Alternative content

08:36 29 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
02:30 29.10.2020 BİLDİRİŞ
02:30 29.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı İsrail dövlətinin rəsmi dövlət dili olan İbri dilində çap olunub
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı İsrail dövlətinin rəsmi dövlət dili olan İbri dilində çap olunub
ANA SƏHİFƏ / Mədəniyyət
00:26 11.10.2020


Tarix İnstitutundan verilən məlumata görə, "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər fundamental tədqiqatlar kimi bu əsər də Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılıb.

Monoqrafiyanın tərcüməçiləri Azərbaycan Dillər Universitetinin İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin müdiri Emiliya Xudiyeva və mərkəzin əməkdaşı Günay Səfərova, redaktoru isə İsrailin Netanya Akademiyasının məzunu Roni Azik qızı Strovdur.

Kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut edilir ki, müasir ermənilər "Armeniya”, "armyane”, "erməni” adlarına Şərqi Anadoluya köçüb gəldikdən sonra sahib çıxmışlar. Tarixdə heç zaman "Böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb. "Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.

Əsərin birinci bölməsi "Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər” adlanır və bu bölmə ermənilərin qədim Urartu irsinə sahib çıxmaq iddialarına qarşı kəskin cavabdır. Kitabda uydurma "Erməni yaylası” coğrafi anlayışına ayrıca bölmə həsr olunub. Bu bölmədə müəllif yazır ki, tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin - "Erməni yaylası” ("Armyanskoye naqorye”) coğrafi anlayışını da daxil ediblər. Əsərin son bölməsi isə tarixdə heç vaxt "Böyük Ermənistan” adlı dövlətin olmadığının isbatına həsr edilib.

Kitabın redaktoru Roni Strov Bakıda anadan olub və o, Yaqub Mahmudovun araşdırmalarını yüksək qiymətləndirərək nəşrdə belə yazıb: "İndi vətənim Azərbaycanın heyrətamiz tarixini, haradan gəldiyimi bilirəm. Çox şey öyrəndim. Hazırda doğulduğum ölkəyə daha çox aid olduğumu hiss edirəm. Bu kitabı oxumaqdan zövq aldım. Ümid edirəm ki, kitabdan mənim qədər oxucular da zövq alacaq”.

Xatırladaq ki, "Real tarix və "Böyük Ermənistan” uydurması” kitabı bundan əvvəl türk, rus, ingilis, gürcü, ərəb, fars, alman, ispan və fransız dillərində də nəşr olunub.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM