02 Oktyabr 2020 00:27
782
ELANLAR
A- A+

“Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tenderə dəvət edir


LOT-1 Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 107 ünvanında yerləşən inzibati binanın dam örtüyünün yenidən qurulması işlərinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, təyinat yerinə daşıma xərclərini nəzərə almalıdırlar.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər

LOT 1 üzrə - 150 (bir yüz əlli) manat (ƏDV daxil)

iştirak haqqını sifarişçinin aşağıdakı hesablaşma hesabına "ASAN Ödəniş” portalı vasitəsilə ödəniş etdikdən sonra dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə tenderin Əsas şərtlər toplusunu ala bilərlər.

VÖEN: 9900044741

Hesab: AZ14AZPO91015461200420100157

Bankın adı: Azərpoçt MMC PF 1

Kodu: 691011

Bankın VÖENi: 9900037711

M/h: AZ76NABZ01350100000000094944

S.W.İ.F.T: AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

Tenderdə iştirak etmək istəyənlər 23 oktyabr 2020-ci il saat 11:00-dək aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 1 faiz bank zəmanəti istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcəkdir.

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin olmaması haqqında müvafiq vergi və sosial orqanlarından arayış.

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

9. İddiaçının müvafiq mallar üzrə uyğunluq sertifikatları.

10. Digər sənədlər.

İddiaçılar tender təklifini və bank təminatını 02 noyabr 2020-ci il saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər qəbul edilməyəcəkdir.

Yuxarıda göstərilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə tenderdə iştirak etmək istəyən malgöndərən iddiaçı kimi qeydə alınacaqdır.

İştirakçıların təklifləri 03 noyabr 2020-ci il saat 11:00 dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə açılacaqdır.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada [email protected] dövlət satınalmalarının vahid internet Portalında aparılır.

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video