07 Oktyabr 2020 20:03
410
CƏMİYYƏT
A- A+

Cəlilabadda milli orduya dəstək aksiyası keçirilib

 
Bu gün ölkəmizin hər yerindən olan vətəndaşlarımızın ürəyi düşmənlə Vətən torpaqları uğrunda döyüşən əsgər və zabitlərimizlə birlikdə döyünür. Sadə vətəndaşlar ordumuza dəstək olmaq üçün cəbhəyə zəruri olan müxtəlif məhsullar yola salırlar. "Qarabağ Azərbaycandır!", "Hər şey Vətən üçün!" şüarları yazılmış maşın karvanlarının üz tutduqları istiqamət də elə Qarabağdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin bütün regionlarında olduğu kimi, Cəlilabad rayonunda da sakinlər milli ordumuza həmrəy olaraq cəbhədəki əsgərlərə zəruri olan tibbi ləvazimatlar və ərzaq sovqatları göndərirlər.

Azərbaycan ordusunun bu yardımlara ehtiyacı olmasa da, sakinlər könüllü aksiyalarla öz vətəndaşlıq borclarını yerinə yetirdiklərini bildirirlər.

Qeyd edək ki, milli ordumuza könüllü dəstək aksiyası Cəlilabadla yanaşı, cənub bölgəsinin digər rayonlarında, demək olar ki, hər gün keçirilməkdədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video