02 Oktyabr 2020 00:36
764
SİYASƏT
A- A+

Tarix ermənilərin mənfur sifətlərinin dəfələrlə dəyişdiyinə şahidlik edib


"Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

İlham ƏLİYEV


"Erməni xəstəliyi” adlanan bir termin var. Bu xəstəlik irsi Ağdəniz qızdırması adlanır və genetik analiz nəticəsində müəyyən edilir. Bu barədə kifayət qədər yazılıb. Bu yazıda isə biz erməni xislətindən, onların şəraitə uyğun olaraq simalarını necə dəyişmələrindən söhbət açacağıq.

"Erməni” adlandırılan toplumun xarakteristikası çox mürəkkəbdir. Özünü "mədəni”, "sivilizasiyalı”, "talesiz”, "soyqırımına məruz qoyulan xalq” kimi qələmə verən bu toplum, fərqli situasiyalarda özünü müxtəlif görünüşdə təqdim edir. Nə zaman ki, onu qısqırdan, zəncirini əlində saxlayan dövlətlərin güclü olduğunu hiss edir, bu "məzlum xalq” birdən-birə quduzlaşır, insanlıq sifətini itirir, özünü vəhşi kimi aparır. Tarix təkcə XX əsrdə erməni toplumunun sifətini bir neçə dəfə dəyişiyinə şahidlik etmişdir. Tarixə qısa ekskurs edək.

1918-ci ilədək tarixdə müstəqil erməni dövləti olmadığı kimi, erməni ordusu da olmayıb. Bunun üçün ən azından orta əsrlərdən XX əsrin əvvəllərinədək zaman kəsiyinə nəzər salmaq kifayətdir. Osmanlı və Səfəvilər imperiyalarının, Qacarlar dövlətinin apardıqları müharibələrdə gürcülərdən fərqli olaraq erməni varlığı olmayıb. Ermənilər öz varlıqlarını yalnız XIX əsrin əvvəllərindən etibarən göstərməyə başlamışlar. Bu, o zaman idi ki, Rusiyanın Şərq siyasətində erməni amilindən, yəni erməni xislətindən istifadə etməyə ehtiyac yaranmışdı. Rusiya Osmanlı imperiyası ilə Qacarlar dövlətinin sərhədində - yəni İrəvan və Naxçıvan xanlıqları ərazisində xristian bufer zonası yaradılmasını lazım bilirdi. Bu işdə ermənilər öz xidmətlərini göstərdilər. İşğal prosesində ruslara yardım etdilər. Xanlıqların süqutundan sonra imzalanan Türkmənçay (1828) və Ədirnə müqavilələrinə əsasən keçmiş Azərbaycan xanlıqlarının ərazilərinə təqribən 150 minə yaxın erməni gətirildi və regionun demoqrafik mənzərəsi kəskin surətdə dəyişdirildi. Qarabağa da, Zəngəzura da ermənilər həmin vaxt kütləvi surətdə yerləşdirildilər.

Cari il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən paneldə Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı yalanını tarixi faktla ifşa etdi. Cənab prezident bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, 1805-ci ildə Qarabağ xanı İbrahim xanla rus generalı Sisianov arasında imzalanan Kürəkçay sazişinə əsasən Qarabağ xanlığı müstəqil diyar kimi Rusiya imperiyasının tabeçiliyinə keçmişdir və həmin sazişdə Qarabağın erməni əhalisi barədə heç nə deyilmir.

Həqiqət odur ki, 18 aprel 1836-cı ildə çar I Nikolayın fərmanı ilə Qarabağ yeparxiyasının Eçmiədzin katolikosluğuna tabe etdirilməsindən sonra Zəngəzurun və Qarabağın yerli xristian, lakin erməni olmayan əhalinin böyük bir qismi tədricən erməniləşmişdir.

Ermənilər öz mənfur simalarını ilk dəfə XIX əsrin sonlarında göstərdilər. Osmanlı imperiyasını parçalamaq istəyən dövlətlər erməni amilindən istifadə etdilər. Halbuki, həmin dövrdə ermənilər osmanlı dövlətinin sadiq təbəəsi hesab edilirdi və hökumətdə bir sıra nazir, vali, qaymaqam və s. yüksək vəzifələr tuturdular. Türkiyə ərazisində yaşayan digər xristian əhalidən fərqli olaraq ermənilər, dövlətin parçalanması üçün əllərindən gələni edirdilər. 1878-ci il Berlin konfransının qərarına əsasən Osmanlı dövlətinin ərazisində erməni muxtariyyəti yaradılmasına nail olmaq üçün silahlı dəstələr təşkil edərək kütləvi qırğınlar və terror törətdilər. 1890-cı illərdə Osmanlı dövləti erməni iğtişaşlarına son qoyduqdan sonra təqribən 400 min erməni Cənubi Qafqaza gəldi.

Erməni siyasi partiyalarının silahlı dəstələri İrəvan və Yelizavetpol (Gəncə) quberniyası ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədərək 200-dən artıq kəndi ələ keçirdilər və orada Türkiyədən gələn erməni ailələrini yerləşdirdilər. Necə ki, bu gün işğal etdikləri Azərbaycan ərazilərində xaricdən gətirilən erməniləri məskunlaşdırırlar. Dövlətimizin başçısı sentyabrın 27-də xalqa müraciətində bu barədə demişdir: "Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır. İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasət Ermənistan tərəfindən uzun illər ərzində aparılır.”

Bəli, erməni siyasi dairələri Qarabağı ələ keçirmək üçün 100 ildən artıqdır ki, əlləşirlər.

Bununla bağlı üç erməni müəllifinin etiraflarından sitatlar gətiririk.

Əsərlərini "Leo” imzası ilə çap etdirən erməni tarixçisi Arakel Babaxanyan 1925-ci ildə Tiflisdə erməni dilində çap etdirdiyi "Ançyaliç” ("Keçmişdən”) adlı əsərində qeyd edir ki, "Daşnaksutyun”un "fədailəri” Zəngəzur qəzasında və digər qəzaların kəndlərində elə dəhşətli zorakılıqlar törətdilər ki, bu cür zorakılıqların törədilməsi heç zaman xatırlanmır. O, daşnakların Qarabağda "Ermənistan” yaratmaqla məşğul olduqlarını və bunun üçün türklərə qarşı "sil-süpür” siyasəti həyata keçirirdiklərini yazır.

Başqa bir erməninin etirafına diqqət yetirək. Leonard Ramsden Hartillin müəllifliyi ilə 1928-ci ildə ABŞ-ın İndianapolis şəhərində çap edilən "Men AreLikeThat” ("İnsanlar belə imiş”) kitabı Hovanes Apresyanın xatirələri əsasında qələmə alınmışdır. Bu kitabın ikinci adı "1918-1920-ci illər Azərbaycan hadisələri bir erməninin xatirələrində” adlanır. Azərbaycanlılarla ermənilərin qarışıq şəkildə yaşadıqları Xankəndidə 1892-ci ildə doğulan, ibtidai təhsilini Şuşada alan Hovanes Apresyan öz xatirələrində 1905-1906-cı illər və 1918-1920-ci illərdə etməni silahlı dəstələrinin Qarabağda, İrəvan quberniyasında və Qars vilayətində törətdikləri qırğınlar və insanlığa sığmayan vəhşlıklərdən bəhs edir. H.Apresyan belə xatırlayır: "Bu yerlərin sakinləri türklər və ermənilərdir. Əslində bir türk yurdu olan bu diyarda ermənilər gəlmə idilər. Sayca çoxluq təşkil edən müsəlman türkləri arasında bir xristian azlığı halında yaşayırdıq. İrq-din, adət-ənənə ayrılıqlarının bu iki toplum arasında yaratdığı məsafə heç zaman aradan götürülməmişdi”. Apresyan ermənilərin rus ordusunda xidmət etdiklərini və yaxşı silahlandıqlarını, lakin sakit təbiətli türklərin isə əsgər aparılmadıqlarını və bıçaqdan başqa silahlarının olmadığını qeyd edir. 1905-1906-cı illər qırğınlarından bəhs edən Apresyan söyləyir: "Ara bir qədər sakitləşən kimi, Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sakinləri isə öldürülmüşdü. Eyni hal Xankəndidəki türk məhəlləsinin başına da gəlmişdi”.

Tarix necə də təkrarlanır. Erməni həmin ermənidir! Unutqan bizik.

Əsl adı Hovannes Ter-Martirosyan olan, lakin əsərlərini "A-Do” imzası ilə çap etdirən erməni müəllifinin 1907-ci ildə İrəvanda erməni dilində çap edilən irihəcmli "Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla” əsərində ermənilərin torətdikləri vəhşiliklər barədə kifayət qədər faktlar yer almışdır. Ermənilər 1992-ci ildə Xocalıda törətdikləri soyqırımın analoqunu XX əsrin əvvəlində - 1905-ci il avqustun 23-də də törətmişdilər. A-Do yazır ki, erməni silahlı dəstələrinin Xocalıya hücumu zamanı kənd əhalisinin bir qismi qaçaraq canlarını qurtarmış, bir qismini də ermənilər öldürmüşdülər. Müəllif daha sonra yazır ki, Xocalını ələ keçirən ermənilər əvvəlcə evləri talamış, sonra isə od vurub yandırmışdılar ki, bir də əhali geri qayıda bilməsin.

100 il öncədən başlanan faktlar bu günün mənzərəsini göz önünə gətirir. Yüz il öncə erməni hansı xislətdə idisə, indi də həmin xislətdədir. Sadəcə qiyafəsini dəyişib, mahiyyəti eynidir.

Görünən odur ki, erməni etdiyi qələtin qarşılığında ağır zərbə alandan sonra bir müddət ağlı başına gəlir, onu başqalarının yoldan çıxardığını söyləyir. Yenə faktlara müraciət edək.

Birinci Dünya müharibəsi zamanı rus ordusu Qafqaz cəbhəsindən Türkiyəyə hücum edən zaman ordunun tərkibində 150 min erməni əsgər və zabiti var idi. Üstəlik, Tiflisdə səfərbərlik elan edilmiş, 120 min erməni də könüllü olaraq cəbhəyə getmək üçün növbəyə yazılmışdı. Bütün bunlar azmış kimi, dörd erməni drujinası da yaradılmışdı və onlar Eçmiədzin kilsəsinin xeyir-duası ilə cəbhə bölgələrinə yola salınmışdılar. Ermənilər güman edirdilər ki, ruslar onlara Anadoluda dövlət quracaqlar. Ona görə də bütün cəbhə boyu türk-müsəlman əhalisini soyqırımına məruz qoyurdular. Elə ki, 1917-ci il inqilabından sonra rus qoşunları silah-sursatı erməni birliklərinə təhvil verərək Anadoludan çəkildi, ermənilər türk ordusu ilə təkbətək qaldı. Necə ki, bu gün arxasız qaldığı üçün Qarabağda Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmir. O zaman əks hücuma keçən türk ordusu nəinki Şərqi Anadolunu erməni quldurlarından təmizlədi, üstəlik yenicə müstəqillik əldə edən Ermənistanı da dizə çökdürdü. Erməni müəllifləri etiraf edirlər ki, o vaxt daşnak hökuməti İrəvanda olan türk generallarının diktəsi ilə hərəkət edirdilər. Daşnak Ermənistanının baş naziri olmuş Ovanes Kaçaznuni "Daşnaksutyuna nə qaldı ki” əsərində yazır ki, ruslar bizi aldatdılar və satdılar, knyaz Lobanov-Rostovskinin "Ermənisiz Ermənistan” siyasətini həyata keçirdilər. Elə ki, 1918-ci ilin oktyabrında imzalanan Mudros sazişinə əsasən türk ordusu Qafqazdan çəkildi, ermənilər bu dəfə rus ağalarını ingilislərə dəyişdilər. Təqribən iki il ərzində İrəvan quberniyası ərazisində, Qars vilayətində və Zəngəzurda azərbaycanlı əhaliyə qarşı soyqırımı, Qarabağda isə kütləvi qırğınlar törətdilər. 1920-ci ilin avqustunda imzalanan Sevr müqaviləsi Ermənistana Trabzon üzərindən Qara dənizə çıxmaq şərtilə təqribən 160 min kvadrat kilometr ərazi tanıdı. Bu müqavilə qüvvəyə minməmiş erməni ordusu sentyabr ayında Türkiyəyə hücum etdi. Əks hücuma keçən türk ordusu ikinci dəfə Ermənistanı kaputilyasiyaya uğratdı. Dekabrın 2-də Gümrüdə iki dövlət arasında imzalanan müqaviləyə əsasən Ermənistan səkkiz dağ və ya səhra topu ilə 20 pulemyota malik muzdla tutulan 1.500 əsgərdən ibarət bir birlikdən artıq hərbi qüvvəyə malik olmayacağını öhdəsinə götürmüşdü.

1921-ci ilin oktyabrında Qarsda imzalanan müqaviləyə əsasən Türkiyə ilə Ermənistan arasında sərhəd dəqiqləşdirildi. Bu müqavilə Ermənistan parlamentində ratifikasiya edildikdən sonra şəhər meydanında bayram şənliyi keçirildi. İndi isə ermənilər bütün bunları unudaraq yenə də Türkiyəyə qarşı ərazi iddiası irəli sürür və Qars müqaviləsinin qüvvədən düşdüyünü deyirlər. Yenə də erməni xisləti və erməni simasızlığı göz önünə gəlir. Yenə də gicişən buynuzlarını türkün çomağına sürtürlər.

Son yüz ilin tarixi göstərir ki, ermənilər bəd əməllərinə görə layiq olduqları zərbəni almasalar, ağılları başlarına gəlməyəcəkdir.

Tarixdən dərs çıxarmaq istəyində olmayan ermənilərə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev sentyabrın 27-də keçirdiyi Təhlükəsizlik Şurasının iclasında növbəti dəfə xəbərdarlıq etdi: "Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir.”

Bu günlərdə Azərbaycan Ordusunun işğalçı Ermənistan qüvvələrinə qarşı apardığı ədalətli müharibə elə bir qələbə ilə nəticələnəcək ki, ermənilərə həmişəlik dərs olacaq. Bir daha Azərbaycana qarşı hər hansı təxribata əl ata bilməyəcək, ərazi iddiası irəli sürməyə cəsarət etməyəcək. Çibanı kökündən təmizləmək vaxtıdır.

Nazim MUSTAFA,

Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video