02 Oktyabr 2020 00:51
1087
CƏMİYYƏT
A- A+

Vətənə can da qurban, qan da...


Qanvermə aksiyası keçirən könüllülərimiz Milli Orduya hərtərəfli dəstək olmağa çalışırlar


Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr hamı tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanır.

Xalqımız qısa müddətdə Milli Ordunun əldə etdiyi zəfərlərə görə Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, cəsarətli mövqeyini alqışlamaqla, 1941-1945-ci illər müharibəsində olduğu kimi, bu gün də "Ana Vətən çağırır!”, "Hər şey cəbhə üçün, hər şey Qələbə üçün” devizi ilə öz dəstəyini göstərir.

Əlbəttə, söhbət yalnız gənclərimizin könüllü olaraq vətənin müdafiəsinə qalxmasından getmir.

Azərbaycan Respublikası Prezidentinin ölkədə qismən səfərbərliklə bağlı sərəncam imzalamamışdan da öncə ölkə gənclərinin könüllü olaraq ordu sıralarına yazılması kütləvi hal almışdı. Adıçəkilən sərəncam isə vətənpərvər Azərbaycan gəncliyini düşmən üzərində qələbə çalmaq üçün bir daha ruhlandırdı ki, bu da minlərlə çağırışçının ordu sıralarına yazılmasına stimul verdi.

Bütün bunlar Azərbaycan Ordusunun xalqın, onun vətənpərvər övladlarının Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını göstərdi. Orduya dəstək, ön cəbhədə vuruşub yaralanan əsgər və zabitlərimizə qan vermək üçün gənclərin müraciəti və keçirdiyi aksiyalar da həmrəyliyin başqa bir formasıdır.


Qələbəyə doğru...


B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutuna könüllü qan vermək üçün kütləvi şəkildə gələn gənclərimiz bir daha vətənə canı ilə bağlı olmalarını təsdiqləyirdilər.

Bakı şəhər sakini Rəşad Əliyev belə tədbirlərin əhəmiyyətini dilə gətirməmişdən öncə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən sitat gətirərək qeyd etdi ki, bu gün ordumuz öz torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Prezident müraciətində xüsusi olaraq bildirdi ki, hazırda Azərbaycan Ordusu öz torpağında ərazi bütövlüyünü qoruyur, müdafiə edir: "...Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

R.Əliyev dedi ki, Ali Baş Komandanın bu fikirləri biz gənclərdə çox böyük ruh yüksəkliyi yaradıb! Bura könüllü şəkildə qan verməyə gələn gənclər ön cəbhədəki əsgər və zabitlərimizlə həmrəy olduqlarını nümayiş etdirir. Bu isə o deməkdir ki, biz lazım olanda vətənə canımızla, qanımızla xidmət etməyə, torpaqlarımızın azadlığı uğrunda, haqq yolunda aparılan mübarizəyə qoşulmağa hazırıq! Bu gün Azərbaycan gəncliyinin bir devizi var: "Qələbəyə doğru... İlhamla, inamla irəli!”

"Rəşadətli Milli Ordumuzun düşmənə sarsıdıcı zərbəsi ilə bir sıra ərazilərimizi, xüsusən strateji yüksəkliklərimizi azad etməsindən ruhlanan xalqımızın Prezident İlham Əliyevin ətrafında daha sıx, monolit birlik nümayiş etdirməsi qələbə əzmimizi bir az da artırır”.

Bu fikirlərin müəllifi isə qan verməyə gəlmiş Bakı Dövlət Universitetinin tələbəsi Günay Behbudovadır: "... Yaşından, hərbi mükəlləfiyyətindən asılı olmayaraq, on minlərlə ölkə vətəndaşı, ehtiyatda olan zabitlər, qazilər, xüsusən də gənclərimiz döyüşən Milli Orduda xidmət göstərmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayon şöbələrinə axışır. Döyüşən orduya öz dəstəyini müxtəlif formada göstərməklə biz düşmən üzərində qələbəni tezləşdirmiş oluruq. Bax belə: kimi silahı, canı, kimisi də qanı ilə. Qan vermək üçün gələn gənclərimizə bildirilir ki, hələ buna ehtiyac yoxdur. Qan bankında kifayət qədər ehtiyatımız var. Bu, bir daha Azərbaycan səhiyyəsinin, hətta koronavirus pandemiyası şəraitində inkişaf səviyyəsi deməkdir. Bu, eyni zamanda onu da təsdiqləyir ki, düşmən bizə nəinki cəbhədə, səhiyyə sahəsində də uduzmağa məcburdur. Çünki Ermənistanda nə hospital təminatı var, nə də qan ehtiyatı. Biz gənclərin vətən qarşısında borcu bu günlərdə daha müqəddəsdir! Vətənə ana deyiriksə, onu düşmən əsarətindən xilas etmək üçün, sadəcə, sözlə yox, əməlimizlə təsdiqləməliyik. Ona görə də canımızla, qanımızla bu qələbəni qazananların yanındayıq!”


Vətən üçün qan verməyə cümlə hazırız...


Bütün bunlar onu göstərir ki, döyüşkən ruhu ilə düşməni layiq olduğu yerdə oturdan Azərbaycan xalqı və onun qüdrətli ordusu qələbə sevincini yaşamağa və yaşatmağa qadirdir. Bunu ölkəmizin ayrı-ayrı vətəndaşlarının ürək sözlərindən də duymaq, hiss etmək çətin deyil. Hər kəs ordumuzdan zəfər və qələbə gözləyir. Buna görə də hər an onun yanında olduğunu təsdiqləyir.

Goranboy rayonunun Qızılhacılı kəndindən olan müəllimə Həsənova İradə Saleh qızı isə sözünə döyüşən ordumuzu hərtərəfli təmin etdiyi üçün Ali Baş Komandana minnətdarlıqla başlayır: "...Möhtərəm Ali Baş Komandan, cənab İlham Əliyev! Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Sizin rəhbərliyinizlə Qələbəyə doğru inamla addımlayır. Ata tərəfim ulu Göyçədən, anam isə Kəlbəcərdən olub. Hər ikisi dünyasını dəyişib. İki dəfə qaçqınlıq-köçkünlük ağrısını yaşayan ulu kökümüz ermənilərin daşnak və faşist ideologiyası ilə silahlanan quldur dəstələrinin bəd niyyətinin şahidi olub. Sonuncu dəfə isə qohum-əqrəbamız Göyçə və Kəlbəcərdən qovulub. Ata yurdum Goranboyun kəndlərini ermənilərin bu gün də atəşə məruz qoyması bir qadın, ana kimi məni də çox hiddətləndirir. Nə lazımdırsa, qanla-canla hazırıq! Vətənimizin bu günlərində Sizin, eləcə də Milli Ordumuzun yanındayıq! Bütün Azərbaycan analarının bu günlər dua etdiyi yeganə bir övladı var - doğma vətən torpağı! Balalarımız cəbhədə, ruhumuz səngərdədir! Qanımız da halaldır vətənə, canımız da! Bu günü həsrətlə, intizarla gözləmişik! İnşallah ki, qətiyyətli addımınız büdrəməyəcək! Düşmən sarsılacaq! Torpaqlarımızı işğaldan azad etmək üçün Tanrı Sizi, əmrinizə hazır olan əsgər və zabitlərimizi qorusun!”

Belə ürəkaçan fikir söyləyən, dua edən, qanını əsirgəməyən, sevincini bölüşən, hər an ordumuzdan xoş xəbər, qələbə müjdəsi gözləyənlərimizi saymaq-sadalamaq mümkün deyil. Əslən göyçəli olan, 1988-ci ildə ermənilər tərəfindən ailələri didərgin salınıb, Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşan Rzayev Sirac Əmir oğlu, Bakı şəhərindən Emin və Rəşad Əliyevlər, Aytac və Murad Rzayev qardaş-bacıları, həkimlərdən Aybəniz Nəcəfova, Leyla Abdullayeva, Sumqayıt şəhər sakini, oğlunu bu günlərdə ordu sıralarına yola salmış kitabxanaçı Sevda Məmmədova, ibtidai sinif müəllimi Aynurə Nəcəfova, Anar Əliyev, Ramin və Bəhram Bəylərov qardaşları kimi qan verən yüzlərlə vətənpərvərin səmimi fikirləri, arzu və istəkləri Ali Baş Komandanın, ordumuzun və xalqımızın birliyi ilə tezliklə düşmən üzərində böyük qələbə çalmaq, torpaqlarımızı faşist xislətli erməni daşnaklarından azad etməkdir. Onlar bu gün öz qanlarını verməklə xalqımızın vətənpərvərlik ruhunu əzmkarlıqla daşıdıqlarını da təsdiqləyirlər.

Bəli, Azərbaycan qələbə ruhlu döyüşlərini davam etdirməkdə, Ermənistan isə qazandığı fəlakətin acı nəticələri ilə üz-üzə qalmaqdadır. Düşmənin fəlakəti yalnız hərbi texnika və canlı qüvvə itkisi deyil. Cəbhədə yaralananların hospitalizasiyası, müalicəsi üçün yaradılmayan şərait onların itkilərinin durmadan artmasına səbəb olur. Qan ehtiyatının olmaması isə bir daha Ermənistan səhiyyəsinin iflic vəziyyətini təsdiqləyir. Ermənistan KİV-inin yazdığına görə, N. Paşinyan rejiminə qarşı ölkədə səngiməyən etirazların səbəblərindən biri də məhz yaralı əsgərlərin qan, eləcə də onları cəbhədə əvəz edəcək canlı qüvvənin çatışmamasıdır. Bir sözlə, Ermənistanın qan dilənməsi onun müharibəyə necə hazırlığının göstəricilərindən biridir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video