07 Oktyabr 2020 15:53
479
CƏMİYYƏT
A- A+

FHN düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində baş vermiş fəsadlarla bağlı məlumat yayıb


Məlum olduğu kimi, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri - döyüş bölgələrindən kənarda yerləşən şəhər və kəndlərdəki mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, bu dövrdə ümumilikdə 21 fərdi evdə, 2 mənzil, 20 təsərrüfat, 2 ticarət və 1 infrastruktur obyektində, habelə qəbiristanlıq, qamışlıq, açıq sahə və Ağgöl Milli Parkı kimi ərazilərdə baş vermiş 10 yanğın hadisəsinin qarşısının alınması məqsədilə FHN-in müvafiq qüvvələri səfərbər edilib. Bir sıra hallarda yanğın baş vermiş ərazi düşmən tərəfindən intensiv atəş altında saxlanıldığından yanğınsöndürmə qüvvələrinin hadisələrə operativ müdaxiləsi mümkün olmayıb.

Bundan əlavə, xəsarət almış 9 nəfər və 2 cəsəd düşmənin raket atəşləri nəticəsində dağılmış evlərin dağıntıları altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, əhalinin fövqəladə hallara hazırlığı məqsədilə nazirlik tərəfindən fövqəladə hallarla bağlı davranış qaydalarına dair mütəmadi maarifləndirmə işləri aparılır. Ümumtəhsil, orta ixtisas və ali təhsil, tibb, istehsalat, turizm və digər müəssisələrdə, habelə KİV və sosial şəbəkələr vasitəsilə aparılan maarifləndirmə işləri sayəsində fövqəladə hallarla bağlı müvafiq davranış vərdişlərinin formalaşması təmin olunur. Həmçinin əhalinin mülki müdafiə sahəsində hazırlığı və maarifləndirilməsi məqsədilə Nazirlik tərəfindən mülki müdafiə kursları və məşğələləri təşkil edilir, kompleks mülki müdafiə təlimləri, cəbhəboyu zonalarda yerləşən yaşayış məntəqələrində yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində maarifləndirmə tədbirləri və digər tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – "qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video