09 Oktyabr 2020 23:15
547
CƏMİYYƏT
A- A+

Dövlət Komitəsinin sədri BMT nümayəndəsi ilə humanitar məsələləri müzakirə edib


Oktyabrın 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb. Görüşdə işğaldan azad olunmuş ərazilərdə humanitar məsələlərin həlli və bu istiqamətdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, qurumun sədri məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir. Birinci vise-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarla bağlı bütün məsələlərin həllinə qayğı və həssaslıqla yanaşır.

Qeyd olunub ki, təcavüzkar Ermənistanın silahlı birləşmələrinin getdikcə intensiv xarakter alan və mülki əhalinin həyatına təhlükə yaradan təxribatlarına son qoymaq üçün Azərbaycan ordusu əks-həmlə əməliyyatına başlayıb. Dinc əhalinin hədəfə alınması nəticəsində mülki şəxslər, o cümlədən məcburi köçkünlər arasında ölənlər və yaralananlar var. Bildirilib ki, BMT-nin Azərbaycanda fəaliyyət göstərən təsisatlarının rəhbərlərinin ötən il səfər etdikləri Tərtər rayonunun Şıxarx qəsəbəsində, eyni zamanda, Ağdam, Füzuli və Goranboy rayonlarında məcburi köçkünlər üçün salınmış yaşayış kompleksi də ağır silahlardan atəşə tutulub, binalarda dağıntı, sakinlər arasında ölən və yaralılar var.

Dövlət Komitəsinin sədri bildirib ki, təcavüzkar Ermənistan beynəlxalq hüquq norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə əməl etmir, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair tələblərini yerinə yetirmir.

Qulam İshaqzai cəbhəboyu zonada vəziyyətin gərginləşməsindən narahatlığını bildirərək hərbi və mülki şəhidlərə görə başsağlığı verib. BMT ilə Dövlət Komitəsi arasında olan sıx və səmərəli münasibətlərin daim inkişaf edəcəyinə əminliyini bildirib. O, münaqişə zamanı ziyan dəymiş mülki əhalinin vəziyyəti ilə maraqlanıb. Q.İshaqzai indiki vəziyyətdə BMT təsisatları ilə birlikdə müxtəlif istiqamətlərdə ünvanlı dəstək verilməsinə hazır olduğunu bildirib.

Görüşdə iştirak edən BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasetti isə müharibədən ziyan çəkən insanlara yardım etməklə yanaşı BMT-nin digər təsisatları kimi münaqişə başa çatdıqdan sonra bərpa işlərinə də dəstək verə biləcəklərini diqqətə çatdırıb.

BMT-nin agentlikləri tərəfindən 1992-ci ildən etibarən Azərbaycanda məcburi köçkünlərlə bağlı həyata keçirilən layihə və humanitar yardım tədbirlərin əhəmiyyəti qeyd edilib. Azərbaycanın işğal olunmuş əraziləri azad olunduqdan sonra məcburi köçkünlərin geri qayıdışının həyata keçirilməsində BMT-nin təsissatları ilə əməkdaşlığın davam etdiriləcəyinə inam ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video