08 Oktyabr 2020 19:53
450
CƏMİYYƏT
A- A+

Xalq-ordu birliyinin növbəti nümunəsi

 
Muxtar respublikada hərbi hissələrə sovqat aparılması artıq ənənəyə çevrilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, xalq-ordu birliyini əks etdirən tədbirlərin davamı olaraq Naxçıvan şəhər Qaraçuq kənd sakini Hikmət Muxtarov tərəfindən hərbi hissəyə sovqat təqdim edilib. Əsgərlərimizlə söhbət zamanı Hikmət Muxtarov əsgərlərə çətin və şərəfli xidmətlərində uğurlar arzu edib. Qeyd edib ki, xalqla ordu arasında sarsılmaz birliyin olması ordumuzun gücünü daha da artırır.

Sonra gətirilən sovqat hərbi hissəyə təhvil verilib.

Bu xeyirxah işdə Şərur rayonunun ailə təsərrüfatçıları da yaxından iştirak edirlər.

Ayrı-ayrı özəl qurumlar, sahibkarlıq subyektləri, eləcə də fermerlər tərəfindən hərbi hissələrə meyvə-tərəvəz və müxtəlif ərzaq sovqatlarının göndərilməsi davam edir. Şərur rayonunun Alışar kənd sakinləri Rəşadət Abdullayev, Məhərrəm İsgəndərov, Həsən Məmmədov, Cəlilkənddən Yaqub Tağıyev, Məhəmməd Tağıyev və Şərur şəhərindən Faiq Abbasov müxtəlif tərəvəz və ərzaq məhsullarını əsgərlərə göndəriblər. Ailə təsərrüfatçıları tərəfindən 300 kiloqram ət, 8 ton soğan, 8 tondan artıq kartof, 50 kiloqram pendir, 40 litr süd hərbi hissəyə təhvil verilib.

Sədərək Rayon İcra Hakimiyyəti və rayonun idarə, müəssisə və təşkilatları, həmçinin yerli əhali tərəfindən əsgərlərə sovqat aparılıb. Bu münasibətlə keçirilən tədbirdə icra hakimiyyətinin əməkdaşı Mahir Vəliyev və Sədərək kənd sakini Zamin Kərimov əsgərlərə müvəffəqiyyətlər arzulayıblar. Əsgərlər gətirilən sovqata görə minnətdarlıqlarını bildiriblər.

Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşları da Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin birində olub, əsgərlərimizə sovqat gətiriblər. Səmimi söhbət zamanı xalq-ordu birliyindən danışılıb, əsgər və hərbçilərimizə şərəfli xidmətlərində uğurlar arzulanıb. Gətirilən sovqat hərbi hissəyə təhvil verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video