01 Oktyabr 2020 21:27
484
CƏMİYYƏT
A- A+

Ordu-xalq birliyinin növbəti nümunəsi: muxtar respublika sakinləri hərbçilərimizə sovqatlar aparır


Ordumuzun düşmənin təxribatlarına qarşı sentyabrın 27-dən başlatdığı uğurlu əks-hücum əməliyyatı xalqımıza sevinc hissi yaşadır. Hər zaman ordumuzla bir olan vətəndaşlarımız əsgərlərimizi ziyarət edir, hərbi hissələrimizə sovqat gətirir, şəxsi heyətə mənəvi dəstək olurlar.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Ordubad Rayon İcra Hakimiyyəti, Şərur rayonun Vərməziyar və Qorçulu kəndlərinin, Babək rayon Qoşadizə kəndinin, Şahbuz və Sədərək rayonlarının sakinləri tərəfindən Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinə 8 xırdabuynuzlu heyvan, 160 kiloqram quzu əti, meyvə-tərəvəz, şirin və mineral sular, müxtəlif növ ərzaq məhsulları, siqaret və təmizlik ləvazimatları gətirilib.

Qeyd olunub ki, hər zaman olduğu kimi ordumuzun işğalçı düşmənə qarşı apardığı uğurlu əks-hücum əməliyyatı zamanı da xalqımız ordumuzun yanındadır. İnanırıq ki, ordumuz bu döyüşdən qələbə ilə çıxacaq, işğal altında olan torpaqlarımız düşməndən tam azad olunacaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video