02 Oktyabr 2020 00:40
1885
Mədəniyyət
A- A+

Mənim igid əsgərlərim


(Səngərə məktub)


Döyüşçülərimiz qələbə sevincini bizimlə bölüşürlər

Müəllif

Salam, əsgər!

Salam igid!

Mübarəkdi qələbəniz!

Bizim qədim torpaq üstə,

sizin təzə

qədəminiz!

Ordan mənə bu zənginiz!

Qarabağa işıq saçan

fişənginiz!

Qaya üstə çay süfrəniz!

Siz hərəniz bir əsrarəngiz,

açılan bir səhərsiniz.

Xeyir çıxıb qabağıma,

döyüşlərin səsi gəlir

qulağıma.

Mənim igid qazilərim,

əsgərlərim

Heydərim1

və heydərlərim!

Raketlərə yazıbsınız

siz adımı,

düşmən görsün,

unutmasın soyadımı.

Söz - indi bir sərkərdədir,

döyüşçünün yanındadır,

səngərdədir.

Yoxdur sizin əvəziniz,

Qarabağı qızdıracaq -

nəfəsiniz.

Salam deyin:

Qarabağın

kəhrizinə!

Ot göyərən o yoluna,

o izinə,

unudulan bulaqlara,

o sürüsüz yaylaqlara,

Qarabağın bizə məlhəm

havasına,

Şahinlərin, qartalların

yuvasına.

Şahin kimi, qartal kimi

uçun siz də,

Qıyya çəkin, nəfəs alaq

burda biz də.

Dünən Ali Baş Komandan,

"Qarabağ” və nida!,- dedi2 ,

düşmənə əlvida dedi.

Xəbər verin son raketi

atan kimi,

Xankəndinə, ya Şuşaya

çatan kimi.

Mən də burda bir əsgərəm,

Esxil3 dünən,

mən də bu gün

səfərbərəm.


Nəriman HƏSƏNZADƏ,

Xalq şairi


30.09.2020


1 Səngərdən zəng vurub, sevincini şairlə bölüşən əsgər - Heydər Quliyev.

2 Cənab Prezidentin Rusiyada, Valday konfransındakı tarixi çıxışına işarədir.

3 Qədim yunan dramaturqu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video