01 Oktyabr 2020 21:46
536
SİYASƏT
A- A+

“Xalqımız əmin olsun ki, bir qarış torpağımızı da düşmən tapdağı altında qoymayacağıq”

Torpaqlarımızın işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatı davam edir. Erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikalarının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin işğaldan azad olunması xalqımızda, ordumuzda böyük ruh yüksəkliyi yaradıb.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri ön xətdə hərbi qulluqçularla görüşərək söhbət edib, təəssüratlarını öyrənib.

Hərbi qulluqçu Tural Tağıyev bildirib ki, Azərbaycan əsgərində böyük ruh yüksəkliyi var: "Hazırda döyüşlər gedir. Qüdrətli ordumuz var. İşğal altında olan bütün torpaqlarımızı azad edəcəyik. Bunu düşmən də yaxşı bilir. Ona görə də yaşayış məntəqələrini, mülki əhalini atəşə tutur. Xalqımız əmin olsun ki, bir qarış torpağımızı da düşmən tapdağı altında qoymayacağıq.

Azərbaycan Ordusunun zabiti kimi cəbhə bölgəsində xidmət etməsindən qürur duyduğunu söyləyən hərbi qulluqçu Allahşükür Şahbazov deyib: Bir neçə gündür ki, cəbhədə gərgin döyüşlər gedir. Ordumuzun zabit, gizir və əsgərləri düşmənə layiqli cavab verərək, işğal altında olan ərazilərimizin bir hissəsini azad ediblər. Döyüşlər davam edir. İnşallah bütün torpaqlarımız düşmən tapdağından azad olunacaq. Burdan ailəmə, bütün Azərbaycan xalqına salamlarımı çatdırıram.

Hərbi qulluqçu Əli Camalzadə isə xalqımızın 30 ildir ki, bu anı gözlədiyini qeyd edib: Torpaqlarımızın azad edilməsi biz zabitlərin, gizirlərin və əsgərlərin müqəddəs borcudur. Şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji vəziyyəti yüksəkdir. Hamımızın bir amalı var - torpaqları düşmən tapdağından azad etmək. Bu, bizim müqəddəs borcumuzdur.

Söhbət etdiyimiz digər hərbi qulluqçular da şəhidlərin qanının yerdə qalmayacağını, nəyin bahasına olursa-olsun, işğal altındakı torpaqlarımızı azad edəcəklərini bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video