02 Oktyabr 2020 00:27
717
ELANLAR
A- A+

Bu həlledici günlərdə “Azercell” də ön cəbhəyə dəstək olur


Şirkət Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürüb


Sentyabrın 27-dən etibarən Milli Ordu hissələrimiz 30 ildən artıq hər bir azərbaycanlının sağalmaz yarasına çevrilmiş Qarabağ münaqişəsinin ön cəbhələrinə qəhrəmancasına atılaraq düşmən mövqelərini məhv edir. Ordumuz bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayaraq bir sıra strateji nöqtələrdə həlledici uğurlar qazanmışdır.

Ölkəmizin tarixində və taleyində həlledici olan bu döyüş günlərində ölkənin lider mobil operatoru "Azercell Telekom” da Milli Ordumuza öz dəstəyini əsirgəmir. Şirkət tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürülüb.

Vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq "Azercell Telekom”un baş qərargahı Tbilisi prospektində yerləşən "Azercell Plaza”nın üzərində üçrəngli bayrağımız asılmışdır. Eyni zamanda, şirkət tərəfindən bütün əməkdaşlara avtomobil üzərinə quraşdırılan Azərbaycan bayraqları da paylanılıb.

"Azercell” həyata keçirdiyi təşəbbüslərlə ordumuzun, xalqımızın və dövlətimizin yanında olduğunu ifadə edir.Şirkət bundan sonra da bu istiqamətdəki fəaliyyətini davam etdirəcək, vətənimizin bütövlüyü uğrunda ön və arxa cəbhədə mübarizə aparan bütün soydaşlarımıza yardım göstərəcəkdir.

Qarabağ Azərbaycandır!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video