02 Oktyabr 2020 00:46
624
SİYASƏT
A- A+

“AZƏRBAYCAN tarix yazır”


Qarabağ savaşı türk mediasının gündəm mövzusu olaraq qalır


Azərbaycan və Türkiyə ən çətin anlarda daim bir-birlərinin yanında olub, əməli dəstəklərini göstəriblər.

Bu günlərdə təmas xəttində erməni təxribatı nəticəsində baş verən hərbi əməliyyatların Türkiyə ictimaiyyətinin xüsusi diqqət mərkəzində yer almasınövbəti dəfə iki dövlət, iki xalq arasında dostluğun, qardaşlığın, strateji tərəfdaşlığın möhkəm təməllər üzərində bərqərar olduğunun daha bir təsdiqi oldu.

Cəbhədə gedən döyüşlər ətrafında Türkiyənin aparıcı qəzetləri və xəbər agentlikləri məlumatları operativ şəkildə oxuculara təqdim edir. Prezident İlham Əliyevin mesajları, cəbhə bölgəsindən birbaşa hazırlanan xəbərlər ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır və sosial şəbəkədə paylaşılır.

"Sabah” qəzeti"Azərbaycan tarix yazır” başlıqlı xəbərini manşetdən verib. Bildirilir ki, Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir. Sentyabrın 30-dək Ermənistanın 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriyası sıradan çıxarılıb. Əlavə edilir ki, Ermənistanın silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

"Milliyyet” qəzeti "İşğalı başa çatdır, müharibə dayansın” başlıqlı xəbərində Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək” fikirlərinə geniş yer verilib.O da qeyd olunur ki, BMT-nin münaqişənin həlli ilə bağlı 4 qətnaməsi hələ də kağız üzərində qalıb. Uzun illər ərzində Azərbaycana qarşı ikili standartlar nümayiş etdirilib.

"Türkiye” qəzeti "Bunu siz istədiniz”, "Darmadağın oldular” başlıqlı xəbərləri manşetdən verib. Vurğulanıb ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Azərbaycan Ordusu isə döyüş meydanında onların layiqli cavablarını verir. Ermənistanın 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası sıradan çıxarılıb. Nəşr onu da əlavə edir ki, BMT-nin nizamnaməsində göstərilir ki, hər bir dövlətin özünümüdafiə haqqı var və Azərbaycan da bundan istifadə edərək özünü müdafiə edir, əks-hücum əməliyyatına keçir, Ermənistana sarsıdıcı zərbələr endirir.

"Hürriyet” qəzeti"İlham Əliyevdən tək şərt: çəkilin!” başlıqlı xəbərində qeyd olunur ki, təcavüzkar Ermənistanın təxribatlarına Azərbaycan Ordusu layiqincə cavab verir. Ermənistan hökumətinin təxribat arxasındakı məkrli məqsədi, ilk növbədə, Azərbaycanı yeni işğalla hədələməyə çalışmaq, yeni ərazilər uğrunda işğal siyasətini davam etdirmək idi. Sivil Azərbaycanın dünyaya verdiyi töhfələrdən uzaq olan Ermənistan təcavüzkarlığı və terrorçuluğu ilə bölgənin təhlükəsizliyinə təhdiddir.

"Yeni akit” "Həm meydanda, həm də danışıqlarda qardaşımızın yanındayıq”, "Osmanlı şilləsi dəyəndə diplomatiya yada düşür” başlıqlı xəbərlərində yazır ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Qeyd edilir ki, sentyabrın 27-dən etibarən Ermənistan növbəti dəfə təxribat törədərək dinc əhaliyə qarşı müharibə aparır, əsas hədəf yaşayış məntəqələri, mülki əhalidir. Vurğulanır ki, bu vəziyyətdə heç bir dövlət seyrçi mövqe nümayiş etdirə bilməzdi. Odur ki, Azərbaycan da təcavüzkara adekvat cavab vermək, xalqını və torpağını müdafiə etmək məcburiyyətində qaldığı üçün işğalçının hücumlarını dəf edib, Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlamasına qərar verdi. Artıq bir sıra yaşayış məntəqələri işğaldan azad edilib, Ermənistanın 2300 nəfərədək canlı qüvvəsi məhv edilib.

"Akşam” qəzeti"Addım-addım azadlıq”, "Azərbaycan əsgəri hədəfi vurur” başlıqlı xəbərlərimanşetdən verib. Yazılır ki, Ermənistanın baş naziri Paşinyan bundan əvvəlki çıxışlarında Azərbaycanın işğal edilmiş torpaqlarında - Xankəndidə "Qarabağ Ermənistandır və nöqtə” dedi və Azərbaycan Prezidenti İlham Əliyevin"Qarabağ Azərbaycandır və nida” cavabı ilə siyasətdə, diplomatiyada ilk dərsini, bu gün davam edən müharibədə isə sarsıdıcı zərbələralmaqdadır. Qeyd olunur ki, artıq son rəsmi rəqəmlərə əsasən Ermənistanın 2300-dən çox canlı qüvvəsi darmadağın edilib.

"Milat” qəzetinin "Qardaşımızın yanındayıq”, "Beynəlxalq hüquq Bakının yanındadır” və "Qarabağa kimi” başlıqlı xəbərlərində yazılır ki, cəbhədə davam edən döyüşlər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyini göstərir. Azərbaycan Ordusunda ruh yüksəkliyi var, Qarabağa kimi inamla irəliləyir. Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib.Təcavüzkar Ermənistan dinc əhaliyə qarşı terror əməllərini davam etdirir, yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələri, məktəb binaları, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

"Sözcü” qəzetinin"Ermənistan ordusunun belini qıran zərbə” adlı xəbərində yazılır ki, cəbhədə sentyabrın 27-dən başlanan döyüşlərdə Ermənistanın 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tank əleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Xocalı rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu dağıdılıb

"Aydınlık” qəzeti "Sorosun uşağı” başlıqlı xəbərində yazır ki, Ermənistan yeni təxribatlar hazırlayır, Azərbaycanın yaşayış məntəqələrini hər gün atəşə tutur. Hər gün mülki əhali arasında Azərbaycanın itkiləri artır. Bu, erməni faşizminin eybəcər sifətini göstərir. O da əlavə olunur ki, Ermənistanın rəhbərliyində olan, siyasi aləmdə "Sorosun uşağı” adlandırılan Nikol Paşinyan sərsəm bəyanatlar, təkliflər verməklə, əslində sülhə maraqlı olmadığını göstərdi.

"Yeni söz” qəzetinin"Ermənistan rədd olsun”, "Azərbaycan erməni yaraqlılarını əzir”, "Yeni çağ” qəzetinin "Erməni ordusu yerlə-yeksan edilir”, "Yeni Şafak” qəzetinin "Ermənistan ordusunun böyük çöküşü”, "PUA-lar 4 günə təmizlədi”, "Karar” qəzetinin"Dörd tərəfdən mühasirə hərəkatı” başlıqlı xəbərlərindəAzərbaycanın haqq yolunda Türkiyənin də yanında olduğu diqqətə çatdırılır, bu gün Azərbaycan Ordusunun öz torpağında ərazi bütövlüyünü qoruduğu, müdafiə etdiyi vurğulanır.

Elçin CƏFƏROV,

"Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video