03 Oktyabr 2020 00:20
491
CƏMİYYƏT
A- A+

Latviyada Azərbaycan ordusuna dəstək mitinqi təşkil olunub


Riqa şəhərində Ermənistan ordusunun növbəti təxribatlarına qarşı Azərbaycan ordusunun əks-hücum əməliyyatlarına dəstək məqsədilə yürüş keçirilib.

AZƏRTAC xəbər verir ki "Səssiz yürüş” Riqa Texniki Universitetinin 3 cü kurs tələbəsi Samir Əzizovun təşəbbüsü ilə reallaşıb. Yürüşdə Riqada təhsil alan tələbələr və Azərbaycan diasporunun üzvləri fəal iştirak ediblər.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı yürüş zamanı "Qarabağ Azərbaycanındır”, "Torpaqlarımıza qayıtmaq istəyirik”, "Ordumuzun yanındayıq” digər şüarlar səsləndirilib. Yürüşə Türkiyə diasporasının nümayəndələri də qoşulub.

Yürüşün təşkilatçısı Samir Əzizov Latviya mətbuatına verdiyi müsahibədə Azərbaycan ordusunun öz torpaqlarında döyüşdüyünü və bunun Azərbaycanın haqq davası olduğunu vurğulayıb.

Daha sonra müsahibə verən Baltikyanı Ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının latviyalı üzvü Elnur Rəhimov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə geniş məlumat verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video