01 Oktyabr 2020 21:28
1386
İDMAN
A- A+

Gənclər və İdman naziri Ermənistanın təcavüzü ilə əlaqədar beynəlxalq təşkilatlara məktub göndərib


Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov xarici ölkələrin gənclər və idman sahələrinə məsul nazirliklərinə, beynəlxalq təşkilatlara və digər aidiyyəti qurumlara Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı məktub göndərib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda Ermənistanın Azərbaycana qarşı otuz ildir davam edən silahlı təcavüzü nəticəsində ölkəmizin ərazilərinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun işğal edildiyi, 20 min azərbaycanlının həlak olduğu, 50 min insanın yaralandığı və müxtəlif dərəcəli xəsarətlər aldığı, 5 mindən artıq azərbaycanlının əsir və itkin düşdüyü vurğulanıb.

Həmçinin məktubda Ermənistanın öz ərazisində və işğal etdiyi Azərbaycan torpaqlarında həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, 1994-cü ildə əldə edilmiş atəşkəs rejiminə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki mülki əhalini və hərbi mövqeləri davamlı olaraq hədəfə alması, nəticədə yüzlərlə vətəndaşımızın öldürülməsi və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması əksini tapıb.

Məktubda 1992-ci ilin fevralında Ermənistan ordusu tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında da məlumat verilib. Ermənistanın Cenevrə Konvensiyasını, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyasını və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozması xüsusilə diqqətə çatdırılıb.

Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin mühüm məqamlarını özündə əks etdirəm məktubda sentyabrın 27-də səhər saat 06:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərini atəşə tutduğu bildirilib. Qeyd olunub ki, nəticədə Naftalan rayonunun Qaşaltı kənd sakini Elbrus Qurbanov və onun ailəsinin dörd üzvü olmaqla, ümumilikdə 20-dək mülki şəxs, o cümlədən uşaqlar həlak olub, onlarla mülki şəxs müxtəlif növ bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Mülki şəxslər arasında itkilərin sayının hər gün artdığı diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video