənistanın Azərbaycan mədəniyyətinə vurduğu ağır zərbələrdən də bəhs edilir, qəsbkar dövlətin hədəflərindən birinin də Azərbaycan mədəniyyəti incilərinin məhv edilməsi olduğu xüsusi vurğulanır. Müraciətdə bu da ayrıca qeyd edilir ki, Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyona yaxın Azərbaycan insanı arasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialının əməkdaşları da var. 1992-ci ildə erməni qəsbkarları həmin filialı dağıdıb, eksponatları qəsb ediblər.

Dünay muzeylərində çalışan həmkarlarını Ermənistanın Azərbaycan Respublikasına qarşı davam edən təcavüzünün qarşısını almaqda etiraz səslərini qaldırmağa və həmrəyliyə çağıran Nizami muzeyi kollektivi bu işğalın həm də dünya mədəni irsinə, ümumbəşəri dəyərlərə vurulan ağır zərbə olduğunu bəyan edir.

AZƏRTAC Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivinin dünya muzeylərinə müraciətinin mətnini təqdim edir. Müraciətdə bildirilir:

Əziz həmkarlar!

Biz müxtəlif ölkələrdə yaşasaq da, ayrı-ayrı dillərdə danışsaq da, hamımızı birləşdirən vacib bir cəhət var. Siz də, biz də mühüm humanist missiyanı yerinə yetirir, ədəbiyyatın, mədəniyyətin, mənəvi sərvətlərin qorunması və təbliği ilə məşğuluq.

Mədəniyyət isə bütün bəşəri birləşdirən sərhədsiz ortaq vətəndir. Artıq 80 yaşı olan muzeyimiz XII əsrdə yaşamış, lap çoxdan dünya ədəbiyyatının ən müstəsna klassiklərindən biri mərtəbəsinə ucalmış, əsərləri Qərbin və Şərqin əksər dillərinə tərcümə edilmiş, misilsiz yaradıcılığı ilə dünya mədəniyyətinə böyük təsir göstərmiş dahi Nizami Gəncəvinin adını daşıyır. Ömrüboyu doğulduğu qədim Azərbaycan şəhəri Gəncədən kənara çıxmasa da, ümumbəşəri idealları, insanlar və xalqlar arasında sülhü, dostluğu, bərabərliyi, ədaləti tərənnüm etmiş Nizami Gəncəvinin doğma şəhəri bu gün Ermənistan tərəfindən dağıdılır.

Ermənistan silahlı qüvvələrinin bu oktyabr günlərində Gəncəyə və dinc əhaliyə yönəltdiyi raket atəşləri yalnız günahsız insanların həyatını əlindən almayıb, yalnız onların evlərini dağıtmayıb. Nizaminin məqbərəsinin də yerləşdiyi Gəncə başdan-başa tarixdir. Oraya atılan bombalar və paketlər həm də mədəni irsin nadir incilərini məhv edir. Ermənistandan isə Gəncə ilə bağlı yeni təhdidlər, növbəti atəşləri açmaq hədələri eşidilməkdədir. Bizim muzeyin bir neçə filialı var ki, onlardan biri də Qarabağ xanının qızı, XIX yüzilin görkəmli Azərbaycan şairəsi, böyük fransız ədibi Aleksandr Düma ilə dostluq münasibətlərində olmuş Xurşidbanu Natəvanın adını daşıyır. Muzeyimizin bu filialı hazırda Ermənistanın işğalı altında olan Şuşa şəhərində yerləşirdi. 1992-ci ildə mədəniyyətimizin beşiklərindən olan həmin şəhər ermənilər tərəfindən təcavüzə uğrayarkən muzey də dağıdılmış, eksponatları qəsb edilmiş, əməkdaşları isə artıq 28 ildir ki, məcburi köçkün həyatı yaşamağa məcburdurlar. Bu, Ermənistanın işğalı altında olan Azərbaycan muzeylərindən yalnız biridir. Zəbt olunmuş, viran qoyulmuş ərazilərdə isə bizim daha 22 muzey, 6 rəsm qalereyası, 762 dünya və ölkə əhəmiyyətli mədəniyyət abidəsi, 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxana ermənilər tərəfindən dağıdılıb və qəsb edilib.

Bu gün Ermənistanın Dağlıq Qarabağ bölgəsindən xeyli uzaqda olan, Azərbaycanın rəmzi mədəni paytaxtı sayılan Gəncə şəhərini dəhşətli dağıntılar və insan tələfatı ilə müşayiət edilən raket atəşlərinə tutması, həm də bilavasitə min illərin yadigarı olan dünya əhəmiyyətli mədəni irsə açılan atəşlərdir.

Dünyanın bütün tərəqqipərvər insanlarını, mədəniyyəti qoruyub yaşatmaq kimi nəcib amala xidmət edən sizləri, dünyanın bütün muzey işçilərini, mədəniyyət xadimlərini erməni təcavüzünə qarşı səsinizi qaldırmağa çağırırıq.

Bu gün dünyanın Nizamisinin şəhəri, onun məzarı erməni raketlərinin hədəfindədir.

İnsanlar və insanlıq, mədəniyyət və mənəviyyat əleyhinə olan bu qəddarlığın qarşısını almaq üçün bu gün sizin səsinizə, sizin dəstəyinizə, həmrəyliyinizə ehtiyacımız var.

Səkkiz əsr əvvəl Nizami Gəncəvi yazırdı:

Yaxşı iş də görsən, pis iş də inan,

Unutmaz onları bu qoca dövran.

Hörmətli həmkarlar!

Bu həyəcanlı günlərdə sizə Nizami Gəncəvinin adını daşıyan və onun xatirəsini yaşadan muzeyin əməkdaşları olaraq müraciət edir, Nizaminin doğma şəhəri Gəncəni, Nizaminin vətəni Azərbaycanı Ermənistanın təcavüzündən və getdikcə şiddətlənən dağıdıcı niyyətlərindən qorumaq üçün həmrəylik göstərməyə dəvət edirik.

Nizaminin söylədiyi kimi tarix və zaman unutmayacaq – nə sizin xeyirxahlığınızı, sülhsevər səylərinizi, nə də terrorizmi özünün dövlət siyasətinə çevirmiş işğalçı Ermənistanın insanlıq əleyhinə yönəlmiş cinayətlərini!





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


ARXİV


TƏQVİM