02 Oktyabr 2020 00:37
1132
CƏMİYYƏT
A- A+

Azərbaycan Prokurorluğunun yaradılmasının 102-ci ildönümü qeyd olunub


Azərbaycan Prokurorluğunun yaradılmasının 102-ci ildönümü münasibətilə Baş Prokurorluğun kollegiya üzvləri oktyabrın 1-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Şəhidlər xiyabanına gələn kollegiya üzvləri Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, "Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Daha sonra Baş Prokurorluqda milli prokurorluğun yaradılmasının ildönümünə həsr olunmuş mərasim keçirilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, milli maraqlarımıza xidmət edən bir təsisat kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti nəticəsində mümkün olub. Ulu Öndərin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı sayəsində bu gün Azərbaycan Prokurorluğu insan hüquq və azadlıqlarının müdafiə edilməsində, cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayır.

Qeyd edilib ki, dövlətimizin qüdrətlənməsinə, sosial-yönümlü siyasətin reallaşdırılmasına, bütövlükdə həyata keçirilən hərtərəfli islahatlara və görülən böyük işlərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti misilsiz töhfələr verməkdədir.

Diqqətə çatdırılıb ki, 2020-ci il prokurorluq orqanları üçün əlamətdar olmaqla prokurorluğun tərəqqi dövrü kimi tarixin yaddaşına həkk olunub. Prezident İlham Əliyev tərəfindən mayın 1-də Baş prokuror vəzifəsinə təyinatı ilə əlaqədar Kamran Əliyev videoformat qaydasında qəbul edilərkən məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesi çərçivəsində prokurorluq orqanlarında da islahatların həyata keçirilməsi zərurəti vurğulanıb və prokurorluq orqanları qarşısında bir sıra mühüm vəzifələr qoyulub. Həmin vəzifələrin və tövsiyələrin icrası ilə bağlı mayın 12-də "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluq orqanlarında işin təkmilləşdirilməsi və islahatların dərinləşdirilməsinə dair göstərişlərinin icrası üzrə 2020-ci il üçün Fəaliyyət Planı” təsdiqlənərək icrası vacib olan işlərin əsas istiqamətləri müəyyənləşdirilib, çoxsaylı tədbirlər həyata keçirilib.

Belə ki, prokurorluq orqanlarının fəaliyyətində çevikliyin və səmərəliliyin artırılması, şəffaflığın təmin edilməsi, müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə dövlət başçısının 2020-ci il 10 iyun tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiqlənib, daha mobil və dinamik idarəetməni təmin etmək məqsədilə idarə və şöbələrinin sayı 15-dən 18-ə çatdırılıb.

Qısa müddətdə struktur qurumlar və rayon (şəhər) prokurorluqları arasında işgüzar münasibətləri müasir tələblər səviyyəsində tənzimləmək, icra və intizam, kadrlarla iş, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkilini təmin etmək üçün milli qanunvericiliyin tələbləri və beynəlxalq təcrübə nəzərə alınmaqla Baş Prokurorluq üzrə "İşin Təşkili Qaydaları” təsdiq edilib.

Qeyd olunub ki, prokurorluq orqanlarının inkişaf istiqamətlərini və hədəflərini müəyyənləşdirən yenicə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” qurumun qarşısında duran vəzifələrin yerinə yetirilməsində uğurlu nəticələrin əldə olunmasına, fəaliyyətin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına şərait yaradacaq.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş prokuror bildirib ki, riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə son günlər düşmənin silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc sakinlərimizə qarşı terror əməllərini davam etdirir, mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir. Ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bütün imkanlardan istifadə olunaraq lazımi tədbirlər görüləcək.

Mərasimdə inam ifadə olunub ki, prokurorluq orqanları xalqımızın vətən müharibəsi üçün səfərbər olduğu belə bir həssas dönəmdə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, dövlət müstəqilliyimizin və milli maraqlarımızın, cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bütün səylərini səfərbər edəcək.

Tədbirin yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video