08 Oktyabr 2020 18:01
490
CƏMİYYƏT
A- A+

MDB-nin İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının videokonfrans formatında 30-cu iclası keçirilib

 
Oktyabrın 8-də Müstəqil Dövlətlər Birliyinin (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının videokonfrans formatında 30-cu yubiley iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, MDB prokurorluq orqanlarının və Beynəlxalq Prokurorlar Assosiasiyası rəhbərlərinin qatıldıqları iclasda ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

İclasda çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Əlaqələndirmə Şurasının yaradılmasının 25 illiyi münasibətilə tədbir iştirakçılarını, o cümlədən Rusiya, Belarus və Moldova Baş prokurorlarını vəzifəyə təyin olunmaları münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 10 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiqlənib. Sərəncamla Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurularaq daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılıb, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılıb. İslahatlar çərçivəsində Baş Prokurorluğun İstintaq və Prokurorluqda istintaqa nəzarət idarələrinin funksiyaları, habelə ibtidai araşdırmaya prosessual nəzarətin həyata keçirilməsi sahəsində mütərəqqi yeniliklər barədə məlumat verilib.

Beynəlxalq tədbirdə iclas iştirakçılarının nəzərinə çatdırılıb ki, sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyaları və ümumilikdə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri, hətta döyüş bölgələrindən kənarda yerləşən Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərləri, Abşeron və Xızı rayonlarını ağır silahlardan atəşə tutub.

Baş prokuror bildirib ki, hazırda qeyd olunan faktlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 26 cinayət işi başlanıb. Hazırda ərazidə həyati təhlükə olmasına baxmayaraq, prokuror və müstəntiqlər tərəfindən müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Məlumat verilin ki, sentyabrın 27-dən bu günədək Ermənistanın hərbi təcavüzü nəticəsində 3-ü uşaq, 9-u qadın olmaqla 31 mülki şəxs həlak olub, 148 mülki vətəndaş ağır yaralanıb. Ümumilikdə 778 ev, 117 mülki obyekt dağıdılıb.

Məsələyə dair Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldaşev və Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri çərçivəsində və sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər.

Daha sonra təşkilati məsələlər müzakirə edilib, əməkdaşlıq haqqında müvafiq sənədlər imzalanıb.

Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının növbəti il üçün sədri seçilib. Şuranın 31-ci iclasının 2021-ci ildə Qazaxıstanda keçirilməsi qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video