Alternative content

08:45 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Malayziya parlamenti Ermənistanın hərbi təxribatlarını kəskin şəkildə pisləyən bəyanat yayıb
Malayziya parlamenti Ermənistanın hərbi təxribatlarını kəskin şəkildə pisləyən bəyanat yayıb
ANA SƏHİFƏ / SİYASƏT
14:26 01.10.2020
 
Malayziya parlamentinin Nümayəndələr Palatasında Malayziya-Azərbaycan Parlamentlərarası dostluq qrupu tərəfindən Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təxribatlarını kəskin şəkildə pisləyən bəyanat yayılıb.

AZƏRTAC xəbər verir ki, sənəd dostluq qrupunun sədri Datuk Rosman Bin Datuk Haji İsli tərəfindən oktyabrın 1-də imzalanaraq Azərbaycanın Malayziyadakı səfirliyinə göndərilib.

Bəyanatın mətnində deyilir: "Biz - Malayziya Parlamentində Malayziya–Azərbaycan dostluq qrupunun üzvləri sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı başlamış hücumları pisləyirik. Biz təcili olaraq Ermənistan hökumətinə çağırış edirik ki, beynəlxalq hüququn əsas qanunlarını, eləcə də beynəlxalq humanitar sənədlərdən irəli gələn fundamental tələbləri pozan hər bir cəhdini dayandırsın”.

Sənəddə qeyd edilir ki, Ermənistan hökuməti gücdən istifadəyə etmədən, eləcə də diplomatik səyləri artıraraq Azərbaycanla münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ən qısa zamanda konstruktiv danışıqlara başlamalıdır.

Bəyanatda, həmçinin deyilir: "Bizim dostluq qrupumuzun bütün üzvləri dərin təəssüf hissi keçirirlər ki, Ermənistanın yuxarıda qeyd olunan hücumları təkcə Cənubi Qafqazda sülh və rifaha qarşı deyil, eyni zamanda, bu il iyulun 23-də Malayziyanın BMT-yə üzv dövlətlərdən 171-nin səsini toplayaraq, beynəlxalq əməkdaşlığı və qarşılıqlı etimadı nəzərdə tutan "COVID-19 Pandemiyası dövründə Qlobal Atəşkəs üçün BMT Baş katibinin Müraciətinə Dəstək Bəyanatı” təşəbbüsünü də sarsıdıb”.

Bəyanatın sonunda münaqişə nəticəsində həyatını itirən şəxslərin ailələrinə başsağlığı verilib, yaralananlara şəfa arzulanıb.

Xatırladaq ki, sentyabrın 29-da Malayziya Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM