Alternative content

04:46 20 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:41 20.10.2020 BİLDİRİŞ
00:41 20.10.2020 E l a n
00:39 20.10.2020 BİLDİRİŞ
00:39 20.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Düşmən bilsin ki, evlərimiz artilleriya atəşinə tutulsa da, kəndi tərk etməyəcəyik” - Aşağı Ağcakənd qəsəbəsindən reportaj
“Düşmən bilsin ki, evlərimiz artilleriya atəşinə tutulsa da, kəndi tərk etməyəcəyik” - Aşağı Ağcakənd qəsəbəsindən reportaj
ANA SƏHİFƏ / SİYASƏT
19:03 01.10.2020
 
Sentyabrın 27-də səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başlayıb. Düşmən cəbhənin digər istiqamətlərində olduğu kimi, Goranboy rayonunun bir sıra kəndlərini də intensiv atəşə tutur. Dinc sakinləri hədəfə alan Ermənistan ordusunun bölmələrinin artilleriya atəşi nəticəsində evlərə ciddi ziyan dəyir.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri sentyabrın 30-da və oktyabrın 1-də səhər saatlarından başlayaraq Goranboy rayonunun Tap Qaraqoyunlu kəndini, Aşağı Ağcakənd qəsəbəsini atəşə tutur. Nəticədə yaşayış evlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür, düşmənə sarsıdıcı zərbələr endirir, canlı qüvvələrini və texnikasını məhv edirlər.

Döyüşlərin qızğın vaxtında belə doğma kəndlərini tərk etməyən Aşağı Ağcakənd qəsəbəsinin sakinləri Ermənistan silahlı qüvvələrinin təxribatlarından qorxmur və tam sərbəst gündəlik işləri ilə məşğuldurlar. Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsi, minlərlə canlı qüvvəsini, yüzlərlə texnikasını məhv etməsi, strateji yüksəklikləri ələ keçirməsi kənd sakinlərinin ruh yüksəkliyini daha da artırıb.

Düşmən mövqelərinə yaxın olan kəndin sakinləri deyirlər ki, Azərbaycan Ordusunun ermənilərə qarşı sərt cavab tədbirləri görməsi onları daha da ruhlandırır. Ön xətdə torpaqlarımızın keşiyini çəkən qəhrəman əsgərlərimizə güvəndiklərini vurğulayan Aşağı ağcakəndlilər evləri artilleriya atəşinə tutulsa da, kəndi tərk etməyi düşünmürlər.

Aşağı Ağcakənd qəsəbəsində məskunlasan Laçın rayonundan olan məcburi köçkün Nemət İsgəndərov AZƏRTAC-a deyib: "Hazırda bu ərazilərdə bizim şanlı ordumuz zəfər yürüşü, haqq yürüşü edir. Biz sakinlər də ordumuzun bu uğurundan fərəhlənirik. Düşmən evimizə, həyətimizə mərmi atsa da, biz kəndimizdən, qəsəbəmizdən çıxmamışıq. Onlar məqsədli şəkildə dinc əhalini hədəf seçirlər. Bu da onu göstərir ki, Azərbaycan əsgəri ilə döyüşməkdən qorxurlar. Hazırda nəvələrimlə, ailə üzvlərimlə birlikdə öz evimizdəyik. Ordumuzun qələbə çalmasına az qalıb. Haqq sözünü deyir. Buna görə də hamımız ruh yüksəkliyi ilə bu qələbə bayramını gözləyirik. Bizim şanlı Azərbaycan Ordusu tezliklə qələbə çalacaq. Azərbaycan Ordusuna uğurlar arzulayıram. Bizim bu haqq işimizdə dəstək olan türk qardaşlarımıza, digər ölkələrə minnətdarıq”.

Aşağı Ağcakənd qəsəbəsinin bələdiyyəsinin sədri Mail Əliyev bildirib ki, Azərbaycan Ordusu yaxın günlərdə torpaqlarımızı azad edəcək. Bizim qəsəbədə heç bir narahatçılıq yoxdur, əhali yerindədir, hamı öz evində təsərrüfatı ilə məşğuldur. Azərbaycan Ordusuna uğurlar arzulayıram. Biz ordumuza tam güvənirik. Mənim 63 yaşım var. Bununla bərabər mən döyüşə getməyə hazıram. Amma şanlı ordumuz özü bu məsələni həll edəcək. Biz Ali Baş Komandanımızın arxasındayıq. Azərbaycanda xalq-dövlət-ordu birliyini heç bir qüvvə sarsıda bilməz.

Laçın rayonundan olan məcburi köçkün Süleyman Şirinov bildirib: "Biz bu günü çoxdan gözləyirdik. Ordumuz düşməni məhv edir, biz də qəhrəman əsgərlərimizin yanındayıq. Oğlum döyüşdədir, özüm də döyüşə getməyə hazıram. Bu yaşımda silah götürüb öz torpağımızın, vətənimizin keşiyini çəkməyə hazıram. Düşmənin bizim torpaqlardan çıxmasının vaxtı gəlib çatıb. Ordumuza güvənimiz həddindən artıqdır. Bizim ordumuz tezliklə qələbə çalacaq və öz doğma yurdumuza qayıdacağıq”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM