01 Oktyabr 2020 14:24
540
SİYASƏT
A- A+

Türkiyə mətbuatı Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına dair materiallara geniş yer ayırıb

 
Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları nəticəsində bölgədə yaranmış gərgin vəziyyət Türkiyənin bütün kütləvi informasiya vasitələrinin əsas xəbərinə çevrilib. Prezident İlham Əliyevin bütün fəaliyyəti, o cümlədən görüş, çıxış və müsahibələri qardaş ölkə KİV-ləri tərəfindən geniş işıqlandırılır. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşünə dair xüsusi proqramlar yayımlanıb. Prezident İlham Əliyevin yaralı hərbçilərimiz qarşısında çıxışı və düşmənə ünvanladığı sərt mesajlar, əsgərlərimizin ruh yüksəkliyi, onların sağalıb tezliklə cəbhəyə dönmək istəkləri, Ali Baş Komandan-əsgər münasibətlərini tərənnüm edən səmimi görüntülər Türkiyə telekanallarında geniş yer alıb. Bu kadrların ardınca Azərbaycan xalqının Vətənin bütövlüyü uğrunda böyük ruh yüksəkliyi ilə Ordumuza dəstək verməsinə dair materiallar, milli birlik çağırışlarına aid videoçarxlar yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi Azərbaycan həqiqətlərini dünya birliyinə 12 dildə çatdırır. TRT HABER, A HABER, HABER TÜRK, NTV, CNN TÜRK, HABER GLOBAL və digər telekanallar operativ məlumatları və müəllif proqramları ilə tamaşaçıları məlumatlandırır. "Sabah”, "Türkiyə”, "Yeni Şəfəq”, "Hüriyyət” və digər aparıcı qəzetlər, həmçinin müxtəlif xəbər portalları məlumatları operativ şəkildə oxuculara təqdim edir. Bir sözlə, Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları Türkiyə mediasının əsas xəbərinə çevrilib. Prezident İlham Əliyevin mesajları, cəbhə bölgəsindən birbaşa hazırlanan xəbərlər ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır və sosial şəbəkədə yayılır. Mətbuat Ermənistanın informasiya təxribatlarına çevik reaksiya göstərərək saxta məlumatları ifşa edir. Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə dair müəllif verilişləri və ekspert müzakirələri fasiləsiz olaraq ekranlara çıxır.

Müəllif proqramlarında, köşə yazılarında Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri və acı nəticələri, Azərbaycan dövlətinin qətiyyətli mövqeyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə peşəkar və qüdrətli Ordumuzun nailiyyətləri təhlil olunur. Ermənistan tərəfinin siyasi, diplomatik və informasiya məkanında tətbiq etdiyi təxribatların məqsədləri barədə fikir mübadilələri aparılır. Təcavüzkar tərəfin terrorçuları münaqişəyə öz tərəfindən iştirakçı kimi cəlb etməsi bu dövlətin acızliyi kimi xarakterizə olunur.

Qardaş ölkə KİV-ləri cəbhə bölgəsində baş verən bütün prosesləri addım-addım izləyərək müzəffər Ordumuzun rəşadətini dünya ictimaiyyətinə olduğu kimi çatdırır. Düşmənin məkrli fəaliyyəti, Azərbaycanın dinc əhalisinin, yaşayış məskənlərinin, fərdi evlərin, mülki obyektlərin hədəf alınması böyük nifrətlə qarşılanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video