01 Oktyabr 2020 19:30
551
CƏMİYYƏT
A- A+

Balakənli könüllü çağırışçılar böyük ruh yüksəkliyi ilə cəbhə bölgəsinə yollanıblar

 
Torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi uğrunda başlanan döyüşlərdə iştirak etmək üçün könüllü olaraq müraciət etmiş balakənli gənclər oktyabrın 1-də böyük coşqu ilə cəbhə bölgəsinə yola salınıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon bölməsinin qarşısına toplaşan valideynlər, rayon ictimaiyyətinin nümayəndələri işğal altındakı ərazilərimizi düşməndən azad etmək üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan, əsgərlərimizin rəşadətindən qürur duyduqlarını bildiriblər.

Övladını cəbhəyə yola salan Məhərrəm Sodiyev deyib: "Mən özüm də bir vətəndaş olaraq yaşımın bu çağında döyüşlərə qatılmağa, doğma Qarabağımızı erməni qaniçənlərindən azad etməyə, şəhidlərimizin qisasını almağa hər an hazıram. Bu gün könüllü olaraq cəbhəyə yollanan oğullarımızın sağ-salamat evə dönmələrini arzulayıram!”

Könüllü çağırışçı Elvin Mahmuyev: "Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək hər birimizin müqəddəs borcudur. Bu Vətən bizimdir və onu biz qorumalıyıq! Döyüşlərdə iştirak etmək üçün könüllü olaraq müraciət etmişəm. İnanıram ki, üçrəngli bayrağımız tezliklə Xankəndində, Şuşada, Qarabağın digər ərazilərində dalğalanacaq. O günlər yaxındadır”.

Sonra balakənli könüllülər alqış sədaları altında cəbhə bölgəsinə yola salınıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video