01 Oktyabr 2020 14:38
524
CƏMİYYƏT
A- A+

Xaçmazlı könüllülər cəbhəyə böyük coşqu ilə yola salınıblar

 
Oktyabrın 1-də xaçmazlı könüllülər düşmənlə döyüşə qatılmaq üçün cəbhəyə yollanıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin qarşısında könüllülərin cəbhəyə yola salınması zamanı böyük coşqu yaşanıb.

Qardaşı oğlunu cəbhəyə yola salan Ağakişi Bədirov böyük qürur hissi keçirdiyini bildirib. "Bir əmi kimi fəxr edirəm. Vətənimiz dardadır. Torpaqlarımızı biz almasaq, kim alacaq? Gənclərimizə uğurlar arzulayıram. Qələbə ilə qayıtsınlar. Qalib gələcəyimizə də yüz faiz inanıram”, - deyə A.Bədirov bildirib.

Oğlunu döyüşə yola salan İmran Babayev xalqımızda daha səbir qalmadığını deyib. "Otuz ildir dözürük. Bəsdir daha. Övladlarımız döyüşərək torpaqlarımızı geri almaq əzmindədirlər. İnşallah, mənfur düşmənin başını əzəcəyik”, - deyə İ.Babayev söyləyib.

Könüllü çağırışçı Əbülfəz Fətullayev: "Cəbhəyə yollanmaqdan qürür duyuram. Vətənimi müdafiə etmək üçün gedirəm. Canım fəda olsun Vətənimə. Könüllü yazılmışdım. İnşallah qələbə ilə qayıdacağam!”

Nəvəsini yola salan Cəmilə Məhəmmədova bütün döyüşçülərimizə cansağlığı, qələbə arzulayıb. "Əsgərlərimiz Vətəni qoruduğu kimi, Allah da onları qorusun. Qələbə xəbəri ilə qayıtsınlar. Neçə gündür televizorun qarşısındayam. Xəbərləri həyəcanla izləyirəm”, - deyə Cəmilə nənə söyləyib.

Könüllülər işğal altındakı torpaqlarımızı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad edəcəklərinə söz veriblər.

Xaçmazlı könüllülər böyük coşqu, alqış sədaları və "Əsgər marşı” sədaları altında cəbhəyə yola salınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video