10 Oktyabr 2020 14:41
678
CƏMİYYƏT
A- A+

Lerik, Xızı və Qubada şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni fərdi evlər təqdim edildi


Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində əldə etdiyi Qələbələrlə yeni şanlı qəhrəmanlıq tarixi yazır. Qazanılan zəfərlər şəhid ailələri və Qarabağ müharibəsi əlillərində də sonsuz iftixar hissi yaradır.

Bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Lerik, Xızı, Quba rayonlarında yeni inşa olunmuş fərdi yaşayış evlərinin təqdim edildiyi şəhid ailələri və Qarabağ müharibəsi əlilləri tərəfindən vurğulanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, üç rayonda ümumilikdə 14 ev (o cümlədən Lerikdə 6, Xızıda 4, Qubada 4 ev) təqdim edilib. Bununla əlaqədar Xızının Yeni Yaşma kəndində keçirilən tədbirdə nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Pərviz Səfərov, Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov iştirak ediblər.

Bildirilib ki, Silahlı Qüvvələrimizin uğurlu əks-hücum əməliyyatları, doğma torpaqlarımızın təcavüzkar Ermənistanın işğalından azad edilməsi istiqamətində ardıcıl zəfərləri, düşmənə vurduğu sarsıdıcı zərbələr şəhidlərimizin də ruhunu sevindirir. Bu gün hər bir azərbaycanlının qəlbində tam əminlik var ki, qısa zamanda Azərbaycanın güclü Ordusu işğal altında olan bütün ərazilərimizi tam azad edəcək.

Ölkəmizdə Qələbə ovqatının hökm sürdüyü bu günlərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin yüksək qayğısı nəticəsində şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təminatı tədbirləri də davam edir.

Vurğulanıb ki, dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Bu gün təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 664 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 110 fərdi ev) verilib. Digər evlər, mənzillər də ilin sonunadək veriləcək. Ümumilikdə ötən dövrdə 8252 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.

Yeni fərdi evlərlə təmin olunan şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri diqqət və qayğı ilə əhatə olunduqlarına, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan mühüm işlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video