“İlham Əliyevə inanırıq və sonadək arxasındayıq”
Siyasi partiyaların rəhbərləri Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazırdırlar
Azərbaycan Ordusunun Ermənistanın təxribatına cavab verməsi, əks-hücuma keçməsi və işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində ciddi irəliləyişlərə nail olması, düşmənə ağır zərbə vurması son 30 ilin ən böyük tarixi hadisələrindən biridir.
Baş Komandanın bu əmri bütün Azərbaycan cəmiyyətində, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında birmənalı olaraq müsbət qarşılanıb. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanatında göstərilir ki, Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturu hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır. Siyasi təşkilatlar Ali Baş Komandan, Prezident İlham Əliyevin terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirirlər. Bu məqsədlə siyasi partiya rəhbərlərinin fikirlərini öyrəndik.
İlham Əliyevin qətiyyəti böyük qayıdışı daha da yaxınlaşdırır
Fəzail AĞAMALI,
Milli Məclisin deputatı,
Ana Vətən Partiyasının sədri:
- Azərbaycan vətəndaşı uzun illərdir Vətən həsrəti ilə, qaçqın-köçkün vəziyyətində yaşayır. Dövlət başçımızın da söylədiyi kimi, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar doğma ocaqlarına qayıtmaq istəyirlər.
Bu gün Azərbaycan Prezidentinin qətiyyəti, Azərbaycan Ordusunun iradəsi böyük qayıdışı daha da yaxınlaşdırır. Təqdirəlayiq haldır ki, bu gün xalqımız öz Ali Baş Komandanına və müzəffər ordusuna birmənalı dəstək nümayiş etdirir, torpaqlarımızın işğaldan azad olunacağına yüksək inam ifadə edir. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayması, həmçinin ölkəmizin qeyri-hökumət təşkilatlarının Birləşmiş Millətlər Təşkilatı, ATƏT, ATƏT PA, Avropa Şurası, AŞ PA, NATO, NATO PA, Avropa Komissiyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, TürkPA, eləcə də bütün digər beynəlxalq təşkilatlara müraciət ünvanlamaları milli həmrəyliyin bariz nümunəsidir.
Yaxın günlərdə bizə böyük qələbəni görmək qismət olacaq. Xalqımız həmrəydir, gənclərimiz, ehtiyatda olan döyüşçülərin hamısı bir bayraq altında, vahid amal uğrunda sıx birləşib. Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür. Bir fikrimiz, bir amalımız var: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İnanıram ki, əli silah tutan hər bir Azərbaycan övladı hazırdır ki, dövlət başçısının bir əmri ilə ordu sıralarına qoşulsun və nəhayət ki, bu münaqişə öz həllini tapsın, işğal altında olan torpaqlarımız azad olunsun.
Tarixin bütün sınaqlarında olduğu kimi, bu gün də bir dövlət və xalq kimi birliyimiz müşahidə olunur. Biz bu birliyi qorumağı bacarmalıyıq və təxribatlara uymamalıyıq. Reallıq budur ki, bu gün cəbhədə gedən döyüşlər Azərbaycan Ordusunun nəzarətindədir. Ordumuz düşmənin hücum təxribatlarına layiqli cavab verərək, əks-hücuma keçib. Təbii ki, kimdən hansı dəstəyi almasından asılı olmayaraq, çökmüş Ermənistanın qorxaq əsgəri anadan əsgər doğulan xalqın qüdrətli ordusunun qarşısından qaçmağa məhkumdur.
Ermənistan sülhə məcbur olacaq
Asim MOLLAZADƏ,
Milli Məclisin deputatı,
Demokrtatik İslahatlar Partiyasının sədri:
- Bu gün erməni təxribatına cavab verən Azərbaycan Silahlı Qüvvələri əslində sülhməramlı missiyanı həyata keçirir.
Azərbaycanın istəyi Ermənistanı sülhə məcbur etməkdir. Ona görə də ordumuz mülki əhalinin, uşaqların və qocaların qatili olan xain ermənilərə layiqli cavabını verir! Düşmənin itkiləri gizlətməsi onların durumunun gərgin olduğunu bir daha sübut edir. Əminəm ki, bu əməliyyatların nəticəsi olaraq Ermənistan sülhə məcbur olacaq. Hazırda apardığımız əməliyyatların məqsədi tezliklə sülhə nail olmaqdır.
Vətənimiz uğrunda döyüşə hazırıq
Tahir KƏRİMLİ,
Milli Məclisin deputatı,
Vəhdət Partiyasının sədri:
- Yazıçı Mirzə İbrahimov deyirdi ki, Allah insanın canını almazdan öncə ağlını alır. İndi bu ermənilərin də Allah ağlını əlindən alıb ki, onlar dayanmırlar. Dünən və bu gün səhər saatlarında təxribat törədərək dinc sakinlərimizi atəşə tutublar. Tovuz təxribatı bunlara dərs olmayıb.
Bizim torpaqlarımızı işğal edən, mənəvi dəyərlərimizə zərbə vuran ermənilərdir, generalımızı və zabitlərimizi şəhid edən də, üstəlik müxtəlif çaplı silahlardan və toplardan ilk atəş açıb sivil insanlarımızın canına qəsd edən də onlardır. Bunlara baxmayaraq, Azərbaycan Ordusu bu təxribatların qarşısını almağa və düşmənə layiqli cavab verməyə hazır idi. Dövlət başçısı BMT-nin xüsusi sessiyasında çıxış edərək ermənilərin bu təxribatlarını dünya ictimaiyyətinə çatdırmışdı. Məsuliyyət heç şübhəsiz ki, birmənalı şəkildə Ermənistanın üzərində qalır.
Azərbaycanın tarixində Cavanşir, Babək, Şah İsmayıl Xətai, Nadir şah kimi tarixi şəxsiyyətlər olub. Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan şəxsiyyətlər kimi adlarını tarixə qızıl hərflərlə yazdırıblar. İndi Azərbaycanın dövlət başçısına da adını qızıl hərflərlə yazdırmaq üçün bu tarixi şans yaranıb.
Ali Baş Komandan İlham Əliyevin əks-hücum əmrini verməsi və ölkədə hərbi vəziyyət elan olunması ictimaiyyət və dövlət nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Hər kəsdə böyük ruh yüksəkliyi var.
Həm vətəndaşlar, həm də siyasi qurumlar dövlət başçımızın və ordumuzun yanındadır. Vəzifə və rütbəsindən asılı olmayaraq hər kəs bu gün özünü ordunun əsgəri hesab edir. Bütün siyasi qurumlar, partiya rəhbərləri istər siyasi, istərsə də fiziki şəkildə dövlət başçısının, ordunun yanındadır və olmalıdır.
Biz övladlarımızla, yaxınlarımızla və bütün partiya üzvlərimizlə cənab Ali Baş Komandanın əmri ilə vətənimiz uğrunda döyüşə hazırıq.
Qələbə naminə hamımız birlikdə olub işğala son qoymalıyıq
Sabir HACIYEV,
Milli Məclisin deputatı,
Vətəndaş Birliyi Partiyasının sədri:
- Bu gün ölkənin siyasi partiyaları fəaliyyətlərini hərbi vəziyyətin tələbinə uyğun qurmalıdır. Əsas məqsədimiz torpaqlarımızın işğaldan azad olunmasıdır. Ona görə də mövqeyindən, siyasi düşüncəsindən asılı olmayaraq hamı Ali Baş Komandanın ətrafında sıx birləşib torpaqlarımızın işğaldan azad olunmasına dəstək verməlidir. Bu gün xalq, dövlət və ordu həmrəy olmalıdır. Qələbəmiz birliyimizdən keçir. Qələbə naminə hamımız birlikdə olub işğala son qoymalıyıq.
Bakıdan səngərə qədər hər kəs qələbə əhvali-ruhiyyəsindədir
İqbal AĞAZADƏ,
Ümid Partiyasının sədri:
- Bakıdan səngərə qədər hər kəs qələbə əhvali-ruhiyyəsindədir. Qarabağımıza, əsgərlərimizə ən yaxın məsafədə idim. Cəbhə xəttinə gedərkən yolboyu hər bir vətəndaşımızı ayaqda gördüm. Uşaqlarımız, ağsaqqallarımız, ağbirçəklərimiz - hər kəs əsgərimizə uğur arzulayır, Qarabağdan həyəcanla xəbər gözləyirdilər. İnsanlarımızla qürur duydum. Bakıdan səngərə kimi hamı qələbə əhvali-ruhiyyəsindədir”.
Canlarını vətən üçün fəda etmiş əsgərlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik, tez sağalmaları üçün dua edirik. Allah xalqımızı, əsgərimizi utandırmasın. Bayrağımızı həmişə uca etsin. Biz isə sadəcə əsgərik! Ya qazi olacağıq, ya şəhid. Qazavatımız mübarək!
Ali Baş Komandanın bütün tapşırıqları birmənalı şəkildə icra olunmalıdır
Arzuxan ƏLİZADƏ,
Azərbaycan Milli İstiqlal Partiyasının sədri:
- Partiyamız fəaliyyətini hərbi vəziyyətin tələblərinə uyğun şəkildə quraraq siyasi fəaliyyətini dayandırıb. Artıq 24 saatlıq fasiləsiz fəaliyyətə keçmək barədə qərar qəbul edilib. Bütün yerli təşkilatların rəhbərlərinə dövlət qurumları ilə əlaqəli işləmək tapşırılıb, cəmiyyətdə təxribatların qarşısının alınması, insanların panikaya düşməməsi üçün maarifləndirmə işinin aparılması istiqamətində işləyirik.
Partiya olaraq biz dövlətin və ordunun yanındayıq. Bununla belə AMİP olaraq tərəfdaşlarımıza və xalqa, siyasi qüvvələrə müraciət edərək bugünkü gündə həmrəylik nümayiş etdirib Ali Baş Komandanın ətrafında sıx birləşərək torpaqlarımızın işğaldan azad olunması istiqamətində ordumuza dəstək verməyə çağırırıq. Ali Baş Komandanın bu istiqamətdəki bütün tapşırıqları birmənalı şəkildə icra olunmalıdır. Bütün fəaliyyət torpaqların işğaldan azad olunmasına köklənməlidir.
Azərbaycan öz torpaqlarından terrorçuları təmizləmə əməliyyatı aparır
Sərdar CƏLALOĞLU,
Azərbaycan Demokrat Partiyasının sədri:
- Xalqımız uzun illərdir ki, Dağlıq Qarabağ probleminin birdəfəlik həll edilməsini arzulayırdı. Nəhayət, şərtlər bizim xeyrimizə formalaşdı. Torpaqlarımızı işğaldan azad etməyə başlamışıq. Xalqımızı bu münasibətlə təbrik edirəm. Bu müharibədə itkilərimiz var. Şəhidlərimizə Allah rəhmət etsin. Ailələrinə səbr diləyirəm. Yaralılarımıza Allahdan şəfa arzulayıram.
Hər il Azərbaycanda avtomobil qəzasında 3000-5000 insan dünyasını dəyişir. Biz Dağlıq Qarabağın azad edilməsində bu qədər itki verməyəcəyik. Bu itkilərdən danışıb döyüş əhvali-ruhiyyəsini zəiflətmək olmaz. Beynəlxalq təşkilatlar və bəzi dövlətlər yenidən danışıqlardan, Qarabağın statuslarından danışmağa başlayıb. Dağlıq Qarabağ tamamilə azad edilməyənə, Xankəndidə üçrəngli bayrağımız dalğalanmayana qədər dayanmaq olmaz.
Beynəlxalq təşkilatların çağırışlarına önəm verməməliyik. Çünki Azərbaycan öz torpaqlarından terrorçuları təmizləmə əməliyyatı aparır. ABŞ Suriyada belə bir əməliyyat aparır. Bizim də öz torpaqlarımızda belə bir əməliyyat keçirməyimizi heç kim qınaya bilməz. Biz bu əməliyyatlarda heç kimin torpaqlarını işğal etmirik. Quldur və terrorçu dəstələrini torpaqlarımızdan təmizləyirik. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirlərsə, bu barədə təcili istəklərini bildirməlidirlər. Azərbaycan tərəfinə keçməlidirlər. Kimlərsə Azərbaycan vətəndaşlığını qəbul etmirlərsə, torpaqlarımızı dərhal tərk etməlidir.
Ermənistan 30 il ərzində Azərbaycanın iqtisadiyyatına vurduğu ziyana görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir, kompensasiya ödəməlidir. Xocalı soyqırımına və şəhidlərimizə görə Ermənistan dövləti cavab verməlidir. Azərbaycan xalqı Ali Baş Komandanın və ordumuzun yanındadır. Biz qısa müddət ərzində Dağlıq Qarabağın azad edilməsini arzu edirik. İnanıram ki, bu arzumuza tezliklə çatacağıq.
Azərbaycan haqq yolundadır
Araz ƏLİZADƏ,
Azərbaycan Sosial Demokrat Partiyasının sədri:
- Mən 1992-ci ildə bunu demişəm ki, biz vətənimizi qoruyuruq. Bu, əsl Böyük Vətən müharibəsidir. Azərbaycan torpaqları uzun müddətdir ki, işğal altındadır. Biz düz 30 ildir ki, torpaqlarımızın erməni işğalından azad olunacağı günü gözləyirik. Nə qədər sülhdən danışmaq olar?
İyul ayından ermənilər çox ciddi olaraq müharibəyə hazırlaşırlar. Əlbəttə, biz də gözləmirik. Azərbaycan Ordusu və xalqı müharibəyə tam hazırdır. Bizim sərhəd rayonlarımızı Ermənistan işğalçıları nə qədər atəşə tutsalar da, əhalimiz öz yerindən tərpənmədi və tərpənmək fikri də yoxdur. Azərbaycan haqq işi aparır, öz torpağında döyüşür. Biz işğal olunmuş torpaqlarımızı nəyin bahasına olursa-olsun geri qaytarmalıyıq. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevə inanır və onun arxasındadır.
Ermənistan təşvişə düşərək ABŞ, Fransa və Rusiyaya müraciət edir, guya sülh istəyir. Axı nə qədər sülhdən danışmaq olar? Onlar bizim torpaqlarımızı işğal ediblər. Əlbəttə, onlara sülh lazımdır, biz isə torpaqları işğaldan qaytarandan sonra sülhdən danışa bilərik. Güc dövlətləri Ermənistana Azərbaycanla dil tapmağı məsləhət görürlər. Ermənistan sülh istəyirsə, bütün işğal olunmuş torpaqları azad etməli və bundan sonra danışıqlar üçün masa arxasında oturulmalıdır.
Azərbaycan Ordusu rəşadətlə irəliləyir və əminəm ki, bu irəliləyişin davamı olacaq. Burda bir şeyi də qeyd etmək lazımdır ki, Qarabağ müharibəsində müxalifət-iqtidar məsələsi gündəmdə yoxdur. Hamı bir nəfər kimi Ali Baş Komandanın əmrinə tabe olaraq Vətənin müdafiəsinə qalxıb. Müxalifət partiyaları hamısı cənab Prezidentin və Azərbaycan xalqının yanındadır.
Vətən, torpaq, namus uğrunda savaşa başlamışıq
Pənah HÜSEYN,
Azərbaycan Xalq Partiyasının sədri:
- İqtidarından, müxalifətindən asılı olmayaraq, bütün siyasi partiyalar ərazi bütövlüyümüzün bərpası və təcavüzün aradan qalxması üçün dövlətin atılacaq bütün addımlarını dəstəkləmək barədə mövqelərini ortalığa qoyublar.
Ona görə də əlaqədə olduğumuz ictimaiyyətlə Vətən, torpaq, namus uğrunda müharibəyə qalxıb, səfərbər olması istiqamətində hüququn verdiyi çərçivədə fəaliyyətimizi davam etdiririk.
Başlanan proses bütövlükdə ümumxalq mübarizəsidir və siyasi partiyalar da xalqın nümayəndələri olduğundan bir yerdə olmalıdır.
Prezidentin yanındayıq, onun düzgün siyasətini birmənalı dəstəkləyirik
Abutalıb SƏMƏDOV,
Azərbaycan Naminə Alyans Partiyasının sədri:
- Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını almaq üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlamaq, təcəvüzkarı ciddi şəkildə cəzalandırmaq əmrini verdi. Əks-hücuma keçən Azərbaycan Ordusu qısa müddətdə uzun illər işğal altında olan bir çox ərazini azad etdi, düşmən ordusuna sarsıdıcı zərbələr vurdu.
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı və Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları ilə əlaqədar olaraq ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanın imzaladığı birgə bəyanat təkcə xalqla hökumətin həmrəyliyinin nümayişi olmadı, eyni zamanda Azərbaycanda son dövrlər hakimiyyətin ciddi səyi nəticəsində formalaşan siyasi birliyin, həmrəyliyin təcəssümünə çevrildi.
Bəyanat göstərdi ki, Ermənistanın işğalçı siyasətinə etiraz edən siyasi partiyalar beynəlxalq hüququn aliliyinin bərqərar olunmasını, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını, ikili standartlara son qoyulmasını tələb edirlər. Ermənistanın təxribatlarına susmağın və onları qınaq predmetinə çevirməməyin beynəlxalq riyakarlığın təzahürü olduğunu bildirən siyasi partiya rəhbərləri öz birgə bəyanatlarında bu ölkənin işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını pisləyir və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər.
Bəyanat bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin, Ali Baş Komandanın yanındadır, onun yeritdiyi son dərəcə düzgün siyasəti dəstəkləyir və torpaqlarımızın azad olunması naminə hər an silaha sarılmağa hazırdırlar.
Bu, Vətən müharibəsidir, hamının ürəyindən gələn mübarizədir
Əhməd ORUC,
Azadlıq Partiyasının sədri:
- Faktiki olaraq aktiv hərbi əməliyyatlar başlayıb. Odur ki, bütün siyasi partiyalar dövlətə və orduya dəstəyini bildirdi.
Qoy işğalçıya qarşı mübarizə, torpaqlarımızın azad olunması istiqamətində Azərbaycan cəmiyyəti arasında fikir ayrılığının olmamasını xalq görsün.
Eyni zamanda düşmən anlasın ki, Azərbaycan cəmiyyəti yekdildir. Bu, Vətən müharibəsidir, hamının ürəyindən gələn mübarizədir.
Milli birliyimizin, həmrəyliyimizin bariz nümunəsi...
Elçin MİRZƏBƏYLİ,
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini:
- Siyasi baxışlarından, ideoloji prinsiplərindən asılı olmayaraq, ölkənin demək olar ki, bütün siyasi spektrinin - 50 partiyanın bir araya gələrək Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyirlər.
Siyasi təşkilatların Ali Baş Komandanın yanında olduqlarını bəyan etmələri də bir o qədər tarixi əhəmiyyət kəsb edən hadisədir, milli birliyimizin, həmrəyliyimizin bariz nümunəsidir. Dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən mürəkkəb bir şəraitdə siyasi partiyalar tərəfindən ölkəmizin bütün vətəndaşlarının, dünya azərbaycanlılarının milli birliyə, vəhdətə səslənilməsi siyasi yetkinliyin göstəricisi kimi mühüm əhəmiyyətə malikdir.
Siyasi partiyaların xalqımızın, dövlətimizin bu haqq işində vahid mövqe nümayiş etdirmələrini Azərbaycan Prezidenti də yüksək qiymətləndirib. Cənab İlham Əliyevin belə bir çətin, həssas məqamda milli birlik, həmrəylik nümayiş etdirən siyasi partiyalara ayrı-ayrılıqda diqqət ayırması ölkəmizdə etimadlı siyasi münasibətlərin formalaşmasında mühüm irəliləyişlərin əldə olunduğunu göstərir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!