Alternative content

02:18 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pərviz Şahbazov: Ermənistan Xəzər regionunun təhlükə zonası kimi qalmasında maraqlıdır
Pərviz Şahbazov: Ermənistan Xəzər regionunun təhlükə zonası kimi qalmasında maraqlıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
16:11 01.10.2020

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Almaniyanın paytaxtı Berlində keçirilən "Birinci Xəzər Avropa Forumu”nda "Xəzər regionu və onun qlobal iqtisadiyyatda rolu” mövzusunda videoformatda çıxış edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir çıxışında zəngin enerji resursları, enerji istehlak edən iki əsas bazar - Avropa ilə Asiya arasında, kontinental marşrutların kəsişməsində yerləşməsi ilə Xəzər regionunun hər zaman olduğu kimi gələcəkdə də regional və qlobal güclərin geosiyasi maraqları dairəsində qalacağını bildirib. Regionun dünya iqtisadiyyatının tərkib hissəsinə çevrilməsində isə Azərbaycanın müstəsna rolundan bəhs olunub.

"Xəzərin enerji resursları yalnız Azərbaycanın təşəbbüsü olan boru kəmərləri ilə qərbə yönəldilib. İstismara veriləndən indiyə kimi bu kəmərlər vasitəsilə Azərbaycan mənşəli təxminən 515 milyon ton neft, 86 milyard kubmetrdən isə çox qaz nəql olunub. İlin sonuna kimi Cənub Qaz Dəhlizinin tam istismara verilməsi isə Xəzər regionu növbəti dəfə Azərbaycan vasitəsilə Avropanın enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyinin təminatında mühüm faktora çevirəcək”, - deyə nazir qeyd edib.

Avropanın Xəzərlə enerji bağlantısının davamlılığını strateji zərurət kimi qiymətləndirən nazir, Azərbaycanın Xəzəryanı ölkələrlə Avropa arasında da mühüm təşəbbüslər üçün etibarlı körpü olduğunu deyib. Bildirilib ki, ötən il Azərbaycanın ümumi ticarət dövriyyəsində Xəzəryanı ölkələrin payı 18 faiz, Avropa İttifaqı ölkələrinin isə payı 39 faizə yaxın olub. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri və infrastrukturları vasitəsilə də regionun qlobal iqtisadiyyatda rolunun möhkəmlənməsinə töhfələr verir. Belə ki, cari ilin ilk 6 ayında daşınmış tranzit yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə Bakı-Tbilisi-Qars dəmir yolu ilə 4,5 dəfə çox, "Şərq-Qərb" dəhlizi ilə 15 faiz artımla 3,5 milyon tondan çox olub. "Şimal-Cənub" marşrutu üzrə yüklərin tranzitinin həcmində isə 13 faiz artım qeydə alınıb. Ümumən, bu ilin 6 ayında Azərbaycan ərazisindən keçən tranzit daşımalarında qeyri-neft sektoru üzrə 33 faiz artım olub.

P.Şahbazov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin isə regionda sabitlik və təhlükəsizlik üçün böyük təhdid doğurduğunu xüsusilə diqqətə çatdırıb. Ermənistanın son vaxtlar regionu qərblə birləşdirən Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan boru kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və digər xətlərin keçdiyi Tovuz bölgəsində hərbi əməliyyat təxribatları bunun bariz nümunəsi kimi qeyd edilib: "Sentyabrın 27-dən isə Ermənistan planlaşdırılmış hərbi təxribata əl ataraq növbəti dəfə təcavüzkar siyasətinə sadiqliyini nümayiş etdirdi. Ermənistan sülh danışıqları prosesini dayandırmaqla bir daha göstərdi ki, regional inkişaf layihələrindən özünü təcrid seçimində israrlıdır, regionun daim təhlükə zonası kimi qalmasında maraqlıdır. Bütün enerjisini, imkanlarını dünyada inkişafa, sabitliyə yönəldən, nailiyyətlərin davamlılığında maraqlı bir ölkə olaraq bizim əsas istəyimiz problemin sülh yolu ilə həlli, ədalətin təminidir. Ermənistanın bu həqiqəti anlaması üçün 30 illik müddət kifayət qədər böyük bir zaman idi. Lakin Ermənistan ona verilən fürsəti ölkəsi, regionumuz və dünya üçün lazımınca dəyərləndirə bilmədi. Ermənistanın işğalı və təcavüzü davam etdirmək siyasəti isə yalnız Azərbaycana qarşı yönəlməyib, həm də regional inkişaf və təhlükəsizliyi hədəfə alıb. Ona görə də bölgədə təcavüzkarlığın dayandırılmasına çalışmalıyıq”, - deyə nazir əlavə edib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM