08 Oktyabr 2020 19:25
549
CƏMİYYƏT
A- A+

“Beynəlxalq təşkilatları ikili standartlar siyasətindən əl çəkməyə, təcavüzkar Ermənistana təzyiq göstərməyə çağırırıq” - Gəncədəki Yəhudi Dini İcmasından bəyanat

 
Gəncənin Ermənistan ərazisindən raket atəşinə tutulması və nəticədə mülki şəxslərin yaralanması ilə bağlı Gəncədəki Yəhudi Dini İcması bəyanat yayıb.

AZƏRTAC-a daxil olan bəyanatda deyilir:

"Biz - Yəhudi Dini İcması olaraq, Gəncədə yaşayan soydaşlarımız adından Ermənistanın törətdiyi hərbi təcavüz aktlarını, təxribatları qətiyyətlə pisləyirik. Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriya qurğularından atəşə tutması qəbuledilməzdir. Bu, bütün beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ziddir.

Məlum olduğu kimi, Naftalan, Ağdam, Tərtər, Daşkəsən, Göygöl və Goranboyla yanaşı, döyüş bölgəsindən aralıda yerləşən Gəncə şəhəri də Ermənistan tərəfindən ağır artilleriya atəşinə məruz qalır. Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulması nəticəsində 1 mülki şəxs həlak olub, 6-sı uşaq, biri başqa millətdən olmaqla, 35 dinc sakin yaralanıb, şəhərin infrastrukturuna böyük ziyan dəyib.

Qeyd etmək lazımdır ki, Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların içərisinə ədavət toxumu səpməyə çalışsa da, buna nail ola bilməyib. Onların təxribatları, dinc əhaliyə qarşı törətdikləri cinayətlər, döyüş bölgələrində verdiyimiz şəhidlər aramızda olan birliyi və qardaşlıq tellərini daha da möhkəmləndirir.

Biz - Yəhudi Dini İcması olaraq Ermənistan tərəfinin mülki əhalini hədəf seçməsindən narahatlığımızı ifadə edir, beynəlxalq təşkilatları ikili standartlar siyasətindən əl çəkməyə, təcavüzkar ölkə olan Ermənistana lazımi təzyiq göstərməyə çağırırıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı mövqeyini və fəaliyyətini tam dəstəkləyirik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video