03 Oktyabr 2020 19:34
599
CƏMİYYƏT
A- A+

Daxili İşlər Nazirliyi yol hərəkəti iştirakçılarına müraciət edib

 
Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə sentyabrın 28-də saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyətin elan edildiyi və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edildiyi diqqətə çatdırılıb.

"Bir daha hərəkət iştirakçılarından xahiş edirik ki, komendant saatının tətbiq edildiyi inzibati ərazilərdə yaşayan və ya həmin ərazilərə giriş-çıxış edən şəxslər gedəcəkləri ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni, saat 21:00-dək səfərlərini başa çatdırsınlar, eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmasınlar.

Həmçinin komendant saatı müddətində fəaliyyətinə icazə verilmiş sahələr üzrə xidmət göstərən, xüsusilə yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, qeyd olunan müddət ərzində komendant saatı tətbiq edilmiş inzibati ərazilərdə nəqliyyat vasitələri ilə hərəkət etmək zərurəti yarandığı təqdirdə mütləq qaydada sürücü və yükü müşayiət edən digər şəxslər haqqında müvafiq məlumatlar gücləndirilmiş elektron imzadan istifadə olunmaqla "icaze.e-gov.az" portalına daxil edilərək xüsusi icazə alınmalıdır”, - deyə müraciətdə xüsusi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video