Alternative content

02:26 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi Ermənistanın son təxribatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi Ermənistanın son təxribatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
ANA SƏHİFƏ / SİYASƏT
19:12 01.10.2020
 
Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) İdarə Heyətinin üzvləri Ermənistanın son təxribatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinə, BMT Təhlükəsizlik Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, İslam Əməkdaşlıq Təşkilatına, Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin rəhbərlərinə, UNESKO-ya və digər nüfuzlu təşkilatlara ünvanlanan müraciəti qurumun sədri Firdovsi Hüseynov və idarə heyətinin üzvləri imzalayıblar.

Müraciətdə deyilir ki, sentyabrın 27-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini və yaşayış məntəqələri iriçaplı silahlardan, minaatanlardan və artilleriya qurğularından intensiv atəşə tutub.

Qeyd edilir ki, beynəlxalq hüququn norma və prinsiplərini pozan Ermənistan ordusu cəbhənin Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazilərində mülki obyektləri və sakinlərin evlərini atəşə tutub, ölənlər və yaralananlar var.

Bildirilir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan ordusunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul edib. Bu sənədlər hələ də yerinə yetirilməyib və bununla da təcavüzkar dövlət dünya birliyinə meydan oxuyur.

Müraciətdə, həmçinin deyilir: "Beynəlxalq təşkilatlara müraciət edirik ki, təcavüzkarı dayandırın, işğala son qoyulsun. Bizə başqasının torpaqları lazım deyil, öz torpaqlarımız lazımdır”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM