08 Oktyabr 2020 18:28
506
CƏMİYYƏT
A- A+

Numan Kurtulmuş: Türkiyə Azərbaycanın haqlı mübarizəsini bütün beynəlxalq platformalarda dəstəkləyir və sonadək dəstəkləyəcək

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə dövləti və xalqı Ermənistanın Azərbaycana təxribatının başladığı ilk gündən bütün imkanları ilə qardaş ölkənin yanındadır. Biz Azərbaycanın haqlı mübarizəsini bütün beynəlxalq platformalarda və təşkilatlarda dəstəkləyirik və axıradək dəstəkləyəcəyik. Türkiyə dövləti və xalqı olaraq Azərbaycana dəstəyimizi açıq və qəti şəkildə bildiririk. Prezident Rəcəb Tayyib Ərdoğan müxtəlif dövlət başçıları ilə görüş və danışıqlarında Azərbaycanın haqlı mövqeyini onlara çatdırır. Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamı Türkiyə xalqının dillər əzbəri olub.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 8-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş Yeni Azərbaycan Partiyası ilə AKP arasında keçirilən birgə videokonfransda deyib.

O qeyd edib ki, bu konfrans Türkiyənin dəstəyini, həmçinin siyasi partiyalar səviyyəsində nümayiş etdirmək, iki ölkənin hakim partiyaları arasında əməkdaşlığı genişləndirmək, Azərbaycan xalqının Dağlıq Qarabağ münaqişəsində haqlı mübarizəsini müdafiə etmək məqsədilə təşkil olunub. Bu, iki siyasi partiyanın həmrəyliyinin nümayişi baxımından dəyərli toplantıdir.

Numan Kurtulmuş vurğulayıb ki, Ermənistan Azərbaycanın Qarabağ bölgəsini 30 ildir işğal altında saxlayır, sentyabrın 27-də təxribat törədən də məhz Ermənistan olub. İşğalçı ölkənin rəhbərliyi, Fransada, bəzi digər Avropa ölkələrində və ABŞ-dakı erməni lobbisi Dağlıq Qarabağ münaqişəsinin həllinə hər vəchlə maneçilik törədir. Dünyanın bu açıq-aşkar həqiqətləri görməsi lazımdır. "Bu münaqişədən yeganə çıxış yolu Ermənistanın işğal altındakı Dağlıq Qarabağdan və digər Azərbaycan ərazilərindən bütünlükdə çəkilməsidir. Məsələyə beynəlxalq hüquq, insan haqları baxımından yanaşsaq, bütün ölkələr, o cümlədən Avropa dövlətləri bilməlidir ki, işğalçı Ermənistan öz qoşunlarını əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağdan çıxarana qədər bu münaqişə həllini tapmayacaq. Azərbaycan xalqı bu təxribata cavab olaraq haqlı savaşa qalxdı. Azərbaycan Ordusu qarşısında duran hədəfə doğru addım-addım irəliləyir. Bu gün Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında Ermənistan ordusunu göz açmağa qoymur, - deyə Numan Kurtulmuş qeyd edib.

AKP sədrinin müavini diqqətə çatdırıb ki, artıq dünyanın müxtəlif yerlərində yaşayan insanlar işğalçının məhz Ermənistan olduğunu anlayır. Ermənistan silahlı qüvvələri BMT qətnamələrinə görə işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmalıdır. Odur ki, bu ölkəyə beynəlxalq platformalarda lazımi təzyiq göstərilməlidir. Azərbaycanlı qardaşlarımızın haqlı mövqeyini bütün ölkələrə çatdırmaqda davam edəcəyik. Azərbaycan əraziləri, Dağlıq Qarabağ həqiqi sahiblərinə qaytarıldıqdan sonra Qafqaz regionunda yaşayan bütün xalqların sülh şəraitində yaşaması mümkün olacaq.

"Ermənistan PKK və digər terrorçuları Dağlıq Qarabağdakı döyüşlərə cəlb edir və bu, beynəlxalq hüquq baxımından qəbuledilməzdir. Buna qarşı, eyni zamanda, diplomatik müstəvidə birgə mübarizə aparmalıyıq. Azərbaycanlı qardaşlarımız, inşallah, cəbhədə daha böyük zəfərlər qazanacaq”, - deyə N.Kurtulmuş əminliyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video